Aprelin 3-də Bakıda “Location” gecə klubunda baş verən partlayışda yaralananlardan daha biri vəfat edib, bununla da hadisə nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb. Bu barədə mətbuata Baş Prokurorluqdan məlumat verilib.
Məlumata görə, gecə klubunda ofisiant işləyən 2001-ci il təvəllüdlü Ayxan Fətullazadə müalicə aldığı özəl tibb müəssisəsində dünyasını dəyişib. Onun vəziyyəti kritik ağır olaraq qiymətləndirilirdi.
Qeyd edək ki, 3 aprel saat 03:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda partlayış baş verib. Partlayış nəticəsində 3 nəfər həlak olub, 30-dan çox adam xəsarət alıb. Yaralananlar arasında əcnəbilər də var.