çərşənbə günü, 11 noyabr 2026
     

Paytaxt böyük problemlər içində - Bakı deputatlarının səsi çıxmır…

Image


Bakının o qədər problemləri var ki, bir-bir sadalamaqla qurtarmaz. Paytaxtda qanunsuz tikililərdən, tıxaclardan, məhəllələrin bərbad vəziyyətdə olmasından tutmuş başqa neqativ hallara qədər insanları, vətəndaşları narahat edən çox məsələlər var. Bakı rayonlarının icra hakimiyyətlərinin, bələdiyyələrin, “JEK”lərin və başqa qurumların “ala başına, kül başına” gördüyü işlər insanların rahatlığını təmin etməyə yox, onlara çətinliklər yaratmağa yarayır. Bir sözlə, hər gün sosial şəbəkələrdə, KİV-də vətəndaş narazılıqlarına rast gəlirik, giley-güzarları da məlumdur.

Çox təəssüflər olsun ki, parlament seçkiləri zamanı az qala gecəni də sakinlərlə keçirmək istəyən deputatlar gözə dəymir, 99 faiz deputatlar indiyə qədər həll olmayan, əhalini narahat edən məsələləri dilə gətirməyib, parlamentdə qaldırmayıb ki, bəlkə icra başçısı, digər qurumlar problemi həll etdi. Deputatların hərəsi bir mandat alıb parlamentdə oturublar, camaatın köklü problemləri isə qalır bir yanda. Deputatların camaatın problemlərinə biganə olduğu məlumdur və onları öz şəxsi işlərindən başqa heç nə maraqlandırmır.

Bəzi ekspertlər deyir ki, vətəndaşları ən çox narahat edən məsələlərdən biri qanunsuz tikintilər zamanı ərazinin infrastrukturunun bərbad vəziyyətə salınmasıdır. Onların sözlərinə görə, indiyə qədər bir deputat bu məsələni qaldırmayıb ki, ay tikinti şirkətinin rəhbəri, ay icra başçıları, əhalini niyə incidirsiz? Ekspertlər deyir ki, deputatların bəziləri öz mandat aldıqları rayonlarda biznes şəbəkəsi qurub, hətta tikinti də aparırlar, belə baxanda əhaliyə problem yaradanlar içində parlamentdə oturanlar da var.

  • “Bu deputatlar hesab edir ki, xalq onların nəyinə lazımdır, sabah icra başçılarından, MTK rəhbərindən işləri keçə bilər, ona görə də “kor”, “kar” olurlar”

İSBAM sədri Samir Adıgözəlli bizimlə söhbətində bildirdi ki, deputatların bir çoxu öz vəzifələrini anlamır. “Deputatların əksəriyyəti belə başa düşür ki, deputatlıq parlamentdə oturmaq, düyməni basmaq və əl qaldırıb səs verməkdən ibarətdir. Onlar bunun üçün seçildiklərini düşünürlər. Təbii, bizim beş-on deputatımız var ki, mən onların əməyinə xələl gəlməsini istəmirəm, onlar həqiqətən də camaatla işləyirlər, çox aktivdirlər. Bu deputatlar seçildikləri rayonun vəziyyəti ilə bağlı məsələ qaldırırlar, yaxud vətəndaşlarla görüşüb onların problemləri ilə maraqlanırlar. Amma Azərbaycan parlamenti beş-on deputatdan ibarət deyil. Sadə vətəndaş bu beş-on deputatı tanıyır, başqalarını tanımır. Mən özüm uzun illərdir ictimai-siyasi fəaliyyətlə məşğulam, amma bir də görürsən ki, elə adamın millət vəkili olduğunu deyirlər, məəttəl qalıram. Bu adam neçə ildir deputatdır, amma bunu tanımıram. Deyirlər ki, Milli Məclis qərarverici orqandır və deputatlar qərar verir. Biz çox gözəl bilirik ki, o qərarlar, qanunlar necə hazırlanır. Daha doğrusu, bu qanunların hazırlanmasında deputatların böyük əksəriyyətinin heç bir iştirakı yoxdur. Onların çoxunun bu qanunların hazırlanmasından xəbəri yoxdur. Qarşılarını anidən kəsib sonuncu qəbul olunmuş qanunu həmin deputatlardan soruşun. Əgər bu deputatların, həmin qanunun bəndlərini demirəm, girişindən xəbəri olsa adımı dəyişərəm. Söhbət məlum deputatlardan gedir ki, onları yalnız öz biznesləri maraqlandırır. Onlar xalqın qeydinə qalmaq üçün deputat olmurlar, deputat olurlar ki, öz bizneslərini rahat şəkildə qursunlar. Bu deputatlar nə üçün mandat aldıqları dairənin vəziyyətini bilmir, orada rayon icra hakimiyyətlərinin apardığı qanunsuz işləri ifşa etmirlər, camaatın problemləri ilə maraqlanmırlar? Onlar heç maraqlanmağı ağıllarına belə gətirmirlər. Əsas məqsədləri öz bizneslərini genişdirmək, övladlarını, qohum-əqrabalarını vəzifələrə çəkməkdir. Deputat mandatı bir çox deputatlar üçün bir “krışadır”. Özlərinin vəziyyəti, sabahı ilə bağlı işlərlə məşğuldular. Bakının bu qədər problemi var, sadalamaqla qurtarmaz, amma heç bir deputatın səsi çıxmır. Bunlar özlərini xalqa görə oda-alova atmaq, işbaz tikinti şirkətləri, onlara meydan verən icra başçıları ilə üz-üzə gəlmək istəmirlər. Xalqın dar günündə xalqın yanında olmaq onları maraqlandırmır.  Bu deputatlar hesab edir ki, xalq onların nəyinə lazımdır, sabah icra başçılarından, MTK rəhbərindən işləri keçə bilər, ona görə də “kor”, “kar” olurlar”.

Bu deputatların 44 günlük Vətən müharibəsində də səslərinin eşidilmədiyini, onların camaatla görüşlər keçirmədiyini deyən S.Adıgözəlli qeyd etdi ki, müharibə dövründə bütün istiqamətlər üzrə ölkə başçısı İlham Əliyev sanki təkbaşına mübarizə aparıb, xalqın lideri, sərkərdəsi olaraq meydanda olub. Lakin parlamentin beş-on deputatından başqa qalanlarının ortada görünmədiyini deyən S.Adıgözəllinin sözlərinə görə, onlar nə üçün xalqın, şəhid ailələrinin, qazilərin yanında, şəhidlərin dəfnində deyildilər?  Milli Məclisdə kifayət qədər yerndə olmayan, deputat mandatı daşımağa layiq olmayan insanlar var. “Bir çox deputatlar seçildikləri rayonların əhalisinin problemlərindən xəbərsizdir. Onların çoxu Bakının rayonlarının icra başçıları ilə dostluq edir, bəzilərinin şərikli biznesi də olmamış deyil. Bəzi deputatlarla bəzi icra başçıları bir-birinin paxırını örtürlər, bu da hər iksinin marağına xidmət edir. Bütün bu məsələlər cəmiyyətə açıq şəkildə çatdırılmalıdır ki, qaranlıq heç nə qalmasın. Bu açıqlamanı nə parlamentin nüfuzuna xələl gətirmək üçün veririk, nə də parlamentə hörmətsizlik gətirmək məqsədi güdürük. Əgər bizim parlamentin işində beş-on deputatın fəaliyyəti hiss olunusa o biriləri nəyə lazımdır? Əgər 125 deputatın çoxu özünü düşünəcəksə, xalqın qeydinə qalmayacaqsa onda parlament 125 yox, 25 deputatdan ibarət olsun. Mən parlamentdəki bir çox deputatların fəaliyyətindən razı deyiləm. Onların bəziləri heç öz missiyasını, vəzifə borcunu bilmir. Ancaq və ancaq bunlar elə bil növbətçi rolunu oynayır. İclaslarda iştirak edib əl qaldırmaqla işlərini bitmiş hesab edirlər. Bunların bir çoxuna kvorum deputatı kimi baxıram”- deyə S.Adıgözəlli qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ