çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Yeni Qida qanununda ölkəyə GMO-lu yem ıdxalına icazə verilsə... Narazılıqlar var...

Image


Qida təhlükəsizliyi milli təhlükəsizliyin əsas tərkib hissəsidir. Odur ki, dövlətin aidiyyəti qurumlarının qarşısında duran vəzifələr qida təhlükəsizlyini təmin etmək, bu sahədə qanunvericilik bazasını formalaşdırmaqdır.

Bir müddət əvvəl mətbuatda “Qida təhlükəsizliyi haqda” qanun layihəsinin hazırlandığı və artıq Milli Məclisdə birinci oxunuşdan keçdiyi barədə məlumat yayılıb. “Qida təhlükəsizliyi haqda” qanunun qəbul edilməsi çox vacibdir, amma bu şərtlə ki, o qanunda xalqın genefonduna ziyan vuran məsələlərlə bağlı maddələr olmasın. Maraqlıdır ki, mətbuatda  “Qida təhlükəsizliyi haqda” qanun layihəsi ilə bağlı ciddi etirazlar mövcuddur. İddialara görə, qanun layihəsinin müvafiq məddlərindən birində  Genetik Modifikasiya Olunmuş (GMO) yem məhsullarının istifadəsinə icazə verilir. Bu isə olduqca təhlükəlidir.

Qeyd edək ki, son günlər Sağlam Cəmiyyət Hərəkatı Milli Məclisdə 1-ci oxunuşdan keçmiş “Qida təhlükəsizliyi haqda” qanun layihəsinin 25,8 maddəsinin çıxarılması üçün ictimai kampaniyaya start verib, deputatlara və ölkə ictimaiyyətinə müraciət edib. Qeyd olunana görə, bu maddə GMO yem məhsullarının istifadəsinə icazə verilməsini nəzərdə tutur.

  • “GMO məhsulların istifadəsinə imkan verəcək 25.8 maddəni qeyd edə bilərik, bu isə olduqca təhlükəlidir”

Sağlam Cəmiyyət Hərəkatının rəhbəri Elçin Bayramlı kampaniyanın mahiyyəti ilə bağlı “Bakı-Xəbər”ə açıqlamasında bu proses barədə bunları dedi. “Bu qanunun birbaşa xalqın həyatı, taleyi ilə bağlı olduğuna baxmayaraq, hansısa qüvvələr bunu ictimai müzakirələrə çıxarmadan, xalqın rəyini öyrənmədən birbaşa və xəlvəti olaraq ölkə parlamentinə təqdim edib və tez-tələsik 1-ci oxunuşdan keçiriblər. Adından da göründüyü kimi, bu qanun qida təhlükəsizliyini təmin etməlidir, lakin qanunda nəzərdə tutulan bəzi müddəalar birbaşa qida terroruna rəvac verəcək. Buna misal üçün GMO məhsulların istifadəsinə imkan verəcək 25.8 maddəni qeyd edə bilərik, bu isə olduqca təhlükəlidir. Çünki genetik modifikasiyaya uğradılmış məhsulların insan sağlamlığı və həyatı üçün böyük təhlükə olduğu inkişaf etmiş ölkələrin (Fransa, Rusiya, Almaniya, Çin və s) çoxsaylı elmi mərkəzləri tərəfindən dəfələrlə sübut olunub. Bu məhsullar milli genefondumuzu dağıtmağa, ölkəmizin aqrar sektorunu qlobal transmilli şirkətlərdən tam asılı vəziyətə salmağa gətirib çıxaracaq. Geni dəyişdirilmiş məhsullar bir növ gec partlayan bombadır. Bu məhsullar insanın gen strukturunu və psixologiyasını dəyişir, onun immunitetini ağır vəziyyətə salır, onu öz təbii bioloji vəziyyətindən çıxarır və çox qorxunc xəstəliklərə səbəb olur. İnsan orqanizminə siçovul genlərindən tutmuş ən müxtəlif heyvanların genləri yeridilir. Bu da özünü ağır xəstəliklərin çoxalmasında aydın göstərir”.

E.Bayramlının sözlərinə görə, GMO özünü 2-ci nəsildə, yəni bizim uşaqlarımızda daha faciəvi şəkildə büruzə verir və verəcək. Qurum sədrinin qeyd etdiyinə görə, xərçəng xəstəliyinin ən böyük səbəblərindən biri də geni dəyişdirilmiş ərzaq məhsullarıdır. “Beləliklə, bu məsələ birbaşa milli təhlükəsizliyimizlə bağlıdır. Bu məhsullar geniş yayıldıqdan sonra xəstəxanaların və apteklərin sayının kəskin artdığını özünüz də görürsünüz, onlarda davamlı növbələrin olduğunu da. Ölkədə xərçəng də daxil ağır xəstəliklərə yoluxma sayının necə sürətlə artdığı haqda statistikalar da dediklərimi sübut edir. Bu, dövlətimiz üçün strateji təhlükədir - GMO toxumlar reproduksiya vermədiyindən, öz təbii toxumlarını məhv edərək GMO toxumların əkininə keçən ölkələr hər il Monsanto kimi qlobal korporasiyalardan toxum almaq məcburiyyətində qalır. Nəticədə həmin dövlət bir qlobal şirkətdən tam asılı vəziyyətə düşür. Faktiki müstəmləkəyə çevrilir. Çünki bu toxumların sahibi bir növ o ölkənin aqrar sektorunun, ərzaq məhsullarının sahibidir, bu səbəbdən o şirkət həmin dövlətə qarşı istənilən tələbi irəli sürə bilər, buna razı olmayanda isə sadəcə toxum ixracını dayandırar və ölkənin kənd təsərrüfatını məhvə düçar edə bilər. Ümidvaram, bunun necə qorxunc bir təhlükə olduğunu qanun layihəsinə səs verəcək deputatlar başa düşür. Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da müxtəlif qanunlarla GMO məhsulların istehsalı, idxalı, satışı qadağandır. Bəzi qlobal mərkəzlər bundan narahat olub və ölkəmizdə bu qanunların dəyişdirilməsinə çalışırlar. Prosesi Ümumdünya Ticarət Təşkilatı və Monsanto başda olmaqla, genetik modifikikasiya edilmiş məhsulların istehsalı, ixracı sahəsində ixtisaslaşmış qlobal transkorporasiyalar aparır. Onlar bir çox ölkələrdə hökumət və qeyri-hökumət təşkilatlarına, parlament üzvlərinə yol tapıb, nəzarətlərindəki media ilə bunu təbliğ edib özlərinə lazım olan qərarın qəbuluna nail olublar. Sonra isə həmin ölkələri özlərindən asılı vəziyyətə salıblar. Çox təəssüflə qeyd etməliyəm ki, “GMO qanununun” müəllifi buna qarşı mübarizə aparmaq üçün yaradılmış Azərbaycan Qida Təhlükəsizliyi Agentliyidir. AQTA var gücü ilə həmin qlobal dairələrin siyasətini dəstəkləyir və GMO-nun lobbiçiliyini aparır. GMO ifadəsinin əhali arasında neqativ assosiasiya yaratdığını başa düşən agentlik indi onu başqa adla təbliğ edir - hibrid. Hibrid də gen mühəndisliyinin əsəridir və genetik strukturuna müdaxilə edilmiş toxuma deyilir. Yəni konkret desək, hibrid də GMO-dur. AQTA qida bazarında qorxunc, təhlükəli, saxta qidaları yığışdırmaq əvəzinə bu faktları araşdıran, ictimailəşdirən jurnalistləri, ictimai təşkilatları müxtəlif yollarla “zərərsizləşdirməyə” çalışır. Ümumdünya Ticarət Təşkilatının yerli ofisi də bu işlə məşğuldur. Məsələn, dəfələrlə bu prosesə qarşı mübarizə aparan Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynovu ofislərinə dəvət edib onunla “profilaktik söhbətlər” aparıblar, bütün mümkün imkanlar, müəyyən təkliflərlə ondan bu məsələdə sakit durmağı xahiş ediblər. Lakin Eyyub müəllim vicdanını bu qlobal quldurlara satmayıb. 25 ildir o və rəhbərlik etdiyi təşkilat bu qüvvələrlə mübarizə aparır. Biz də Sağlam Cəmiyyət Hərəkatı olaraq bu sahədə mübarizəmizi davam etdiririk. İndi əhalimizin qida təhlükəsizliyini qorumaq vəzifəsi etibar edilmiş həmin bu AQTA ölkə parlamentinə təqdim edilmiş yeni qanunun keçməsinə çalışır. Şübhə çoxdur ki, bu qanun layihəsi qlobal dairələrin göstərişləri əsasında AQTA tərəfindən hazırlanıb və ona səs verən deputatların bəziləri isə yəqin ki, bu sahədə fundamental biliklərə və lazımi məlumatlara malik olmadıqlarından, necə dəhşətli bir təhlükəyə yaşıl işıq yandırdıqlarının fərqində deyillər. Ümid edirəm ki, hörmətli deputatlarımız bu qanun layihəsindəki müvafiq maddənin əleyhinə səs verəcəklər. Bu qanundan onun 28,5 bəndi çıxarılacaq. Əks halda bu cinayətə səs verən deputatlar xalqın və dövlətin düşməni olduqlarını etiraf etmiş olardılar. Ona görə də biz cəmiyyət olaraq sosial məsuliyyətimizi göstərməliyik və Milli Məclisi bu qanunun həmin maddəsinin çıxarılmasına çağırmayılıq. Bu səbəbdən, hamını Sağlam Cəmiyyət Hərəkatının elan etdiy “GMO-ya Yox deyək!” şüarlı ictimai kampaniyaya dəstək verməyə çağırırıq. Bu gün bunu etməsək, sonra artıq gec olacaq. Biz qarşısını ala bilməsək, bizim övladlarımız bu qlobal bioterrora məruz qalıb böyük faciələrə düçar olacaqlar. Dövlətimiz də strateji planda ağır vəziyyətə düşəcək. GMO yönümlü kənd təsərrüfatı və yeyinti sənayesi həmin dövlətin iqtisadiyyatnın əhəmiyyətli və ən vacib hissəsini hansısa xarici mərkəzə bağlayır. Azərbaycan təbiəti, vətənimizin yeraltı və yerüstü resursları bizim özümüzü təbii məhsullarla təmin etməyimiz üçün yetərli imkanlara malikdir. Bu potensialdan səmərəli istifadə etməklə, sağlam cəmiyyət, güclü dövlət yarada bilərik. Bizim genofondumuzu dağıdacaq, xalqımızı və dövlətimizi sosial-iqtiadi cəhətdən ağır vəziyyətə sala biləcək qorxunc GMO məhsullara ehtiyacımız yoxdur”- deyə E.Bayramlı qeyd etdi.

Sağlam Cəmiyyət Hərəkatının irəli sürdüyü fikirlərə Azərbaycan Qida Təhlükəziliyi Agentliyinin (AQTA) mövqeyini öyrənmək üçün AQTA-ya sorğu göndərdik, amma hələ sorğumuza cavab verilməyib. Bu məsələyə AQTA-nın münasibət bildirməsi vacibdir, çünki söhbət çox ciddi təhlükədən, gələcəyimizi təhdiddən gedir. Ümid edirik ki, bu məsələ ətrafında geniş müzakirə açılacaq...

 İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ