çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Abdin Fərzəliyev Tofiq Heydərovla 22 binanın müştərilərini görüşdürəcək, AAAF-ın 28 milyon vergi borcu çıxdı...

Image


Mətbuatda yayılan məlumata görə, AAAF Park Yaşayış Kompleksindən mənzil alıb evsiz qalanlar Abşeron rayon İcra Hakimiyyətinə şikayətə gəlib. 22 bina, 2200-ə yaxın mənzil 8 ilə yaxındır təhvil verilmir.

Dia.az-ın məlumatına görə, şikayətə gələnləri qəbul edən Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev payçılarla şirkətin sahibi Tofiq Heydərov arasında görüş təşkil edəcəyini vəd edib.

Vergilər Nazirliyinin məlumatına görə, şirkətin 28 milyon manata yaxın borcu var. Sakinlər deyir ki, AAAF Park vergi borcuna görə binaları tikə bilmədiyini iddia edir.

AAAF Park Yaşayış Kompleksindən şikayət edən vətəndaşlar neçə ildir ki, aldıqları mənzillərə köçüb yaşaya bilmirlər. 

AAAF Park Yaşayış Kompleksindən şikayətlə bağlı şirkətin rəsmi saytında qoyulan əlaqə nömrəsi isə işlək deyil.

Əlaqə telefonu işləmədiyi üçün şikayətlərə şirkətin mövqeyini öyrənə bilmədik.

  • “AAAF Parkın kifayət qədər qaranlıq işləri var, bu qədər şikayətçinin də olması onu göstərir ki, şirkətdə şəffaflıq yoxdur”

İqtisadiyyat üzrə ekspert Akif Nəsirli bizimlə söhbətində bildirib ki, istənilən fəaliyyət növündə boşluqlar varsa, dünyanın harasında olursa olsun, bu boşluqlardan istifadə edənlər tapılacaq. O qeyd etdi ki, bu boşluq istəyir ABŞ-da, istər İngiltərədə, İtaliyada, yaxud Azərbaycanda olsun, fərqi yoxdur, mütləq sui-istifadəçilər tapılacaq: “Bu boşluqdan sui-istifadə edib az zəhmətlə pul qazanmağa çalışan vətəndaşlar tapılacaq. Ona görə də, ümimiyyətlə mənzil tikintisi sahəsində həm qanunvericilik bərbad vəziyyətdədir, burada çox ciddi boşluqlar var, digər tərəfdən, bu sahədə hökumətin səmərəli nəzarəti yoxdur. Bu məsələləri aradan qaldırmaq üçün birinci növbədə bu sahəni tənzimləyən qanunvericilik aktlarına ciddi dəyişikliklər edilməlidir, o boşluqlar aradan qaldırılmalıdır. Özülü atılan binaların  layihəsində nə qədər mənzil varsa, ölkə daxilində onun hamısının reyestri aparılmalıdır. Bu reyestrdə həm də dövlətin aidiyyəti qurumu tərəfindən mənzilin tikilmə sürəti izlənilməlidir. Bu halda nə tikinti şirkətləri vətəndaşı aldada, nə də vətəndaşın evini gecikdirə bilər. İndiki halda isə bu sahəyə dövlət nəzarəti çox zəifdir. Bu sahəni özbaşına buraxıblar. İcra başçıları da hərəsi öz ərazisində həmin şirkətlərə torpaq satmaqla, onları himayə etməklə yanaşı, bazarda özlərinin payını götürməyə çalışırlar. Ona görə də belə hərc-mərcliklər, baçıpozuqluqlar yaranır. Bakıda bir tərəfdən vətəndaşlar uzun illər boyu əziyyət çəkir evsiz qalır, digər tərəfdən, tikinti müddəti uzanır və uzanan müddətdə də şəhərin tozlanması, çirklənməsi, ekoloji cəhətdən ciddi zərbələrin dəyməsi müşahidə olunur. Yəni bu sahədə boşluqları aradan qaldırmaq üçün ilk növbədə qanunvericiliyə dəyişiklik edilməlidir. İkinci növbədə qanuna edilən yeni dəyişikliklərlə müəyyən edilməlidir ki, mənzillərin ciddi reyestri, qeydiyyatı aparılsın. Hökumət bilməlidir ki, hansı şirkət hansı binanın, yaşayış kompleksinin tikintisinə nə vaxt başlayıb, həmin bunada tikinti neçə müddətdə gedib, vəziyyət hər an nəzarətdə olmalıdır ki, vəziyyət necədir. Bu sahəyə ciddi nəzarət olmasa, biz hələ uzun müddət belə neqativ hallarla rastlaşacağıq. Hətta bir neçə il  əvvəl bir mənzilin bir neçə nəfərə satılması fırıldaqları vardı. MTK-lar bu istiqamətdə çox özbaşınalıqlar edirlər. Bu özbaşınalıqların da səbəbi qanundakı boşluqlardır”.

A.Nəsirlinin fikrincə, digər tərəfdən, hökumət tikinti şirkətlərinin qarşısına texniki tələblər qoymalıdır. O qeyd etdi ki, artıq dünyada illərlə ev tikmək məsələsi  yoxdur, çoxmərtəbəli binaların tikilməsi artıq aylarla hesablanır, yəni tikinti 5, 10,11 aya bitməlidir. Hətta Çində tikinti şirkətləri layihədə ayla yox, tikintinin müddətini həftə ilə göstərirlər. Yəni aylar artıq hesablanmır.

A.Nəsirlinin sözlərinə görə, bu sahəyə dövlət nəzarəti mütləq olmalıdır, çünki bu dövlətin ümumi yaşayış sahəsidir. Bu fərdi ev deyil, bir damın altında minlərlə adam yaşayır. “Tikintinin keyfiyyətinə nəzarət edilməli olduğu kimi texniki tərəfinə də, vətəndaşlarla münasibətlərə də nəzarət edilməlidir. Amma azacıq müşahidə etmək kifayət edir ki, iri tikinti şirkətlərinə nəzarətin olmadığı aydın görsənsin. Görünən odur ki, AAAF Parkın da fəaliyyətinə ciddi nəzarət olunmayıb. Zaman-zaman mətbuatda AAAF Park tikinti şirkəti barədə kifayət qədər şikayətlər yer alıb. Bu tikinti şirkətinin fəaliyyətində ciddi noqsanlar var. Bu qədər binalar, komplekslər tikən şirkət niyə  vergidən yayınmalıdır, niyə vergi verməməlidir ki? AAAF Parkla bağlı kütləvi vətəndaş narazılığı onu göstərir ki, bu şirkət şəffaf işləmir. Bir neçə il əvvəl bir mənzili bir neçə vətəndaşa, mansardları ev adı ilə satması faktları var. Xırdalanda götürüb bütün mansardları ev adı ilə satıblar. Halbuki, mansardlar yaşayış üçün yararlı deyil, qeyri-yaşayış sahəsi kimi istifadə oluna bilər. AAAF Parkın kifayət qədər qaranlıq işləri var, bu qədər şikayətçinin də olması onu göstərir ki, şirkətdə şəffaflıq yoxdur, vergidən yayınma var. Konkret vergi borcu var bu şirkətin. Şirkət rəhbəri ilə şikayətçilərin görüşdürülməsi öz yerində, amma AAAF-ın fəaliyyəti kökündən araşdırılmalıdır. Şirkətdəki əyintilər aradan qaldırılmalıdır, ya vətəndaşlara dəyən zərər ödənilməlidir, ya da haqq etdikləri mənzillər onlara verilməlidir” - deyə A.Nəsirli qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ