çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Məşhur istehlak mütəxəssisi Eyyub Hüseynovla Qida Agentliyi arasında nə baş verir...

Image


Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin  (AQTA) təzyiqinə məruz qaldığı barədə məlumat yayılıb. İddialara görə, E.Hüseynov agentliyə çağırıılıb və ona susması üçün təzyiq ediblər.

Bu barədə E.Hüseynovun videoçıxışı da yayılıb. AQTA-nın ictimai şurasının üzvü, AİB sədri E.Hüseynov çıxışında bildirib ki, yerli mətbuatda çıxan məqalələrindən sonra AQTA-nın ictimai şurasına dəvət edilib və burada sözün həqiqi mənasında məhşər ayağına çəkilib.

  • “Gizlin-gizlin görülən işlərlə Azərbaycanın gələcəyini məhv etmək istəyirlər?”

Bu barədə “Bakı-Xəbər”ə açıqlama verən E.Hüseynov bildirdi ki, AQTA-nın ciddi təzyiqi ilə üzləşib: “İctimai Şuranın sözügedən iclası 1 saat 40 dəqiqə çəkdi. Burada ictimai şuranın bir neçə üzvü, o cümlədən də AQTA-nın sədr müavini Rəşad Mafusov, aparat rəhbəri Elxan Mikayılov və bir neçə idarə rəisi iştirak edirdi. Bu iclasın keçirilməsinə səbəb mətbuatda gedən yazılarım və GMO əleyhinə ictimai çıxışlarım olub. “Qida Təhlükəsizliyi Haqqında” qanunun 13.3, 13.1 maddəsində nəzərdə tutulmuş və genetik modifikasiya olunmuş orqanizmlərə nisbətən yol açan bu maddə üzərində geniş mübahisələr oldu. Demək olar ki, yığıncaqda cəmiyyət, qida təhlükəsizliyi üçün heç bir əhəmiyyət kəsb etməyən, yalnız ictimai təşkilat sədri olaraq mənə hücumlar edildi, mənasız suallar verildi, məni bu işlərdən çəkindirmək jestləri önə çəkildi. Hətta mən dəfələrlə dedim ki, nə istəyirsiz edim, belə şeylərə vaxtınızı boş keçirməyin. Bir sözlə, yanımda heç bir material, heç bir resurs, komputer olmadığı halda mənə təzyiq edilidi ki, GMO ilə quşlar, heyvanlar yemlənərsə onun insan orqanizminə zərəri olduğunu təsdiqləyim. Aparat rəhbəri qaşısındakı kompüterdən cürbəcür sitatlar gətirdi, mən həmin sitatların mənbəyini soruşuqda heç bir nəticə alınamdı. Bununla da məni bu sahədə susdurmağa çalışdılar”.

E.Hüseynovun sözlərinə görə, digər bir məsələ isə ölkədə neçə ildir əkilən soyadır, rabsdır bunlar bir neçə dəfə ənənəvi məhduldarlıqdan artıq məhsul verən qarğıdalıdır və bir neçə ildir əkilir. “Bizim fikrimizcə, bunlar genetik modifikasiya olunmuş orqanizmlərdir. Cənab Prezidentin bu cür əkinçiliyin qadağan olunmasına dair əhəmiyyətli sərəncamları, fərmanları  qərarları var. Mütləq və mütləq kütləvi informasiya vasitələrinin, ictimai təşkilatların iştirakı ilə ən azından soyanın ekspertizası keçirilməlidir. Əslində belə olmalıdır ki, bu məhsullar laboratoriyadan keçsin. Düzdür, AQTA-nın milyon dollarlarla başa gələn laboratoriyaları var, amma biz ona inanmırıq. AQTA hamının gözü qarşısında nümunələri götürməlidir. O nümunələrin birini ekspertiza üçün özləri götürməlidir, birini plomblayıb Azad İstehlakçılar Birliyi və KİV-lərə təhvil verməlidir. Birini isə soyanı əkənlər götürsün. Ondan sonra biz toplaşıb xaricdən ekspertiza təşkil etməliyik. Bu məhsullar ciddi şəkildə ekspertizadan keçirilməlidir.  

Azərbaycanın ətraf mühitinə vurulan bu zərbənin qarşısı alınmalıdır. Halbuki, bu AQTA-nın birbaşa işidir. Mənimlə olan mübahisədə bu məsələni qaldıranda aparat rəhbəri Elxan Mikayılov dedi ki, onda biz gərək quşçuluq, heyvandarlıq  təsərrüfatını yemlə təmin etməyək. Dedim o ayrı, bu ayrı məsələdir, alternativ yollar tapın. Ölkə başçısı sərəncam verir, Azərbaycan Kartogen protokolunu radifikasiya edir, BMT-nin biomüxtəlifliyin qorunmasına dair sənədinə qoşulur. Bir yandan belə deyirlər, bir yandan da heyvandarlıqda və quşçuluqda GMO-nu müdafiə edirlər. Hökumət bu sahədə lazımı iş görməlidir. Gizlin-gizlin görülən işlərlə Azərbaycanın gələcəyini məhv etmək istəyirlər? Həmin iclasda heç bir məna kəsb etməyən söhbət oldu. Neçə ildir ki, qanunvericilik səviyyəsində Azərbaycana GMO-nu daxil etmək istəyirlər. Fakt olaraq ölkəyə GMO toxumları daxil olub, əkinçilikdə istifadə olunur. Ofisimdə GMO qarpız toxumu var. Tovuzdan almışam, bir kloqramı 3 min manata əmələ gəlib. Toxumçuluq sənayesi Amerika ilə birləşib, o qarpızlara “amerikanka” deyirlər. Bu sahədə çox məsələlər var. Mənimlə dəfələrlə söhbət ediblər ki, GMO əleyhinə gördüyüm işlərdən, apardığım kampaniyadan əl çəkim. Azad İstehlakçılar Birliyinin sədri olaraq 7 ölkədə GMO-ya qarşı keçirilən Avropa İttifaqının layihəsinin Azərbaycan nümayəndəsi olmuşam. Onu hazırlayan insanlarla görüşmüşəm. AQTA-da keçiriən iclasda E.Mikayılov guya GMO ilə yemlənən heyvanların ətinin, südünün insan orqanizminə ziyanı olmadığı barədə Harvard universitetinin bir məqaləsini oxudu. Dedim gedin görün o Harvard Universitetinin təsisçiləri kimdir? Həmin o GMO-nu hazırlayanlardır. Yəni məşhur bir türk aliminin sözü var ki, dünyanı aldatmaq üçün dünyada 20 nəfər pula satılmış alim tapmaq kifayətdir. Xüsusən də Türkiyə vasitəsilə bu Azərbaycana daxil olur. Amerikanın “Monsanto” şirkətinin istehsal etdiyi  GMO yetişdirmək üçün lazım olan raundap herbisidir. Mən 2000 –ci ildə almışam, o mənim ofisimdə hələ də qalır. Bu əgər Azərbaycanda satılırsa, demək ölkəmizdə GMO əkinçiliyi var. Bunu mütləq təsdiq etmək lazımdır? Məgər mənim elmi-tədqiqat laboratoriyam var? Bilirsiz, GMO-çular GMO-nu dünyada irəlilətmək üçün parlamentlərə, hökumət başçılarına, baş nazirlərə külli miqdarda rüşvətlər təklif edirlər. Söhbət çox böyük rəqəmlərdən, milyardlardan  gedir. İstisna deyil ki, bu cür təsirlər Azərbaycanda da var. Bildiyim qədər, Azərbaycan dövlət qurumlarına da bu barədə təsirlər göstərməyə çalışılıb. Ümumdünya Ticarət Təşkilatı kimi bir qlobal qurum GMO-nu irəlilətməkdən ötrü dəridən-qabıqdan çıxır. Hər bir vasitələrə əl atır. Deyə bilmərəm ki, Ümumdünya Ticarət Təşkilatı AQTA-ya təsir edib, yoxsa etməyib. Amma qanuna salmaq istəyilə bunlar  GMO-nu Azərbaycana sürüyürlər”-deyə E.Hüseynov qeyd etdi.

E.Hüseynovun mövqeyini öyrəndik və məsələyə AQTA-nın da münasibət bildirməsi üçün qurumun mətbuat xidməti ilə əlaqə saxladıq. AQTA-nın mətbuat xidmətindən bildirdilər ki, məsələ ilə bağlı quruma rəsmi sorğu göndərməliyik. Biz AQTA-ya sorğumuzu göndərdik, lakin hələ bir cavab ala bilməmişik. Qurumun mövqeyini də işıqlandıracağıq.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ