çərşənbə günü, 11 noyabr 2026
     

Gənclərimiz arasında maarifçilik işi və TV proqramlarımız...

Image


Gəncliyin formalaşmasında televizyaların rolu, heç şübhəsiz ki, böyükdür. Düzdür, internet əsrində, yeni texnologiyaların həyatımızın ayrılmaz parçasına çevrildiyi bir dönəmdə yaşayırıq, amma bununla belə, telekanallara ehtiyacımız az deyil.

Bütün bu amillər bizim televizyaya olan ehtiycımızı ödəyə bilmir, yenə də pult əlimizdə TV-lərdə maraqlı proqramlar axtarırıq. Amma bir sıra hallarda bütün yaş hədlərinin tələblərinə cavab verən verilişlər tapmaqda çətinlik çəkirik. Azərbaycan teleməkanında sanballı telelayihələrə ciddi ehtiyac var və xüsusən də gənclərin intellektual, mədəni səviyyəsinin yüksəldilməsi üçün proqramların hazırlanması gerçək bir tələbata çevrilib.  

Televiziya kanallarında gənclərin intelektual səviyyəsini, mədəni inkişafını yüksəkdən maarifçi proqramların səviyyəsini qənaətbəxş saymaq olarmı? Belə proqramlar çoxdurmu?

Əksər ekspertlər hesab edir ki, Azərbaycan televiziyalarında intellektual proqramların sayı çox azdır, sanbalından isə danışmağa dəyməz. Gənclərə ünvanlanan verilişlərin çoxunun millilikdən uzaq olduğunu deyən ekspertlərin fikrincə, bu layihələr başqa ölkələrin TV-lərindən kopya edildiyi üçün çox zaman təbii alınmır. O verilişlərin keyfiyyəti də çox aşağı olur, sünilik və bayağılıqdan doğan layihələr başqa cür də ola bilməz. Bu verilişlərin intellektual səviyyəsinin aşağı olmasını mütəxəssislər telekanalların özlərinin intellektual səviyyəsinin aşağı olması ilə izah edir. Ekspertlər deyir ki, gənc nəslin milli-mənəvi tərbiyəsinin, intellektual və mədəni səviyyəsinin formalaşdırılması üçün mədəni-maarif, elm və təhsil proqramlarına böyük ehtiyac var. Bu gün bizim televiziyaların əksəriyyəti isə öz gənc tamaşaçılarına bunları aşılaya bilmir. İntellektual verilişlər ailə dəyərlərinin deqradasiyasına yol açan, insanların sosial qayğılarından təşəkkül tapan problemlərini primitiv şou formatda ortaya çıxarır, dəyərlərimizi kölgə altına atırlar.

  • “İntellektual adlandırılan verilişlər bayağılıqdan və sünilikdən uzaq olmalıdır...”

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, analitik-ekspert, yazıçı-kulturoloq Aydın xan Əbilov bizimlə söhbətində bildirdi ki, telekanallarda bu səpkili verilişlər olsa da, get-gedə onların sayı azalır. Ekspert hesab edir ki, ekspertlərin, peşəkarların iştirakı ilə belə verilişlərin sayının və sanbalının artırılması çox vacibdir. “Azərbaycan televiziyaları gənclərin intellektual səviyyəsini yüksəldən verilişlər hazırlamalıdır. Bu verilişlər kütləvi xarakter daşımalıdır ki, gənclərin marağını cəlb edə bilsin. İntellektual adlandırılan verilişlər bayağılıqdan və sünilikdən uzaq olmalıdır ki, gəncləri maraqlandıra bilsin. Azərbaycan teleməkanının, demək olar ki, bu bütün televiziyalarında intellektual və estetik sahələrə həsr olunmuş verilişlər olsa da, amma son vaxtlar bunların sayının azaldığını görürük. Azərbaycan Televiziyasının, İctimai Televiziyanın, ARB kanalının, eləcə də digər televiziyaların maarifləndirici proqramları var. Mədəniyyətlə, elm və təhsillə bağlı proqramların, verilişlərin sayı kifayət qədərdir, lakin onların hazırlanma texnologiyaları, təqdimatı müasir televiziya tamaşaçılarının tələblərinə uyğundurmu? Feysbuk və digər sosial şəbəkələr formatına öyrəşmiş tamaşaçını klassik televiziyada hazırlanan proqramlarla maraqlandıra bilirikmi, onların bu proqramları qəbul etmək imkanlarını nəzərə alırıqmı? Yəni bu verilişləri hazırlayanda bu məqama diqqət yetiririkmi? Bax, problem budur”.

  • “Azərbaycan tamaşaçısı bədii-estetik, tarixi, elmi, intellektual proqramlara hazırdırmı?”

A.X.Əbilov qeyd etdi ki, qonşu ölkələrdə, Türkiyədə, Rusiyada, ingilisdilli televiziya məkanlarında bunlar nəzərə alınır. Onun sözlərinə görə, bu kanallara nəzər salsaq, onların apardığı monitorinqlərə fikir versək, orada kiçik bir araşdırma aparsaq görərik ki, onların intellektual səviyyəsi, dünyagörüşü tamam fərqlidir. “Təşkil etdikləri verilişlərin texnologiyası, formatı, janr və istiqamətləri də rəngarəngdir. Bilirsiz ki, onların mövzu zənginliyi çox yüksəkdir, heyvanlar aləmi, dünyanın sirləri, tarix, geosiyasi və mədəni hadisələr haqda silsilə verilişlər hazırlayırlar. Hətta indi seriallar da çəkirlər. Tutalım, Azərbaycan tamaşaçısı ilə Fransa, yaxud Rusiya tamaşaçısı arasında böyük fərq var. Fransız və rus tamaşaçısı elmsal olan hər şeyi o dəqiqə qəbul edir və ona tələbatı var deyə, onların kanalları da bu yöndə çoxlu verilişlər hazırlayır. Hətta başqa ölkələrdə bu yöndə çəkilən verilişlər tərcümə, dublyaj edilərək orada nümayiş etdirilib. Amma Azərbaycanın Mədəniyyət kanalında göstərilən verilişlərin arasında  belə verilişlər çoxdurmu? Buna neçə faiz tamaşaçı baxır və bizim özümüz bəzən Mədəniyyət kanalının olduğunu unuduruq. Azərbaycan tamaşaçısı  bədii-estetik, tarixi, elmi, intellektual proqramlara hazırdırmı?

Onları bu verilişlərə cəlb etmək olurmu, onlar bu verilişlərə baxırlarmı? Azərbaycan oxucusu kitab oxumursa, elmimizdə, təhsilimizdə, humanitar, intellektual düşüncəmizdə böyük problemlər varsa, əlbəttə ki, o tipli, o mövzularda olan nəinki verilişlərə, heç internet saytlarına da, qəzet materiallarına da meyl göstərmir, oxumurlar".

  • “Televiziyalar mütləq intellektual sahələrə meyl göstərməlidir”

A.X.Əbilovun sözlərinə görə, Azərbaycan Prezidentinin sərəncamı ilə kütləvi şəkildə əsərlər çap olunur, kitablar işıq üzü görür, latın qrafikası ilə çap olunan bu nəşrləri oxuyan yoxdur. A.X.Əbilov hesab edir ki, gənclərimizin intellektual səviyyəsinin yüksəldilməsi üçün kitabın, oxu mədəniyyətinin daha çox xeyri var. İlkin növbədə gənclərdə oxu mədəniyyətinin formalaşmalı olduğunu qeyd edən ekspert deyir ki, kitab oxumayan, bədii estetik zövqü olmayan insanları intellektual proqramlara alışdırmaq da çətindir. Ölkəmizə cəmi 5-6 faiz yüksək intellekt kəsimi olduğunu qeyd edən müsahibimiz hesab edir ki, geridə qalanlar ölkə telekanallarında gedən mədəni - maarif proqramlarına, intellektual verilişlərə elə də maraq göstərmir :"Əgər bu tipli verilişlərə tələbat yoxdursa, bazar bunu tələb etmirsə telekanallar da hədər yerə maya qoyub öz resurslarından istifadə edib bu tipli verilişlər də hazırlamaq istəməyıcəklər. Necə ki, biz bunu Azərbaycand müşahidə edirik. Azərbaycanda reytinqin qurbanları olan proqramlar çoxdur, reytinq qurbanı olan telekanallara tez tez rast gəlirik. Elə gözəl proqramlar olur ki, onu cəmi bir mövsüm görürük, sonra onlar efirlərdən yığışdırılır. Çünki onlara tələbat yoxdur, reklam verən olmur, geniş auditoriya ona baxmır. Bu gün bağlanan verilişləri kommersiya, sosial yönümlü, qalmaqallı verilişlərlə əvəz edirlər. Bu da düzgün deyil. Ona görə ki, həm internet televiziyası, həm də ənənəvi televiziyalar mütləq intellektual sahələrə meyil göstərməlidirlər. Gənclərin intellektual səviyyəsinin yüksəldilməsi üçün bu tipli verilişlərə zərurət var. Mədəniyyət, incəsənət,  ədəbiyyat, tarix, elm, dünya hadisələri, ekologiya, ətraf mühit qorunması maarifçiliyi və intellektual sahələri əhatə edən xüsusi verilişlər olmalıdır. O verilişlər də elə səviyyədə hazırlanmalıdır ki, həqiqətən də insanlar onlara baxmaq istəsin”.

A.X.Əbilovun sözlərinə görə, belə proqramların çəkilməsi, efirə verilməsi yeni bir izləyici və teletamaşaçı təbəqəsinin formalaşdırılması üçün intelelktual layihələrin meydana çıxarılması mütləq şəkildə Azərbaycan televiziyalarının qarşısında bir tələb kimi qoyulmalıdır. “Bir çox ölkələrdə televiziyaların qarşısına qeyd etdiyiniz sahələrlə bağlı 20-30, bəzən 50 faiz verilişin hazırlanması tələb olaraq qoyulur. Bu tələb həm ictimaiyyət, həm də dövlət tərəfindən olur. Avropanın bir sıra ölkələrdə yerli mühitə uyğun səviyyəli verilişlər hazırlayıb efirə verilməlidir, yoxsa telekanallar cərimələnir, onlara qarşı sanksiyalar qoyulur. Fikirləşirəm ki, Azərbaycanda da belə normativ aktlar qəbul etmək lazımdır. Təəssüflər olsun ki, keçmiş teleradio şurası buna əhəmiyyət vermirdi, yalnız cərimələnəklə məşğul idi. Amma nəzəri, praktiki olaraq telekanallara  rəhbəredici bir sənəd göndərmirdilər, yaxud müəyyən normativ aktlar qəbul etmirdilər ki, elmə, təhsilə, humanitar düşüncəyə aid verilişlər hazırlanmalıdır. Düşünürəm ki, Teleradio Şurasını əvəzləyən nəzarətedici qurum bizim kimi ekspertlərdən istifadə edib qeyd edilən sahələrin inkişafına təsir edən verilişlərin hazırlanmasına, xüsusən də gənclər və yeniyetmələrin maraqlarını təmin edəcək. O kanallara müəyyən qrantlar ayrılmalıdır, onlar həvəslındirnəlidirlər ki, intellektual verilişlər hazırlamağa maraq göstərsinlər. Bundan əlavə seraillara ayrılan vəsaitin böyük hissəsinin gənclərin intellektual səviyyəsinin yüksəldilməsinə yönələn verilişlərə qoyulması vacibdir. Biz bu yolla gənclərdən ibarət yeni tamaşaçı auditoriyası formalaşdıra bilək” - deyə A.X.Əbilov vurğuladı.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ