Azərbaycan həkimlərinin nə savadda, nə də xəstəyə münasibətdə əvəzi yoxdur. Mehriban, qayğıkeş, savadlı həkimlərimizin səyləri nəticəsində xəstələr şəfa tapır, sağlamlığına qovuşur, ev-eşiyinə, ailəsinin yanına qayıdır. Həkimlər, şəfqətli həkimlər, sizin zəhmətinizi, əməyinizi min-min təşəkkürlərlə ödəmək çətindir... Həkimlərimizin həm Birinci, həm də İkinci Qarabağ müharibəsi qazilərinə qayıkeş münasibəti göz önündədir.
Neçə müddətdir ki, Birinci Qarabağ müharibəsi qazisi Quliyev İlham Əli oğlu 6 saylı BTM Məlikov adına klinikada səhhətində yaranmış problemlə bağlı müalicə alır. Qazimiz müharibənin ağrı-acısını, fəsadlarını hələ də ürəyində daşıyır. Adı çəkilən kilinikanın baş həkimi Nağıyev Rafiq, şöbə müdiri, nevroloq İbrahimova Bela, baş tibb bacısı Salmanova Sevda, Sevinc İsmayılova xəstələrə o qədər şəfqətli, o qədər qayıkeşdir ki, sözlə demək çətindir. Məhz onların əvəzsiz bacarığı, qayğısı, müalicəsi, diqqəti sayəsində qazimiz yenidən həyata dönüb.
Quliyevlər ailəsi gözəl insan, əsl həkim Bela xanıma çox dərin minnətdarlqılarını bildirirlər. “Əziz və hörmətli Bela xanım, sizə çox-çox minnətdarlıq edir, qarşınızda baş əyirik. Nə yaxşı ki, Azərbaycanda sizin kimi gözəl ürəkli və savadlı həkimlərimiz var. Siz bir həkim kimi əsl örnəksiniz!!!”