Böyük Britniyanın paytaxtı London şəhərində keçirilən “Modern Materialşünaslıq” 3-cü Beynəlxalq Elmi Konqresində Azərbaycandan dəvət olunmuş gənc elmi araşdırmacı Ramin Kərumovun “Metallizləşdirilmiş xammalardan istifadə etməklə elektrik qövs sobalarında (EQS) polad istehsalı” mövzusunda elmi məruzəsi xüsusi maraq doğurub.
Metallurgiya sahəsində uğurlu tədqiqatların müəllifi olan gənc alim məruzəsində metal tullantılarına alternativ xammal olan məhsulların daha çox iqtisadi səmərə ilə əridilməsinin elmi əsaslarının və praktik tətbiq sxemlərinin geniş izahını verib. Dəmir filizindən alınan xammaldan (HBİ, DRİ) qənaətli əritmədə istifadə bu gün dünya metallurgiyasında ən aktual mövzulardandır. Elektrik qövs sobalarında poladəritmə daha çox resurslara qənaəti təmin etməklə səmərəliliyin artırılmasında xüsusi rol oynayır. Nəzərə alsaq ki, bu məruzə Daşkəsən Dəmir filizi yataqlarının işlənməsində və burada istehsalının elmi əsaslarla təşkilində ölkəmiz üçün də böyük önəm daşıyır.
Qeyd edək ki, Londonda konqres iştirakçılarının və elm adamlarının böyük marağına səbəb olan məruzənin müəllifi Ramin Kərimov “Baku Steel Company” şirkətinin Baş Direktorunun İstehsalat üzrə 1-ci müavinidir. Uzun illərdir ki, yeni innovativ texnologiyaların öyrənilməsi və onun istehsalatda tətbiqi ilə məşğuldur, 60-a yaxın elmi məqalənin, 1 ixtiranın və elmi monorafiyanın müəllifidir. Ötən il texnika elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini müdafiə edib. Eyni zamanda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Materialşünaslıq və emal texnologiyaları” kafedrasın müəllimidir, magistr tələbələrə dərs deyir.
Ramin Kərimov həmçinin Birləşmiş Ərəb Əmirliyinin Fujeyra şəhərində yerləşən, illik istehsal gücü 1 milyon ton polad istehsalı olan “United Steel İndustries” zavodunun tikintisinə və işə buraxılmasına rəhbərlik edib. Həmçinin Sumqayıt Kimya Sənaye Parkında yerləşən, Azərbaycanda ilk dəfə ferro-ərintilər istehsalı ilə məşğul olan, “Baku Non Ferrous and Foundry Company” zavodunun idea müəllifidir, bu zavodun da tikintisinə və işə buraxılmasına rəhbərlik edib.