Bazar ertəsi günü, 08 iyun 2026
     

Narkotiklər və psixotrop maddələr haqqında həqiqəti öyrənək

Image


Lənkəran Dövlət Universitetinin  nəzdində fəaliyyət göstərən Sosial və Aqrar–Texnoloji Kollecdə növbəti tədbir Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun təşkilatı dəstəyi sayəsində keçirilib. “Narkotiklər və psixotrop maddələr haqqında həqiqəti öyrənək” mövzusunda olan bu tədbir maarifləndirici xarakter daşıyırdı. Onun iştirakçıları isə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun rəhbər müavini, polis polkovniki Tanrıverdi Aydınov, Dövlət Komissiyasının işçi qrupunun böyük məsləhətçisi Rahib Əliyev, Lənkəran rayonlar arası narkoloji xəstəxananın baş həkimi Vüqar ƏliyevKollecin direktoru dosent Ruslan Həmidov, tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Rzayeva, psixoloq Zülfiyyə Əliyeva, direktor köməkçisi, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev, Kollecin müəllim heyəti və müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələr idilər.

Tədbiri  Kollecin direktoru Ruslan Həmidov açıb və öz məruzəsində  bəşəriyyətin ən böyük bəlası olan narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial–iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlığına ciddi təhlükə yaratdığını, eyni zamanda cinayətkarlığı səbəb olmasını deyib.

Məruzə ətrafında Tanrıverdi Aydınov çıxış edib: “Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifədir. Azərbaycanın dövlət siyasətində başlıca yer tutan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniyaya qarşı mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir. Cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır. Bəşəriyyətə bəla olan, irqindən, yaşından, dinindən asılı olmayaraq bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biri də narkomaniyadır. Silah, insan alveri, orqanların transferi kimi təhlükəli bəlalarla eyni səviyyədə duran, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya sərhəd tanımayan, qlobal xarakter daşıyan beynəlxalq problemə çevrilib. Onun həllinə xidmət edən mühüm addımlardan biri kimi xüsusi ilə yeniyetmə və gənclər arasında izahat işlərinin geniş səpkidə aparması əsas məsələdir. Narkotik maddələrin gənclər və yeniyetmələr arasında daha çox yayılma təhlükəsini nəzərə alaraq, bir çox ölkələrdə “Narkotiksiz gələcək naminə” milli proqramların qəbulu  sağlam gələcəyimiz üçün məsuliyyət hissindən yaranan vətəndaş borcudur. Bu proqramlara təhsil, səhiyyə ocaqlarında, hüquq mühafizə orqanlarında və digər təşkilatlarda narkomaniyanın ziyanı barədə maarifləndirilmə kampaniyaları daxildir.

Bəşəriyyət üçün ən təhlükəli bəla sayılan narkomaniya ilə bağlı problemləri dünya ictimaiyyətinin diqqətində saxlamaq məqsədilə BMT 26 iyunu Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan edib. Həmin gün narkomaniyaya qarşı mübarizə ilə bağlı atılan addımların hesabatı sayılır. Görülən işlər öz müsbət nəticəsini verdikdə gələcək üçün nəzərdə tutulan vəzifələr də bəlli olur, daha səylə çalışmaq üçün stimul yaranır”.

Lənkəran rayonlar arası narkoloji xəstəxananın baş həkimi Vüqar Əliyev çıxışda bildirib ki,  bəla ilə mübarizədə vətəndaşlar əlindən gələni etməli, eləcə ictimai qınaq mexanizmi daim işlək vəziyyətdə olmalıdır. Sağlam düşüncəli insanlar dərk edirlər ki, narkomaniya cinayət, ailələrin dağılması, çarəsiz xəstəlik, ölüm və sair bu kimi digər ağır nəticələrə gedən yolun başlanğıcı olmaqla bütün cəmiyyət üçün böyük təhlükədir. Odur ki, insanların sağlamlığını və həyatını ciddi təhlükə altına alan, əxlaqi və mənəvi dəyərləri sarsıdan, insanlığa xələl gətirən, cəmiyyətin harmoniyasını pozan, sosial–iqtisadi tərəqqini ləngidən, həyatı iflic edən narkomanlığa qarşı hamımız qətiyyətli olmalıyıq.

Çıxışlardan sonra tədbir iştirakçılarına Komissiya tərəfindən hazırlanmış maarifləndirici materiallar paylanıb və tələbələrin mövzu ilə bağlı suallarına cavab verilib.

Zəfər ORUCOĞLİ
Azərbaycan Jurnalistlər Birliyinin üzvü



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənilərin Başkəndi Azərbaycanın hansı kəndi ilə dəyişdirilə bilər? - Paşinyan niyyətini açdı...

Vətən müharibəsi və Milli Qəhrəmanların təqaüdlərini bərabərləşdirmək olar...(?)

Yuxarı məmurların övladları əsasən dövlət məktəblərində oxumurlar... Təhsil məmurları isə...

SON XƏBƏRLƏR

08.06.2026 / 13:43
Ukrayna Rusiyanın ən böyük neft anbarlarından birini vurdu...

08.06.2026 / 13:23
İran İsrailin hücumlarına görə ABŞ-ı günahlandırdı – onlardan xəbərsiz heç bir addım atmazlar...

08.06.2026 / 13:11
Nərimanovda qadın və kişi 6 kq narkotiklə saxlandı

08.06.2026 / 12:55
"Sosial şəbəkələrə məhdudiyyətin alternativi təqdim olunmalıdır" - MEDİA rəsmisi

08.06.2026 / 12:30
Azərbaycanda məktəblərdə TikTok-a çıxış bloklandı

08.06.2026 / 12:14
Moldova ərazisinə naməlum PUA düşdü...

08.06.2026 / 11:47
Azərbaycanda texnoloji şirkətlər qarşısında ciddi tələb qoyulur - "...ixtiyarınız yoxdur"...

08.06.2026 / 11:30
Yaş məhdudiyyətli sosial şəbəkə platformaları üçün yeni cərimələr gəlir - 50 min manat ...

08.06.2026 / 11:14
Paşinyan hökuməti təkbaşına quracağını elan etdi…

08.06.2026 / 11:09
Uşaqların sosial şəbəkələrdə qeydiyyatı yeni qaydalarla tənzimlənəcək

08.06.2026 / 10:41
İran İsrailə qarşı hava hücumuna başladı – iki bölgədə hava bazalar hədəfdə…

08.06.2026 / 10:28
Ermənistanda bülletenlərin sayılması başa çatdı - Paşinyanın partiyası 49,81% səslə qalib gəldi…

08.06.2026 / 10:07
Paşinyandan Azərbaycanla bağlı ilk mesajlar - bölgəmiz bir yol ayrıcına gəlir…

08.06.2026 / 09:36
İsrail İranın bir neçə şəhərinə zərbə endirdi –Xuzistanda neft-kimya zavodu da vuruldu…

08.06.2026 / 09:19
Filippində güclü zəlzələ - ölənlər var... sunami xəbərdarlığı edildi...

08.06.2026 / 08:50
Ceyhun Bayramov Türkiyəyə səfər edib

08.06.2026 / 03:20
"Höküməti təkbaşına quracam" - Paşinyan qələbəsini ELAN ETDİ!

08.06.2026 / 00:40
Kobaxidze Paşinyanı təbrik etdi...

08.06.2026 / 00:32
Elektron səsvermənin nəticələri açıqlandı - 537 nəfərin 330-u Paşinyanın partiyasını seçdi…

08.06.2026 / 00:27
Ermənistanda seçkilərin ilkin nəticələri açıqlandı - Paşinyanın partiyası liderlik edir…

07.06.2026 / 23:43
İran qisas hücumuna başladı - İsrailə raket zərbələri endirildi…

07.06.2026 / 22:50
Yaxın Şərqdə gərginlik yenidən yüksəldi – İran İsraili vuracaq, Qətər hava məkanını bağladı…

07.06.2026 / 22:39
Parataekvondoçularımız Prezident Kubokunda 1 qızıl və 2 bürünc medal qazanıblar

07.06.2026 / 21:31
"Exit-poll"un nəticələri açıqlandı - Paşinyanın partiyası liderlik edir...

07.06.2026 / 21:11
İranın ABŞ-dan dərhal qaytarılmasını tələb etdiyi 24 milyard dolları təhlükədə - ABŞ mediasından ŞOK İDDİA...

07.06.2026 / 20:24
İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan XİN rəhbərlərinin görüşü keçiriləcək

07.06.2026 / 20:06
Ermənistanda parlament seçkilərində səsvermə başa çatdı...

07.06.2026 / 19:17
Tramp dondurulmuş aktivlərlə bağlı İrana açıq mesaj verdi - özlərini yaxşı aparsalar...

07.06.2026 / 18:36
Moskva bağlı qapılar arxasında Aİ İlə bağlı İrəvana hansı mesajı verib? – Overçuk açıqladı...

07.06.2026 / 18:12
Tehrandan Hörmüzün açılması ilə bağlı 30 günlük müddət təklifi – tək bir şərt irəli sürdülər...

07.06.2026 / 17:55
Türkmənistan Dövlət Kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi" açılıb, elmi konfrans keçirilib

07.06.2026 / 17:29
“Aşqabad” Kinoteatrında daha bir filmimiz - “Doğma torpaq” tammetrajlı bədii ekran əsəri nümayiş olunub

07.06.2026 / 17:17
Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində “Arşın mal alan” tammetrajlı bədii filminin nümayişi olub

07.06.2026 / 16:57
İctimai nəzarət: güclü cəmiyyətin və sağlam idarəçiliyin vacib şərti

07.06.2026 / 15:40
Ermənistanda seçki məntəqələrində kütləvi bomba təhdidləri – bütün şübhələr Kremlə yönəldi...

07.06.2026 / 15:24
Azovda vurulan yük gəmilərində xəsarət alan azərbaycanlıların vəziyyəti açıqlandı

07.06.2026 / 15:12
ABŞ Hörmüz boğazında İrana aid iki dronu vurdu...

07.06.2026 / 14:59
"Cənnət yuxusu" filmi Aşqabadda nümayiş olunub

07.06.2026 / 14:34
Paşinyan:TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək

07.06.2026 / 14:26
Ararat Mirzoyan: Rusiya Ermənistanın suverenliyinə və müstəqil qərarlar qəbul etmək hüququna hörmətlə yanaşmalıdır

07.06.2026 / 14:24
I və IV qruplar üzrə qəbul imtahanı keçirildi, 10 nəfərdə telefon aşkarlandı

07.06.2026 / 14:15
Mirzoyan Ermənistanda çevriliş həvəsinə düşənləri hədələdi - həbsxanada çürüyəcəklər...

07.06.2026 / 14:06
Paşinyan seçkilərin regiona mümkün təsirindən danışdı - Azərbaycanla sülhümüz var...

07.06.2026 / 13:54
Gürcüstan və Avropa Komissiyası arasında viza dialoqunun ilk görüşü keçiriləcək

07.06.2026 / 13:52
Britaniyalı seçicilərin əksəriyyəti “Brexit” qərarının ləğv edilməsini istəyir

07.06.2026 / 13:50
Şəki və Zaqatalada qəbul imtahanı 12 mərkəzdə aparılıb

07.06.2026 / 11:07
Pentaqon: İsrailin casusluq fəaliyyəti ilə bağlı təhdid səviyyəsi “kritik” həddədək artıb

07.06.2026 / 11:05
İyunun 7-si Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

07.06.2026 / 11:03
Ermənistanda parlament seçkiləri keçirilir

07.06.2026 / 07:46
İsrail ABŞ-a qarşı casusluğu gücləndirməkdə həddini aşdı - New York Times

07.06.2026 / 07:18
Kim Çen Inin anası haqqında danışmamasının “niyə”si bilindi - İlginc…

06.06.2026 / 21:14
Rusiya Qərbə məğlub olacaq... ölkə müstəmləkəyə çevriləcək, Avropa Birliyi dağılacaq... Kremlin ideoloqundan ŞOK HESABAT...

06.06.2026 / 20:37
Suraxanıda kütləvi dava - polis hərəkətə keçdi...

06.06.2026 / 19:20
Azovda dron hücumlarında həlak olan və yaralanan azərbaycanlıların dəqiq sayı açıqlandı...

06.06.2026 / 18:35
Macarıstanın yeni hökuməti erməni miqrantların ölkəyə girişini qadağan etdi...

06.06.2026 / 16:51
Krım sahillərində Türkiyəyə aid balıqçı gəmisi batırıldı – ölən və yaralananlar var...

06.06.2026 / 16:36
Azovda vurulan gəmilərdən xilas edilən azərbaycanlılardan yeni xəbər var...

06.06.2026 / 15:33
Kəlbəcərdə iki hərbçimiz dərəyə yıxıldı, biri həlak oldu - RƏSMİ

06.06.2026 / 15:07
Sarayda şagirdi döyən idman müəllimi cəzalandırıldı

06.06.2026 / 14:00
Yasamalda vətəndaşa məxsus mənzil ondan xəbərsiz sökülür? – İcra Hakimiyyətindən AÇIQLAMA...

06.06.2026 / 13:38
ABŞ-da İranla bağlı gizli danışıqlar sızdı - 100 nüvə alimi də danışıqlara cəlb edilir...

06.06.2026 / 13:20
Sərnişin təyyarəsində baş verən qəzanın maraqlı sirri

06.06.2026 / 13:10
Enerji siyasətindən geosiyasi gücə uzanan strategiya

06.06.2026 / 12:44
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir

06.06.2026 / 12:11
Paşinyan Rusiyadan seçkilərə gələn kişilərin ölkədən çıxışını qadağan etdi

06.06.2026 / 11:46
ABŞ İrana, İran ABŞ bazalarına hücum etdi...

06.06.2026 / 11:21
“Yaşıl gələcək dövlət siyasətinin, elm və təhsilin ortaq strateji nəticəsidir” - MDU rektoru Anar Eminov yazır

06.06.2026 / 10:56
Azərbaycan nefti 99 dollara düşdü...

06.06.2026 / 10:33
İranlı futbolçulara ABŞ vizası verildi

06.06.2026 / 10:09
Azərbaycan sərhədini pozmaq istəyən əcnəbilər saxlandı

06.06.2026 / 09:23
Sabunçu və Yasamalda oğurluq edən şəxslər saxlandı

06.06.2026 / 08:14
Spiker Simonyan -Ermənistan heç bir hərbi blokda olmalı deyil, NATO, KTMT...

05.06.2026 / 23:18
Kiyevə gedib Zelenskidən Putinə təklif gətirən rusiyalı iş adamı kimdir? - Rusiya prezidenti maraqlı fakt açdı...

05.06.2026 / 22:54
Putin Zelenskinin açıq məktubdakı tonunu bəyənmədi, orduya çağırış etdi – müharibəyə davam...

05.06.2026 / 22:15
Putinin şəxsi nümayəndəsi Azərbaycanla Ermənistanı intriqaya çəkmək istəyir...

05.06.2026 / 21:56
Tramp Milli Kəşfiyyatda ixtisar qərarı verdi - “Hətta ləğv edə bilərik” dedi

05.06.2026 / 21:40
ABŞ “İqtisadi Qəzəb” kampaniyasını bir az da genişləndirdi - ikinci hədəf də var…

05.06.2026 / 21:30
Rusiya Paşinyanın qələbədən sonra atacağı addımı planlaşdırıb...

05.06.2026 / 21:05
Tramp 907 məsələsində özünün unikal şansını buraxdı - payızdan sonra belə şans çətin bir daha düşsün...

05.06.2026 / 20:38
“Aİİ cəlbedici olsa, Ermənistan niyə ondan qaçır?!” - Qaluzinin Azərbaycana təklifinə məntiqli cavab...

05.06.2026 / 20:12
"Azərbaycan ərazisinin İsrail-İran müharibəsində istifadə olunması ilə bağlı iddialar dezinformasiyadır" - MEDİA

Məcburi köçkün gənclərin inkişafına son 20 ildə dövlət dəstəyi...

XƏBƏR ARXİVİ