çərşənbə günü, 11 noyabr 2026
     

Ürəklərdə yaşayır...

Image


Vəzifəsindən aşlı olmayaraq, kim öz bacarığını, əməyini elinin, obasının xeyrinə yönəldir, o, tarixə çevrilərək əbədiyaşarlıq qazanır. Şirvan  Muradov da  gözəl dünya yaratmağa qadir olan belə insanlardan idi. Qısa ömür yaşasa da, Vətən, yurd sevgisinin ona bəxş etdiyi mənəvi ucalığı zaman-zaman heç bir qüvvə ürəklərdən silib apara bilməz, həyat durduqca, Azərbaycan var olduqca yaşayacaq. Şirvan Muradov indi cismən aramızda olmasa da, sağlığında gördüyü işlər örnəyə çevrilməklə harada günəş müqəddəsliyi var, sorağı oradan gəlir.

Bir insan xalqına, millətinə nə qədər xidmət edə bilərsə Şirvan müəllim onu edib, bəlkə mümkün olandan daha çox. Onun xeyirxah əməlləri hər kəsin dadına çatıb. Odur ki, təkcə onun adı çəkiləndə həyata əzəmət, ülviyyət gəlir, mehr, məhəbbət görünür. Bu çətin günün kişisində olan qeyrət, namus həm də indikilər üçün işıqlı dünyada insan tək yaşamaqda əsl məktəbdir.

Xalqın gələcəyini düşünməklə zəngin biliyi, mənəvi saflığı, nəcib əməlləri ilə ad qoyan Şirvan Muradov 1924-cü ildə Lerik rayonu, Lərmərud kəndində anadan olmuşdu. Dövrün çətinliyinə baxmayaraq, həyatı dərk edən gündən mənəvi zənginlik, vətənpərvərlik ona yol yoldaşı olur. Özünəməxsus mənəviyyat fəlsəfəsi günlər axıb getdikcə başqasına gərək olmaq, qurub-yaratmaq həvəsi ilə formalaşır. Nəhayət, ağıllı, zəkalı gəncin fitrətən xalq adamı olması 1942-ci  ildə tam bilinir. Orta məktəbi yüksək qiymətlərlə bitirib, elə öz doğma rayon xalq məhkəməsində texniki katib vəzifəsinə işə düzəlir.  Fəaliyyətə başladığı gündən nəcib istəyini, niyyətini xalq, dövlət  naminə yönəldir. Üzərinə düşən tapşırıqları layiqincə  yerinə yetirir. Elini, yurdunu həqiqi  məhəbbətlə sevən vətəndaş olduğu aydın görünür. Zamanın səfində yalnız yaxşı izlər qoyur. Bu keyfiyyətləri  nəzərə alıb Şirvan Muradovu müharibənin ən ağır vaxtında Lerik Rayon Partiya Komitəsinə dəvət edirlər. Burada kargüzar kimi çalışır. İnsanlarla mehriban ünsiyyət yaradır, çətin anlarda xeyirxah əməlləri çoxunun dadına çatır, cəmiyyətdə mövqe sahibi olmaqla şəxsən tanınır.

Bir ildən sonra Şirvan Muradovu Zaqafqaziya Ali Partiya məktəbinə oxumağa göndərirlər. Burada  təhsil aldığı 3 il müddətində xalqa fayda vermək amalı, ən əsası Azərbaycan ailəsinə  xas təməllər  üzərində qurulan insanlıq mədəniyyəti ona layiqli ucalıq qazandır. 1946-cı ildə böyük arzularla məktəbi başa vurub, işıqlı zəka sahibi tək dağlar diyarına qayadır. Gənc Şirvanı Lerik Rayon Partiya Komitəsində təlimatçı vəzifəsinə  irəli  çəkirlər. O, da üzərinə düşən sosial məsuliyyətini  düzgün başa düşür. Yurdunun qaranlıqlarına nurlu çıraq olmaqla qapısı adamların üz tutduğu ümid yerinə dönür. 7 il  bu vəzifəni vicdanlı, qüsursuz, nöqsansız  yerinə yetirir. Daim insanların xoş güzəranını, firavan həyatını,  rayonun  oba-oba tərəqqisini  düşünməklə irəliyə üz tutur. Haqqı, ədaləti sevən adam kimi  ağıllı  təklifləri, tövsiyələri, məsləhətləri, təşəbbüsləri xalqın gərəkli oğlunu  gördüyü dəyərli, səmərəli  işlərə görə  bütün rayonda kiçiyin də,  böyüyün də sevimlisi edir.

Vətən sevgisi, işıqlı sabahlar haqında  arzuları tükənməz  olan,  düzlük, mərdlik iç dünyasından qaynaqlanan Şirvan müəllimi 1954-cü ildən Rayon Partiya Komitəsində təşkilat  şöbəsinin  müdiri  vəzifəsinə seçirlər. Özündə yüksək  mənəvi-əxlaqi  keyfiyyətləri cəm etməklə   Vətəni, milləti  naminə gecə, gündüz  bilmədən iş görür. Vicdanlı əməyi, hədsiz dərəcədə  yurduna bağlılığı dağlar  diyarında  çox problemləri  yoluna qoyur.  Yaxşı işlər,  nurlu əməllər  sanki mərkəzdən uzaq  bir rayonun həyatına  yeni nəfəs gətirir. Şirvan müəllim  adamlara qarşı  mərhəmətli  olur, zamanın nəbzini  tutur, cəmiyyətdə sağlam mənəvi idealların möhkəm olmasına  səy göstərir, gün-güzəran gözəl olsun deyə ətrafındakı  insanları  nəcib məqsədlərə yönəldə bilir.  Ayağı dəyən  yerdə hər şey yaxşılığa doğru  dəyişir. O, rayonun  sosial-iqtisadi inkişafına  dəyərli töhfələr  verməklə Azərbaycan  Kənd Təsərrüfatı İnstitutunu  də bitirir.

Aldığı ali savad onun fədakar əməli  fəaliyyətinə  daha da  mənəvi stimul  verir. Necə deyərlər, halal  zəhməti, zəkası, aydın mövqeyi, dürüst amalı, uzaqgörənliyi Lerik  camaatın  düşüncə  tərzində   yaxşılığa  doğru bir inqilab yaradır. Şirvan Muradova  böyük  ehtiram göstərib 1957-ci ildə Lerik Rayon İcraiyyə   Komitəsinin  sədri  vəzifəsini ona tapşırırlar. Bu  vəzifədə də insanlara  fayda  verməklə  hörmət qazanır. Nümunəvi, vicdanlı  əməyi hər bir leriklinin  həyatında  hiss olunur. Və həm də saflığına görə qarşı tərəfdən  gördüyü  doğmalıq,  sonsuz sədaqət, məhəbbət Şirvan Muradovu  ürəkdən, ilahi bir sevgi ilə  doğma rayonuna  bağlayır. İllərin səfində leriklilərin yolunda şam tək əriyir, dağlar diyarının abadlıq, quruculuq tarixinə  yeni-yeni səhifələr  yazır. 8 illik fəaliyyəti ərzində  öz camaatına  sədaqətlə  qulluq  edir, nəticədə  rayonun   bütün sahələrdə  inkişaf özünü göstərir, insanların yaşayış tərzi  yaxşılaşır.

Bir haşiyə. “Lerik” qəzetinin 20 dekabr 2017-ci tarixli  sayı qarşımdadır. Burada İdris Şükürlünün  “Parlaq bir sima” yazısından oxuyuram: “Şirvan Muradov hələ ahıllıq yaşına dolmamış  müdrik ziyalı zirvəsinə qalxa bildi. O, əsrin  dizini qatlamış  nurlu ağsaqqal  Mahmud Eyvazovun  görüşünə dünyanın hər yerindən gəlmiş dövlət, mədəniyyət xadimləri, alimlərlə şəxsən görüşür, işlədiyi rayonun problemlərini  həll etməyi onlardan xahiş edirdi. Çox vaxt belə xahişlər nəticəsiz qalmırdı. Mahmud babanın işığına toplaşan  hörmətli adamlar  öz nüfuz və səlahiyyətləri  daxilində İcraiyyə Komitəsinin sədrinə  kömək edirdilər. Hər dəfə bir iş həllini  tapanda Şirvan Muradov hədsiz dərəcədə sevinirdi...”

Şirvan Muradov bir müddət  Kənd Təsərrüfatı İstehsalat  İdarəsində  böyük iqtisadçı vəzifəsində  çalışır. Yalnız insanların mənafeyini  düşünür,  bütün varlığı ilə özünü, gücünü  nəcib əməllərə  verir.  Halallığa, haqqa  tapınmaqla  işini görür,  hər kəsi öz dilində danışdırır, günlərini yaxşılıq  gözündə ucala-ucala  yaşayır, ən əsası  doğma  Lerikə olan  övladlıq  məhəbbətini quru sözlərdə yox, dünyaya  gözəllik gətirən əməllərdə sübuta yetirir.

Ömrünü halallıqla keçirən, xoşbəxtliyini, həyatının mənasını Vətəninə, xalqına gərək olmaqda  görən, bütün rayonun birliyini, bir nöqtəyə vurmasını təmin edən, xeyirxahlıq simvolu kimi ad  qoyan, kamilliyin, müdrikliyin örnəyi olan Şirvan müəllim Azərbaycan Dövlət Bankının Lerik rayon şöbəsinə rəhbərlik etdiyi vaxtda da özünəməxsusluğu qoruyub saxlaya bilir.  Təvazökarlığı, ziyalılığı, yüksək insanlıq mədəniyyəti, əsl vətəndaşlıq mövqeyi onu daha da ucaldır. 1966-cı ildən ömrünün sonunadək, yəni 1978-ci ilə qədər bu məsuliyyətli işi icra edir. Yeganə umacağı  millətə, Vətənə ləyaqətlə  xidmət göstərmək,  gördüyü yaxşı işlə insanların sevgisini qazanmaq olur. Və xalqına ilahi sevgidən doğan bəşəri dəyərləri özündə yaşadan bu istəyinə  də çatır. Mənəvi ucalığın zirvəsinə  qalxaraq ləyaqətli şəxsiyyət kimi tarixdə izini qoya bilir.

Şirvan Muradov “Fəxri bank işçisi” diplomuna layiq görülür, dəfələrlə rayon sovetinə deputat  seçilir. “Lerik rayonunun iqtisadi  inkişaf etdirilməsinin yolları” elmi iş yazır... Deməyim odur ki, bu dəyərli insan heç vaxt biliyini, bacarığını, xeyirxahlığını xalqdan əsirgəməyib, yurduna, doğma torpağına sədaqətli bir ömür yaşayıb. Elə bu sədaqətdir ki, işıqlı dünyadan getdiyi 44 il olsa da, bu gün də onun adı qəlblərdə  yaşayır.

Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ