Gənc yazar Bilal Həsən “Qoç Ət” restoranındakı qiymətdən şikayət edib. O bu barədə “Facebook” hesabında məlumat paylaşıb.
B.Həsən bildirib ki, sözügedən restoranda 1 stəkan nar şirəsi 8 manata satılır: “Bir neçə gün öncə “Qoç Ət” restoran şəbəkəsinin Nərimanov filialına getdik. Hər yerdə nar şirəsi 10-20 manatadır. Ancaq “Qoç Ət” restoranında nar şirəsinin stəkanı 8 manatdır. Və bizə düz 8 stəkan gətiriblər. Yəqin “Qoç Ət” restoranında narı xüsusi üsulla sıxırlar”.
Qeyd edək ki, bazarda narın satış qiyməti 3-5 manat arasında dəyişir. Belə olduğu halda, adıçəkilən restornda nar şirəsinin bir nəçə dəfə artıq qiymətə satılmasının səbəbu nə ilə bağlıdır?
“Bu tip problemin qarşısının alınması üçün tədbir görülməsə, vətəndaşların hüquqları pozulmağa davam edəcək”
Sosioloq Aytəkin Kamranqızı bildirdi ki, bəzi iaşə obyektləri artıq qazanc əldə etmək istəyir: “Onlar bazar qiymətindən artıq məbləğ təklif edərək daha artıq qazanc əldə edəcəklərini düşünürlər. Ancaq həmin obyektlər nəzərə almalıdır ki, istehlakçıdan artıq pul almaqla onlar müştərilərini itirirlər. “1 stəkan nar şirəsinin 8 manata təklif edildiyi yerə” xəbərini oxuyan şəxs bir də həmin məkana getməz. Bununla da itirən həmin restoran olacaq. Vətəndaş şişirdilmiş qiymətlərdən narazılıq edir. Ümumiyyətlə, hər bir müştəridən sifariş etdiyi menyuda qiymətə uyğun hesab tələb olunmalıdır. Bunlar istehlakçının hüququnun pozulmasıdır. Bu tip problemin qarşısının alınması üçün tədbir görülməsə, vətəndaşların hüquqları pozulmağa davam edəcək”.
Günel CƏLİLOVA