Son illər Masallının müxtəlif məktəblərində təhsil alan şagirdlərin rayon Heydər Əliyev Mərkəzinə vaxtaşırı ekskursiyaları təşkil olunur. Mərkəzin növbəti qonaqları isə şəhər 3 saylı tam orta məktəbin 1-ci sinif şagirdləri idi.
Mərkəzin bələdçisi Şəfa Xəlilova balaca məktəblilərə Ulu Öndər Heydər Əliyevin həyatı və dövlətçilik fəaliyyəti haqqında ətraflı məlumat verib. Daha sonra şagirdlər Masallı rayon Heydər Əliyev Mərkəzinin 3D kinozalında Aprel döyüşlərinin 6-cı il dönümü ilə əlaqədar “Zəfərin təməli” layihəsi çərçivəsində “Lələ təpə əməliyyatı - Aprel döyüşləri” animasiya filminə baxıblar. Filmdə döyüşlərdə şəhid olan Vətənin qəhrəman oğullarının görüntüləri canlandırılıb.
Ekskursiya balacaların dərin marağına səbəb olmuşdur.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü