çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Paxlavanın/baklavanın ermənilərə heç bir aidiyyəti yoxdur - Əqli Mülkiyyət Agentliyi

Image


Bu günlərdə Ermənistan mətbuatında qədim türk mətbəx mədəniyyətinin ən çox istifadə olunan şirniyyat növlərindən biri olan paxlava/baklavanın ermənilər tərəfindən öz qeyri-maddi mədəni irs nümunəsi kimi dünyanın qeyri-maddi mədəni irs siyasına daxil edilməsi üçün UNESCO-ya müraciət etmək üçün hazırlıqlara başlamaları barədə məlumat yayılıb.

İlk olaraq onu qeyd etmək lazımdır ki, ən ləziz və geniş yayılmış şirniyyatlardan olan paxlava/baklava bir sıra Şərq xalqlarının və ilk növbədə türk xalqlarının mətbəx mədəniyyətinin ən çox istifadə olunan şirniyyatlarındandır və erməni mətbəxinə heç bir aidiyyəti yoxdur. Digər tərəfdən, paxlava/baklava sözünün etimoloji baxımdan erməni dili ilə hər hansı bir bağlılığından söhbət gedə bilməz və bu linqvistik vahidin etnolinqvistik analizi göstərir ki, o, türk xalqlarının dilinin leksikasına daxildir və bir sıra dillərdə cüzi fonetik fərqlə səslənsə də, eyni semantikaya malikdir. Məsələn, Türkiyə türkcəsində “baklava”, Azərbaycan dilində “paxlava”, özbək, qazax və tatar dillərində paxlava/baklava kimi səslənir. Bir sıra mütəxəssislərin fikirlərinə görə, bu söz qədim dövrlərdən başlayaraq bakılağı-bakılavi-baklava, digər variantlarda baklagu və ya baklagi kimi dəyişmə prosesi keçmişdir və bu gün bir çox dillərdə paxlava/baklava formasında işlədilir və mənası da “lay-lay olan tort” kimi izah edilir. Lüğətlərdə bu sözün daha çox Anadolu türklərinin, yaxud Azəri türklərinin leksikasına aid olduğu söylənilir.

Türk əsilli dilçi professor Tuncer Gülensoy baklava/paxlava sözünün kökünün türkcədə bakl-ı (yem) olduğunu ve buna -la-ğı sonluqlarının əlavə olunduğunu bildirir. Söz bakılağı>bakılavi>baklava olarak dəyişmişdir (Gülensoy, Tuncer (2007). Türkiye Türkcesindeki Türkçe Sözcüklerin Köken Bilgisi Sözlüğü-I . Türkiye: Türk Dil Kurumu. s. 106. ISBN 978-9751619709).

Bu söz digər türk olmayan xalqların dillərinə də keçib. Məsələn, baklava/paxlava sözünə ingilis dilində ilk dəfə 1650-ci ildə rast gəlinir və həmin sözün Türkiyə türkcəsindən alınmış (iqtibas edilmiş) türkizm olduğu göstərilir (Oxford English Dictionary, 2nd edition).

Tarixçi Nuri Canlı paxlava haqqında ilk yazılı məlumatın XV əsrə aid olduğunu bildirir. Onun yazdığına görə, Osmanlı hökmdarlarının Topqapı muzeyinin Yemək kitabında İstanbulu fəth edən sultan Fatihin dövrünə aid bir qeyd saxlanmışdır. Həmin qeyddə göstərilir ki, sarayda ilk baklava 1453-cü ilin avqustunda hazırlanmışdır (Елена Солнцева. Пахлава или жизнь.Турки защищают смесь орехов, меда и теста от иностранной агрессии (12.07.2006 15:30); (Najmieh K. Batmanglij, A Taste of Persia: An Introduction to Persian Cooking. I. B. Tauris, 2007).

Bu söz qədim türk-Azərbaycan tarixinə malikdir. Ədəbiyyatımızdan bəllidir ki, XV əsrin ortalarında yazılmış Qayğılı Abdala məxsus bir şeirdə “baklava” haqqında belə deyilmişdir:

“İki yüz təpsi baklava, içində

Kimi badəm, kimi mərcimək olsa”

Həmçinin XVII əsrə aid bir türk mahnısında da “baklava” sözünə rast gəlinir:

Dərdə dəvadır baklava,

Cana şəfadır baklava,

Yiyəmmədim doyunca,

İbrət-nümadır baklava.

Bütün bunlar onu göstərir ki, həmin dövrlərdə belə “baklava” artıq türk mətbəxinin tanınmış şirniyyatlarından olmuşdur.

Baklava/paxlava sözünün türk dilinə aid və şirniyyat növü olaraq türk xalqlarının mətbəx mədəniyyəti nümunəsi olduğunu bir sıra xarici ölkələrin alim və tədqiqatçıları da öz əsərlərində qeyd etmişlər.

Məsələn, məşhur avstriyalı linqvist Frants Mikloşiç öz türk sözləri lüğətində baklava/paxlava sözünün Balkanlara və Şərqi Avropaya türk dilinin leksikasından keçdiyini qeyd etmiş və həmin sözün mənasını “lay-lay olan tort” kimi izah etmişdir (Von dr. Franz Miklosic, “Die türkischen elemente in den süd-ost und ost-europäischen sprachen: (griechisch albanisch rumunisch bulgarisch serbisch kleinrussisch grossrussisch polnisch. WIEN, 1884. S.19).

Tanınmış alman şərqşünası, türkoloq Gerhard Derfer də özünün 4 cildlik yeni persiya dilinə keçmiş türkizmlər lüğətinə baklava/paxlava sözünü daxil etmiş və bununla həmin sözün türk mənşəli olduğunu qeyd etmişdir (Gerhard Doerfer, “Türkische und Mongolische Elemente im Neupersischen”, 1965, T2, s.255).

Tarixçi alim Paul D.Buell öz kitabında baklava/paxlava sözünün türkcəyə bağlı olduğunu və Moğolcada da eyni məna daşıdığını bildirmişdir (Paul D. Buell, "Moğol İmparatorluğu ve Türkleşme: Yemek ve Yemek Yollarının Kanıtı", s. 200 ff, Amitai-Preiss, 1999). Türk dilinə aid olan bu söz kiçik fonetik yazı fərqləri ilə bir çox dillərdə işlənməkdədir (Merriam-Webster Çevrimiçi, sv Baklava" . Mw.com . 2012-04-22; "Dictionary.com. Kısaltılmamış, sv Baklava" . sözlük.reference.com . 2012-04-22).

Bir sözlə, baklava/paxlava sözünün türk mənşəli olması barədə fikir elmi ictimaiyyət tərəfindən qəbul edilmiş aydın nəticədir.

Bəzi linqvistlərin araşdırmalarında baklava/paxlava sözünün ərəb sözü “baqlawi” - “toxunmuş zəncir” sözündən törədiyini ehtimal edən fikirlər olsa da, bu versiya öz təsdiqini tapmamışdır.

Azərbaycanlı alimlərdən Bəşir Əhmədov paxlava/baklava sözünün dilimizdə geniş şəkildə işlənən paxla sözü ilə bağlı olduğunu qeyd etmişdir (Bəşir Əhmədov. Etimologiya lüğəti).

Baklava/paxlava sözünün etimologiyasından danışarkən onu da qeyd etmək lazımdır ki, bu şirniyyatın adının iki sözdən – türk dillərindəki bakla/paxla və ərəb dilində olan halva sözlərindən yaranması barədə fikirlər də mövcuddur və bunun müəyyən elmi əsasları da vardır. Bəllidir ki, bakla/paxlanı Azərbaycanda paxlalı bitkilərə aid edirlər. Lakin tarixən bu sözü dənli və paxlalı bitkilərin bütün növlərinə aid edirdilər. Qoz, badam, araxis və s. də bu kateqoriyaya daxildir. Onu da qeyd edək ki, bəzən paxlavanı düyü və qarğıdalı, həmçinin dənli-paxlalı bitkilərin unundan da hazırlayırlar. Çox guman ki, rus dilində olan “бакалея” sözü də həmin kökdəndir.

Ərəb mənşəli “halva” sözü isə “unlu şirniyyat” kimi tərcümə olunur. Baklava/paxlava sözü isə kontaminasiyadır, yəni bakla/paxla və halva sözlərinin birləşməsindən əmələ gəlmiş yeni sözdür və ən önəmlisi, türk dilinin sözyaratma qaydalarına uyğun olaraq yaradılmışdır. Daha dəqiq desək, baklahalva/paxlahalva söz birləşmələri sözün ortasındakı hecanın kəsilməsi yolu ilə fonetik cəhətdən baklava/paxlava sözlərinə çevrilmişdir.

Rus dilindəki leksikoqrafik mənbələrdə də bu söz kifayət qədər geniş şəkildə işlədilir:

“пахлава” qoz-fındıq içli Şərq pirojnası (http://www.mirefremova.ru. Современный толковый словарь русского языка Ефремовой Т.Ф.,2000);

qoz-fındıq içli müxtəlif növləri olan piroq – Bakı paxlavası, Naxçıvan paxlavası, Şuşa paxlavası, lay-lay, əriştəli, əriştə kimi və s. (Похлебкин В.В., Большая энсиклопедия кулинарного искусства. Все ресепты В.В Похлебкина, Центрполиграф,М., 2009);

bişirildiyi qabın ölçüsü boyda olan qoz-fındıq içli Azərbaycan milli piroqu, bişirildikdən sonra romb-hissələrə bölünür və müxtəlif növləri vardır, hansılar ki, xəmirin xarakteri, xəmirin və içliklərin nisbəti, onların doldurulma üsulu və yerləşdirilməsi, içliyin komponentlərinin nisbəti ilə fərqlənirlər (Кулинарный словарь, Зданович Л.И. Серия: Карманная библиотека. 2001, 4000 с.).

Milli Azərbaycan xalçalarında da bir sıra paxla simvollarına rast gəlmək mümkündür və bunlar formaca paxlavaya oxşayırlar. Bir çox xalçalarımızın üzərindəki həndəsi naxışlara diqqət yetirsək, onların sırasında düz, sınıq və dalğavarı xətlərdən ibarət, həmçinin günəşin, ayın, ulduzların təsvirini əks etdirən rəsmləri, həmçinin paxlava və ya romb kimi ornamentləri görmək olur. Ümumiyyətlə isə paxlava milli mədəniyyətimizdə alovun rəmzi sayılır, ortasında qoyulmuş fındıq isə yaranışın mifik mənasını özündə əks etdirir.

Maraqlıdır ki, bir sıra erməni yazılı mənbələrində də baklava/paxlava sözünün türk leksikasına, həmin adda şirniyyatın isə türk xalqlarının mətbəx mədəniyyətinə aid olduğu və etimoloji cəhətdən ermənilərə heç bir aidiyyətinin olmadığı qeyd olunur.

Məsələn, erməni əsilli yazıçı və dilçi Sevan Nişanyan bu sözün ona məlum olan ən əski formalarını (1500-ci ilə qədər) baklağı ve baklağu olaraq qəbul edir, onun Proto-Türk kökənli olduğunu bildirir və bununla həmin sözün əslində ermənilərlə heç bir əlaqəsinin olmadığını göstərir (Nişanyan, Sevan (2009) (Türkçe). Sözlerin Soyağacı - Çağdaş Türkçenin Etimolojik Sözlüğü [Kelimelerin Soyağacı - Çağdaş Türkçenin Etimolojik Sözlüğü]. İstanbul. http://nisanyansozluk.com/?k =baklava).

Erməni mənbələrində paxlava/baklava ilə bağlı yazılanlardan danışarkən bir maraqlı erməni nağılını da burada xatırlatmaq yerinə düşər. Söhbət erməni müəllif Talita Ambarsumovna Xatranovanın “Erməni mətbəxi” kitabına daxil edilmiş erməni folklor vahidindən gedir və müəllif həmin nağıla istinad edir. “Paxlavanın dadı” adlı həmin erməni xalq nağılı onların öz yalanlarını ifşa etmək baxımından çox maraqlıdır. Nağılı təqdim edirik:

  • “Ən yaxşı hansı şirniyyatdır və hansı yemək ən dadlı yeməkdir?

Hər kəs sevimli yeməyini söylədi və onun ən dadlı olduğunu təriflədi.

  • Yox, qardaşlar,- söhbətə Sako müdaxilə etdi,- ən şirin şey paxlavadır.
  • Sən bunu haradan bilirsən? - Keri Toros soruşdu.
  • Bilməsəydim onda danışmazdım,- Sako cavab verdi.
  • Haradan bilirsən? Eh, sən özün paxlava yemisən? – Maqdesants Arut istehza etdi.
  • Mən yeməmişəm, lakin bilirəm, - Sako qürurla cavab verdi.
  • Bir halda ki, yeməmisən, onda haradan bilirsən ki, paxlava şirindir? - Keri Toros soruşdu.
  • Eh, siz! – Sako incimiş halda cavab verdi, - baxmayaraq ki, mən paxlava yeməmişəm, lakin bilirəm. Mən bu barədə keçən il Qars bazarına getdiyim vaxt öyrəndim. Mən orada paxlava yeyən insanları gördüm. Bunu onlar dedilər: “Paxlava çox şirindir”.

Ermənilərin bu sadə xalq nağılı paxlava/baklavanın hay-ermənilərə hansı səviyyədə aidiyyətinin olmasının əyani bir göstəricisidir və onun məzmunu bir daha sübut edir ki, onların tarixi və genetik yaddaşında belə baklava anlayışı haqqında aydın təsəvvürləri yoxdur. Üstəlik, yuxarıda bir sıra nüfuzlu müəlliflərdən gətirilmiş istinadlardan da göründüyü kimi, paxlava/baklava sözünün erməni dilinə, bir şirniyyat növü olaraq isə erməni mətbəxinə heç bir aidiyyəti yoxdur. Bir sözlə, həmişə olduğu kimi, bu gün növbəti erməni saxtakarlığı ilə qarşılaşırıq.

Beləliklə, baklava/paxlava sözünün türk leksikasına və bu adla tanınan şirniyyat növünün türk xalqlarının mətbəx mədəniyyətinə aid olması dünyada qəbul edilmiş faktdır və hay-ermənilərin baklava/paxlava ilə bağlı hazırkı iddialarının heç bir tarixi, elmi və hüquqi əsası yoxdur.

Əqli Mülkiyyət Agentliyi



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ