çərşənbə axşamı günü, 10 noyabr 2026
     

7 il erməni əsirliyindən sonra - əlil, veteran statusu yox, pul yox, Müşfiqdən Bakıya piyada...

Image


Sosial şəbəkədə 7 il erməni əsirliyində olan və ötən il Azərbaycana qaytarılan Şahbaz Quliyevin aksiya keçirdiyinə dair videogörüntülər  yayılıb. Videoda  o, əlil kimi pensiya və veteranlıq statusu ala bilmədiyini deyir. Bildirir ki, Məşğulluq Xidmətindən ona aylıq 160 manat maaşla süpürgəçi işi təklif edilib. Ş. Quliyev həmçinin çox çətin vəziyyətdə yaşadığını bildirib: “Evimin qazını və işığını kəsiblər. 1 manat pulum olmadığından Müşfiq qəsəbəsindən Bakının mərkəzinə piyada gəlmişəm. 1 il yeddi aydır çox çətin vəziyyətdə yaşayıram...”

Mətbuatda Ş.Quliyevin əlillik dərəcəsi ala bilməməsi ilə bağlı səsləndirdiyi problemlərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu ünvanladıq. Agentlikdən baki-xeber.com-a bildirdilər ki, vətəndaş doğru danışmır. “Vətəndaş düz danışmır. 2021-ci ildən ikinci dərəcə əlilliyi var”.

Şahbaz Quliyev: “Əgər onlar dediyi sübut olunsa çıxıb televizorda xalqdan üzr istəyəcəyəm ki...”

Dövlət Məşğulluq Agentliyinin Strateji Kommunikasiya departamentinin müdiri Mayis Musayev də Ş.Quliyevin etirazına münasibət bildirib. “Bu gün (aprelin 1-i) Bakı şəhərinin mərkəzində etiraz edərək bir neçə sosial şəbəkə səhifəsinə müsahibə verən Tərtər rayon Qarağacı kəndində qeydiyyatda olan Quliyev Şahbaz Cəlal oğluna 17.06.2021-ci il tarixdən ümumi səbəbdən II qrup əlillik təyin edilmişdir. Buna görə o, aylıq olaraq 180 manat məbləğində müavinət alır. Çıxışında ödənişdən imtina edildiyi barədə fikir səhvdir. Belə ki, müavinətini aylıq olaraq vətəndaş öz bank kartı vasitəsilə əldə edir.
Bununla yanaşı, onun həyat yoldaşı Qarayeva Təranə şirniyyat sahəsi üzrə, bacısı oğlu Qarayev Rəşad inkubator zərfi üzrə özünüməşğulluq proqramına cəlb edilib. Yaxın vaxtlarda hər ikisinin aktivlərlə təmin edilməsi nəzərdə tutulub. Şahbaz Quliyevə isə bu ilin 30 martında heyvandarlıq sahəsi üzrə təsərrüfatın qurulması təklif edilib. O öz təsərrüfatını Tərtər rayonunda quracağını, gələn həftə məşğulluq filialına yaxınlaşacağını bildirib.
Həmçinin, ailəsinə 4 dəfə səfər olunaraq psixo-sosial dəstək göstərillib.
Ş.Quliyevin işlə təmin edilmək üçün 10 il staj tələbi iddiası isə həqiqəti əks etdirmir”.

Rəsmi dairələrin fikirlərindən sonra Şahbaz Quliyevlə əlaqə saxladıq. Ş.Quliyev bizimlə söhbətində bildirdi ki, barəsində deyilənlər əsassızdır: “Birincisi, mən aksiya keçirməmişəm. Düzdür, mənə ikinci qrup əlillik dərəcəsi veriblər. Mən qaytarıldıqdan sonra bir dənə salamat yerim yox idi. Onlar hospitala gəliblər, yazıb-pozublar ki, sənə mülki şəxs kimi yox, hərbiçi kimi ikinci qrup əlillik veriləcək. Sonra  bir aydan sonra zəng ediblər ki, səni hərbiçi kimi qeydiyyata ala bilmirik. Çünki bütün dünya bilir ki, siz ora ziyarətə getmisiniz, sənə mülkü vətəndaş kimi əlillik dərəcəsi veriləcək. Sonra mənə zəng etdilər ki, sizə stajla pensiya vermək istəyirik, amma 7 iliniz çatmır, 130 manat sosial müavinət təyin ediləcək, indi 180 manatdır. O pul karta köçmüşdü almışıq. Son 7 il də ona görə çatmır ki, o müddətdə erməni əsirliyində olmuşam. Amma sizə açıqlama verənlər bunu nəzərə almaq istəmirlər. Sizcə, indiki zamanda 180 manata dolanmaq olar? Buna etiraz edəndə  isə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən dedilər ki, get əsirlikdə olduğuna dair arayış gətir, mən də gedib DTX-dən arayış gətirib nazirliyə verdim. Oradan da məni Yasamal rayonundakı DOST mərkəzinə göndərdilər ki, apar bu arayışı ora ver və sosial müavinətin təyinatı dəyişəcək, ikinci qrup əlilliklə 600-700 manat pensiya alacaqsan. DOST mərkəzindən bildirdilər ki, ancaq sosial müavinət məsələsinə baxarıq, bizi başqa şeylərə qatmayın. Sonra dedilər ki, get Sovet orsusunda xidmətinə dair arayış gətir. Onu da gətirdim, axırda mənə məktub gəldi ki, sizə hərbiçi kimi pensiya verə bilmirik. 1992-ci ildən 1994-cü ilə qədər də döyüşdə olmuşam. Bu gün nə müharibə veteranı statusu, nə də hərbiçi kimi ikinci qrup əlillik pensiyası ala bilirəm. Baxmayaraq ki, bunları almaq üçün əlimdə bütün əsaslarım var”.

Ş.Quliyevin sözlərinə görə, sosialdan deyiblər ki, guya  həyat yoldaşı şirniyyat sahəsi üzrə, bacısı oğlu Qarayev Rəşad inkubator zərfi üzrə özünüməşğulluq proqramına cəlb edilib. Ş.Quliyev deyir ki, bunların heç biri həqiqətə uyğun deyil: “Mənim hay-küyümdən sonra sosial qurumlardan deyirlər ki, guya arvadımın şirniyyat sexi, mənim isə rayonda mal fermam var, bacım oğluna isə inkubator veriblər. Amma bunun heç biri doğru deyil. Faktiki olmayan, gözünlə görmədiyin məsələ ilə bağlı müsahibə vermək olar? Guya bizə sosial qurumlar hər şey verib, amma əslində  heç nə yoxdur. Jurnalistsiniz, gəlin özünüz araşdırın görün varmı? Gəlin özünüz baxın, araşdırın, lap sizi rayona aparım, görün nəsə var? Sübut olunsun ki, onlar var, mən də görüm, bəlkə elə veriblər mənim xəbərim yoxdur. Gedək göstərsinlər ki, buranı sənə vermişik. Əgər onlar dediyi sübut olunsa çıxıb televizorda xalqdan üzr istəyəcəyəm ki, veriblər mən yalan danışmışam”.

Barəsində yanlış məlumat yaydığı və fikirlərini təhrif etdiyi üçün bəzi media orqanlarını məhkəməyə verəcəyini deyən Ş.Quilyev deyir ki, bəziləri ona şər atıb “Şahbazın hər şeyi var, gözü doymur” deyir. O qeyd etdi ki, maşını, başqa şeyləri əlindən çıxıb, onları istəmir, bircə sağlam canını qaytarsınlar, bundan başqa bir arzusu yoxdur, sağlamlığını isə qaytarmaq mümkün deyil. İl yarımdır hospitalda müalicə aldığını deyən Ş.Quliyevin sözlərinə görə, sağlamlığını itirib. “Mən müharibə veteranı statusumu və hərbiçi kimi ikinci qrup əlillik tələb edirəm. Mənə şər atanları məhkəməyə verəcəyəm”-deyə qeyd edən Ş.Quliyev bildirdi ki, ölkə başçısının göstərişi ilə müalicə olunur, amma sosial sahə üzrə məmurlardan ciddi narazılığı var. Hazırda Müşfiqabad qəsəbəsində keçmiş məcburi köçkünlər üçün salınan Yeni qəsəbədə yaşayır: “Bu evi isə mən əsir düşdükdən sonra cənab prezident ailəmə verib. Bu gün mən “Qaçqınkom”dan o evin sənədini ala bilmirəm. Mən burada olmadığıma görə o vaxt evin müqaviləsi anamın, keçmiş yoldaşımın adına bağlanıb. Boşanandan sonra məhkəmədən sənəd apardım ki, biz boşanmışıq, keçmiş həyat yoldaşım çıxıb gedib evi mənim öz adıma keçirin. Ev mənim adıma olsun, etmirlər”- deyə Ş.Quliyev qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ