çərşənbə günü, 11 noyabr 2026
     

Vəzifəli dindarların təyinatı QMİ-nin əlindən birmənalı alındı - köhnə əməllərə son qoyulacaqmı?..

Image


Uzun illər ölkəmizdə məscidlərin, dini təşkilatların, pir və ziyarətgahların rəhbərləri Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən təyin edilirdi. Onlar isə “Din dövlətdən ayrıdır” deyib, istədikləri adamları müxtəlif məscid və ziyarətgahlara rəhbər vəzifəsinə təyin edirdilər. Məscidlərinin çoxuna rəhbərlik edənlərlə bağlı cəmiyyətdə gəzən söz-söhbətlər də məlumdur. Amma artıq QMİ məscidlərə dini rəhbər təyin edə bilməyəcək. Belə ki, Azərbaycanda İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyinatı səlahiyyəti Qafqaz Müsəlmanları İdarəsindən alınıb. Bununla bağlı Prezident İlham Əliyev "Dini etiqad azadlığı haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Qanuna dəyişikliyə əsasən, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyinatı səlahiyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma verilir. Müvafiq qurum təyinatla bağlı sadəcə Qafqaz Müsəlmanları İdarəsinə məlumat verəcək.

Həmişə din xadimlərinin təyinatı, seçimi məsələsində problem olub. Qanunla bu səlahiyyətin QMİ-dən alınması bu sahədə şəffaflığın təmin edilməsinə necə təsir edəcək?

“Biz deyirik ki, məscidlərə Azərbaycanda milli dini təhsil almış insanlar axund, imam təyin olunsun”

İlahiyyatçı Tural İrfan baki-xeber.com-a bildirdi ki, QMİ-nin bu səlahiyyətinin alınmasının müsbət nəticə verəcəyi şübhəsizdir: “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yeni səlahiyyətlər verilib. Belə ki, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyinatı səlahiyyətləri QMİ-dən alınıb Dövlət Komitəsinə verilir. QMİ-dən bu səlahiyyətlərin alınması çox müsbət haldır, təqdirəlayiq haldır. Çünki əvvəlki halda QMİ-nin təyin etdiyi şəxslər həqiqətən də Azərbaycan xalqına, dövlətinə qarşı mövqe tutan, tolerantlığın kökünə balta çalan kadrlardır. QMİ-nin təşkilat şöbəsinin sədri vardı, hazırda o bu qurumda çalışmır. Azərbaycanda nə qədər İranın Qum şəhərində oxumuş anti-Azərbaycançı, radikal düşüncədə olan adam vardısa, onların hamısını məscidlərə axund təyin etdi. İddialara görə, QMİ-dəki həmin keçmiş təşkilat sədri onları məscidlərə axund vəzifəsinə maddiyyat qarşılığında götürdü. Belə hallar barədə söz-söhbətlər geniş yayılıb. Bu şəxslər həqiqətən də Azərbaycanda İran əleyhinə yetişdirilən “məharətli” fiqurlar idi. İranda Azərbaycana qarşı hazırlanmış bu “məharətli” fiqurlar dövlətimizə qarşı təbliğat aparırdılar, indi də aparanlar var. Mən onları çox təhlükəli fiqurlar hesab edirəm. Niyə bu məsələni vurğuladım? Qoy aydın olsun ki, QMİ-nin təyin etdiyi ruhanilər və din xadimləri kimlər idi, onların dövlətə nə xeyri dəyib, indən sonra Dövlət Komitəsi nə edəcək. QMİ-nin fəaliyyəti haqda kifayət qədər aydın təsəvvürlər var. Dövlət Komitəsi isə həqiqətən də yarandığı gündən indiyə kimi cəmiyyətimiz, xalqımız tərəfindən mənfi münasibətlə üzləşməyib və biz qurumun fəaliyyətində hansısa neqativ halları müşahidə etməmişik. Burada çox savadlı kadrlar var və Dövlət Komitəsi təşkil ediləndən bugünə kimi o savadlı kadrlar orada çalışırlar. Burada dinimizi, milli-mənəvi dəyərlərimizi bilən, təbliğ edən, həm də dövlətçiliyimizə sadiq olan, dövlətçiliyi dəstəkləyən adamlar çalışır. Hərçənd, müəyyən vaxtlarda ora sədrlər təyin edilib. Halbuki, o sədrlərin çoxu kəlmeyi-şəhadətini bilmirdi. Belə fəaliyyət də olub. Amma Komitədə işləyən kadrlar çox yüksək səviyyəlidir, ilk növbədə Azərbaycan dövlətçiliyinə bağlı adamlardır. Əminəm ki, Dövlət Komitəsinin imam, axund təyinatına “yuxarıdan” müdaxilələr olmasa, bu sahədə indiyə qədər olan problemlər aradan qalxacaq. Yəni ki, o xarici qüvvələr QMİ-yə təsir göstərib Azərbaycan əleyhinə olan bütün əks mövqedə adamları məscidlərə yerləşdirmişdilər. Əgər o qüvvələr Dövlət Komitəsinə də təsir göstərməyəcəksə, sirayət etməyəcəksə, onlar azad, sərbəst şəkildə heç kəsin tapşırığı olmadan, “yuxarıdan” kiminsə zəngi ilə kimlərisə axund təyin etmək tapşırığı almayacaqlarsa, o zaman inanıram ki, Dövlət Komitəsi dövlətçi axund və imamları məscidlərə təyin edəcək. Amma burada bir qaranlıq məqam görsənir. Bu qərar hələ  qüvvəyə minməmişdən əvvəl 5-ci kalon buna öz zərərli təsirini göstərib. Bu nədən ibarətdir? Biz deyirik ki, məscidlərə Azərbaycanda milli dini təhsil almış insanlar axund, imam təyin olunsun. Bu milli kadrlar da kimlərdir? 1989-cu ildən Bakı İslam Universiteti fəaliyyət göstərib, burada kifayət qədər milli düşüncəli, dövlətə, dövlətçiliyə bağlı din xadimləri, savadlı ruhanilər yetişdirilib. İndi bu universitetin 3700-ə yaxın məzunu var və Təhsil Nazirliyinin qərarı ilə bu məzunların diplomları  tanınmır. Özü də onlar beş il təhsil alıblar və onlara magistr diplomu verilib. Halbuki, o diplomla gedib AMEA-dan doktorantura işi, dissertasiya götürüb elmi iş yazıb müdafiə edən alimlərimiz, dövlət işində çalışan, xaricdə çalışan, diasporlarda Azərbaycan dövlətini təmsil edən, xeyir verən kifayət qədər məzunlar var. Bunların hamısını diplom məsələsinə görə işdən çıxarırlar, vəzifələrindən kənarlaşdırırlar. Mənim üçün maraqlı olan odur ki, görək Dövlət Komitəsi məscidlərə imam, axund təyin edərkən hansı kadrları seçəcək. Bu məsələ hələ mənim üçün qaranlıqdır. Yaxşı, milli ali dini təhsil alan kadrların diplomlarını rədd edirlər, indi görək bunlar İrandanmı, başqa yerlərdənmi kadrlar dəvət edəcəklər, yoxsa milli kadrların diplomlarının tanınmasına nail olub bu vəzifələrə onları təyin edəcəklər?”

T.İrfanın sözlərinə görə, bu işi kökündən həll etmək üçün milli kadrlara ehtiyac var. O qeyd etdi ki, tutalım, Dövlət Komitəsi attestasiya, islahat keçirib QMİ-nin təyin etdiyi şəxsləri vəzifədən kənarlaşdırdı, onların yerinə kadrlar lazımdır. “Bu gün məscdilərdə imamlar var ki, minbərdə oturub açıq-aşkar Azərbaycan dövlətçiliyinin düşməni olan dövlətin siyasi rəhbərlərini özlərinə rəhbər hesab edir, Azərbaycanın dost olduğu ölkələrə lənət oxuyur, siyasi şüarlar səsləndirir. İndiyə qədər bütün bu neqativ hallara QMİ rəvac verib. Bu qurum elə fəaliyyət göstərib, bu işin kökünə elə balta vurub ki, sözlə deyiləsi deyil. Bu səbəbdən mənim üçün də maraqlıdır, görək Dini Komitə məcbur olub o ənənəni davam etdirəcək, yoxsa həqiqətən də o ziyanlı kadrları dəyişəcək?”- deyə T.İrfan qeyd etdi.

İradə SARIYEVA

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ