Lerik Rayon Heydər Əliyev Mərkəzində 31 Mart Azərbaycanlıların Soyqırımının 104-cü ildönümü münasibətilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lerik nümayəndəliyi, Lerik Rayon Heydər Əliyev Mərkəzi və Rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə tarix dərsi keçirildi. Burada əsas məqsəd erməni qəsbkarlarının Azərbaycan xalqına qarşı törədikləri tarixi faciələri gənc nəslə çatdırmaq, onlarda vətənpərvərlik hissini gücləndirmək istəyindən irəli gəlirdi.
İlk öncə soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Daha sonra Mərkəzin elmi işçisi Bahar Mürsəliyeva şagirdlərə 31 Mart Soyqırımı haqqında ətraflı məlumat verdi. Tarix dərsini Gənclər İnkişaf və Karyera Mərkəzinin Lerik nümayəndəliyinin direktoru Ayfər Şakirli tədris edərək, tarixi faktları, 31 Mart Soyqırımına verilən hüquqi qiyməti şagirdlərin diqqətinə çatdırdı.
Sonda "Sündü" bədii filmi nümayiş edildi.
Zəfər Əliyev Azərbaycan Jurnalistlər Birliyinin üzvü