çərşənbə axşamı günü, 10 noyabr 2026
     

QMİ və Komitə saxta deyilən Ramazan təqvimlərindən niyə belə narahatdır?

Image


Ramazan ayı ərəfəsində hər zaman müəyyən xoşagəlməz söhbətlər, hətta şaiyələr belə dolaşır. Bu günlərdə daha çox danışılan mövzulardan biri saxta Ramazan təqvimləridir ki, artıq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) saxta Ramazan təqvimi yayanlara xəbərdarlıq edib.

DQİDK-da  Ramazan ayının başlaması ilə əlaqədar keçirilən müşavirədə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən təsdiq edilərək dərc edilən Ramazan ayının təqviminə əməl edilməsinə nəzarət prosesi də Dövlət Komitəsinin vəzifələri sırasındadır. Bu məqsədlə bölgə şöbələrinin əməkdaşları tərəfindən yerlərdə monitorinqlərin keçirilməsi labüddür.

Saxta Ramazan təqvimlərinin ortada olmasının nə kimi ziyanı var ki, Dövlət Komitəsi bununla bağlı xəbərdarlıq edir? Saxta Ramazan təqvimləri bizim dini ideologiyamızın təməllərinə toxunur, yoxsa QMİ-nin nüfuzuna zərər vurur? Saxta Ramazan təqvimlərinin doğrudanmı xüsusi ictimai, dövlətçilik, dini, ideoloji ziyanı var?

Nə üçün saxta Ramazan təqviminə ciddi nəzarət ediləcəyi bu cür vurğulanır?

  • İsmayıl Əhməd: “Saxta Ramazan təqvimlərinə görə narahat olmağa dəyməz”

İlahiyyatşı İsmayıl Əhməd bizimlə söhbətində bildirdi ki, saxta Ramazan təqvimlərinin sadalanan mənalarda zərəri yoxdur: “Saxta təqvimlərin çap edilib yayılması nə bizim dini ideologiyamıza, nə ictimai və dövlətçilik maraqlarımıza, nə də bu sahədə ideoloji ziyanlara səbəb olur. Nə də QMİ-nin nüfuzuna hər hansı bir xələl gətirir. QMİ zəhmət çəkib Ramazan təqvimi hazırlayıb və onu da Azərbaycan ərazisində yayıb. Hətta orada rayonların dəqiqə fərqini də qeyd edib. Bir adam kompüter arxasında oturub saxta təqdim hazırlayıb onu yayırsa, bu artıq QMİ-nin məsuliyyətrindən kənar bir məsələdir. Hər şeyi bu qurumun üzərinə atmaq olmaz. Onlar bacardığını edib. Amma bu məsələyə nəzarət edilməlidir. Bir ay iftar və imsakın fərqli vaxtlarda yerinə yetirilməsi qeyd etdiyiniz məsələlərə heç bir ziyan vurmayacaq. Saxta Ramazan təqvimlərinə görə narahat olmağa dəyməz.   Sadəcə, bunun verə biləcəyi pis nəticə əlində saxta Ramazan təqvimi olanların orucunun pozulmasına səbəb olacaq. Çıxış yolu olaraq kütləvi informasiya vasitələrində hər gün hava proqnozları ilə yanaşı QMİ-nin tərtib etdiyi təqvimə əsasən iftar və imsak vaxtları verilsə, bu məsələ çox sadə şəkildə həll oluna bilər. Belə olduğu halda nə qədər istəyirlər o qədər də saxta cədvəli yaysınlar. İnsanlar uzlaşdıracaq, uyğunlaşdıracaq və biləcək ki, gerçək təqvimlə uyğun deyil, onda məsələ həll olunacaq. Yəni bu məsələ bu qədər rahat həll oluna bilər”- deyə İ.Əhməd qeyd etdi.

Bəzi ilahiyyatçıların sözlərinə görə isə, QMİ və Dini Komitə saxta Ramazan təqvimini ortaya atmaqla iş gördüklərini göstərmək istəyir, əslində isə saxta Ramazan təqviminin dövlət, xalq, din üçün heç bir zərəri yoxdur və bunun ətrafında bu qədər ajiotaj yaratmaq gərəksizdir.

  • Akif Nəsirli: “Burada qətiyyən təriqətçiliyə yol vermək olmaz”

Uzun illərdir ibadətlə məşğul olan iqtisadçı ekspert Akif Nəsirli isə bizimlə söhbətində maraqlı nüanslara toxundu: “Azərbaycanda müctəhid olmadığı üçün bu məsələlər həmişə müctəhid mövzusu olur. Yəni Azərbaycanda müctəhid olmamasına rəğmən ölkədə çoxlu müxtəlif yönlü dini təriqətlər var. Məsələn, təriqətin biri Ərəbistandan gəlib, ətrafına 10-15 nəfər yığışıb və bu adamlar Ərəbistanın müctəhidinin təsdiqlədiyi təqvimlə oruc tutur. Tutaq ki, digərləri şiədir və İrandakı müctəhidlərə daha çox inanır, İranın Ramazan təqvimini əsas götürür. Başqa birisi, tutaq ki, Əlcazirdən gəlib, oradakı dini təriqətin müctəhidinin təqvimi ilə işləyir. Yəni bu məsələdə Azərbaycanda müctəhid olmasa da, bunu elmi şəkildə əsaslandırılmış formada təsdiqləmək mümkündür. Yəni Ramazan ayı da, məsələn, Ərəbistanda bir gün əvvəl başlaya, Orta Asiyada bir gün sonra ola bilər. Ramazan təqvimi sırf astronomik qaydada yerə uyğun müəyyənləşdirilməlidir. Ona görə də Azərbaycanın daha özəl Ramazan təqvimi olması vacibdir. Çünki bu qədər müsəlmanın orucunun batil olması, bir günün zaya getməsi də Azərbaycan vətəndaşları üçün  mənəvi ziyandır. Ona görə də hesab edirəm ki, Azərbaycanda Şamaxı Rəsədxanasının elmi əsaslandırması ilə Dini Komitə və QMİ ilə birlikdə müfəssəl təqvim hazırlamalıdır. Bu müfəssəl təqvimin ölkə ərazisində bütün vətəndaşlar üçün keçərli olmasına nəzarət etməlidir. Amma burada məsələ belədir ki, fərdi qaydada kimsə “mən Ərəbistandakı müctəhidə inanıram, onun təsdiqlədiyi təqvimlə oruc tuturam” deyirsə, bu onun öz işidir. Buna görə kimisə cəzalandırmaq, kimisə inzibati qaydada tənbeh etmək doğru deyil...”

A.Nəsirlinin qeyd etdiyinə görə, QMİ-nin və Dini Komitənin cəhdləri təqdirəlayiqdir, bu şərtlə ki, elmi əsaslara söykənən müfəssəl Ramazan təqdimi hazırlasınlar, buna da bizim imkanlarımız var. “Rəsədxananın müəyyən etdiyi qaydalara uyğun təsdiqlənməlidir, razılaşdırılmalıdır. Yəni İranla bizim də fərqlər ola bilər, amma bu az ehtimal edilir, çünki biz eyni region sayılırıq. Amma məsələ burasındadır ki, burada qətiyyən təriqətçiliyə yol vermək olmaz. Sadəcə olaraq bu elmi məsələdir, elmə əsasən də bu məsələni asanlıqla həll etmək mümkündür. Keçmiş zaman deyil ki, biri “mən ayı gördüm, o biri isə görmədim” desin. Bu elmi qaydada əsaslandırıla bilir. Ona görə də hesab edirəm ki, bu məsələdə inzibatçılığa da yol vermək olmaz, amma dövlətin aidiyyəti qurumları doğrudan da Azərbaycan ərazisində real, müfəssəl Ramazan təqvimini hazırlayıb təqdim etməlidir”- deyə A.Nəsirli vurğualdı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ