Ayaz Mütəllibov vəfat edib. Bu barədə məlumatı mətbuata Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə təsdiqləyib.
Bildirib ki, A.Mütəllibov bu gün uzunsürən xəstəlikdən dünyasını dəyişib.
Ayaz Mütəllibov 1938-ci ildə Bakıda anadan olub. 1991-ci il sentyabrın 8-də keçirilən seçkilərdə Azərbaycanın ilk prezidenti seçilib. 1996-cı il martın 6-da istefa verib.
O, 1992-ci ildən 2012-ci ilə qədər Moskvada yaşayıb və 2012-ci ildə yenidən Azərbaycan qayıdıb.