Elçin Həsənov Lənkəran şəhərində yaşayır. Sənəti aşpazlıqdır. E.Həsənov hazırda Lənkəran Peşə Liseyində “Turizm sahəsində iaşə” ixtisasında İstehsalat Təlim Ustası kimi fəaliyyət göstərir. O, həm də Xəzər Palace hotelinin baş aşpazıdır. Bişirdiyi ləziz xörəklərin dadı uzun müddət adamın damağından getmir.
Livanda Beynəlxalq İslam ölkələri üzrə kulinariya yarışması keçirilib. Təmsil etdiyi Lənkəran komandası ilə həmin yarışa qatılan Elçin Həsənov birinci yerə layiq görülüb.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü