çərşənbə günü, 11 noyabr 2026
     

“Azercell” - “Sənə yaxın gələcək”

Image


Azərbaycanda ən son texnoloji trendləri tətbiq edərək rəqəmsallaşmanı hər bir istifadəçisinin gündəlik həyat tərzinə çevirməyə can atan “Azercell Telekom” MMC 2021-ci ildə 25 yaşını qeyd etdi.

Azərbaycan vətəndaşlarının ən çox üstünlük verdiyi və 5 milyon abunəçini ətrafına toplayan “Azercell”in yenilənmiş strategiyası şirkəti “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik!” məqsədinə doğru aparır. Məhz bu məqsədə əsaslanan “Azercell” öz abunəçilərinin daim artan ehtiyaclarını qarşılamaq və onların gözləntilərini aşmaq üçün istifadədə rahat və qabaqcıl rəqəmsal həlləri ölkədə təqdim edəcək. Şirkət brendinin yeni şüarı - “Sənə yaxın gələcək” innovativ rəqəmsal həllər vasitəsilə insanların həyat keyfiyyətini yaxşılaşdırmaq, təhlükəsizliyi artırmaq və dünyaya inteqrasiya olunmaq kimi ideyaları özündə əks etdirir.

Strateji fəaliyyətinin yeni dövrünü elan etmiş lider mobil operator 2021-ci ili məhsuldar və gərgin fəaliyyət, yeni təşəbbüslər və əlamətdar yeniliklərlə başa vurdu. Uzun sürən pandemiyanın səbəb olduğu qlobal iqtisadi resessiyaya baxmayaraq “Azercell Telekom” ötən ili ciddi nailiyyətlərlə başa vurmağı bacardı. 2021-ci ildə ölkənin mobil kommunikasiya bazarında 51.8% faiz pay sahibi olan Azərbaycanın qeyri-neft sektorunun ən böyük vergi ödəyicilərindən biri olaraq 2021-ci  ildə dövlət büdcəsinə 122.7 milyon AZN, 25 il ərzində isə ümumilikdə 2.1 milyard AZN-dən çox vergi ödəyib. Mobil operator Azərbaycanda telekommunikasiyanın inkişafına 2021-ci ildə 44.7 milyon ABŞ dolları, 1996-2021-ci illər ərzində isə 1.7 milyard ABŞ dollarından artıq həcmdə sərmayə yatırıb.

Hələ müharibə dövründə bütün cəbhə boyu ordumuzun ardınca irəliləyən “Azercell”in texniki komandası azad edilmiş tarixi torpaqlarımızda, eləcə də qədim Şuşa şəhərində 4G şəbəkəsini işə salmışdı. Bu fəaliyyət 2021-ci il ərzində də davam etdirilərək artıq işğaldan azad olunmuş torpaqlarımızda “Azercell” şirkətinə məxsus 70-dən artıq radio baza stansiyasının 2G/3G/4G standartları ilə işləməsilə nəticələndi. İndi Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər rayonları, İstisu, Hadrut, Suqovuşan qəsəbələri, Xocavənd və Laçın rayonlarına aid bir çox kənd və ətraf ərazilər “Azercell”in mobil şəbəkəsi ilə əhatə olunub.

Hazırda şirkətin coğrafi əhatə dairəsi ölkəmizin işğaldan azad olunmuş əraziləri də daxil olmaqla 94.15%  əhali əhatəsi isə 98.70% təşkil edir. Keyfiyyətli və sürətli mobil internet xidmətləri ilə daim öndə olan “Azercell Telekom” il ərzində ölkəmizdə 4G şəbəkəsinin təkmilləşdirilməsi layihəsini uğurla davam etdirib. Ötən il boyu “Azercell”in 4G şəbəkəsinin əhali üzrə əhatəsi dairəsi 85,8%-ə, coğrafi əhatəsi isə 74,5%-ə qədər yüksəlib ki, bu da 2020-ci ilin analoji göstəricilərindən 2% artıqdır. 2021-ci ilin yekunlarına əsasən “Azercell”in 4G şəbəkəsi üzərində çalışan stansiyaların ümumi sayı 3000-ə çatdırılıb. “Azercell 4G” şəbəkəsi üzərindən ötürülən məlumatın həcminin və internet sürətinin 24% yüksəlməsinə nail olub. Belə ki, 2021-ci ilin göstəricilərinə görə Bakı və Abşeron yarımadası üzrə ortalama sürət 51 Mbit/s qədər yüksəlib. 

“Azercell” Bakı metropolitenində rahat və kəsintisiz bağlantı istiqamətdə apardığı işləri yekunlaşdıraraq iki il davam edən layihə nəticəsində metropolitenin bütün 24 stansiyası və tunellərini 4G şəbəkəsi ilə əhatə edib. Beləliklə, “Azercell” abunəçiləri, hətta, qatarın hərəkətdə olduğu zaman da dayanmadan mobil internet xidmətlərindən yararlanaraq dostları ilə yazışa, videolar izləyə və musiqi dinləyə bilərlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin azad edilmiş ərazilərdə "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyalarının tətbiqinin sürətləndirilməsinə dair sərəncamına uyğun olaraq “Azercell” şirkəti bu konsepsiyaların nəzərdə tutduğu qabaqcıl texnologiyaların öz mobil şəbəkəsi üzərindən işə salınması istiqamətində nailiyyətlər əldə etdi. Belə ki, operatror işğaldan azad olunmuş torpaqlarda öz 4G şəbəkəsini sürətlə genişləndirməklə yanaşı, "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyaları üçün əşyaların interneti (IoT) texnologiyasına əsaslanmış, daha az enerji sərfiyyatlı şəbəkə infrastrukturunun sınaqlarını uğurla həyata keçirən ilk operator olub.

İşğaldan azad edilən ərazilərdə aparılan quruculuq işlərinə dəstək məqsədilə “Azercell” şirkəti öz abunəçilərinə “Kabinetim” tətbiqi üzərindən Qarabağ Dirçəliş Fonduna daha rahat və sürətli formada ianə köçürmək imkanı yaradıb. Bundan əlavə, həmin ərazilərdə abunəçilərə ilk müştəri xidmətləri göstərən də məhz “Azercell” olub. Şirkətin Mobil Müştəri Xidmətləri komandasının Şuşaya səfəri zamanı 200-ə yaxın abunəçiyə yerində xidmət göstərilib, 50-dən çox müxtəlif müştəri əməliyyatı həyata keçirilib.

2021-ci ildə davam edən sosial təcrid şəraitinə baxmayaraq, “Azercell”in müxtəlif xidmət kanalları hər zaman olduğu kimi müştəri müraciətlərini daha intensiv və operativ cavablama sistemini tətbiq edərək bu sahədə yüksək göstəricilərə nail oldu. Beləliklə, 2021-ci ildə “Azercell”in Telefon Mərkəzinə ümumilikdə təxminən 3 milyondan çox zəng daxil olub, bunlardan 97.5%-i cavablandırılıb, onlayn müştəri xidmətləri üzərindən 818,136 sayda sorğu daxil olub və bunların 96%-i cavablandırılıb. “Azercell” şirkətinin il ərzində rəsmi “Facebook”, “Instagram”, “Twitter”, “Youtube” və “Linkedin” səhifələrindən toplam 479 mindən çox müraciət daxil olaraq əməkdaşlar tərəfindən cavablandırılıb. Bundan əlavə, 2021-ci il ərzində şirkətin Ön Masa, “Azercell Ekspres”, “Azercell Eksklüziv” ofislərində, eləcə də Mobil Müştəri Xidmətləri vasitəsilə təxminən 800 mindən çox abunəçiyə üz-üzə xidmət göstərilib.

Ötən il istifadəçilərin uzun müddət səbirsizliklə gözlədiyi yeni “Qaliblərin seçimi - 010 prefiksli nömrələr” də Azərbaycanın mobil rabitə bazarına çıxarılıb. Vətən müharibəsindəki şanlı qələbəni bizə yaşadanlara sonsuz hörmətin təcəssümü kimi müharibə veteranı statusuna malik olan bütün vətəndaşlara “Azercell”dən yeni “Veteran Tarifi” təqdim olunub. 

Yeni rəqəmsal siyasətini həm istehlakçılar, həm də müxtəlif ölçülü biznes müştəriləri üçün gerçəkləşdirən “Azercell” 2021-ci ildə korporativ abunəçiləri üçün bir sıra yeniliklər həyata keçirib. Belə ki, şirkət ölkənin mobil rabitə bazarında ilk dəfə olaraq Əşyaların İnterneti (IoT) texnologiyasına əsaslanan “Biznesim Nəqliyyat” həllini təqdim edib. Eyni zamanda, “Biznesim Loyallıq” proqram çərçivəsində “Azercell”in korporativ müştəriləri arasında populyarlıq qazanan “Biznesim Klubu” istifadəyə verilib. Klub üzvlərinə rabitə xərclərinə endirimlər, hədiyyə cihazlar, “Azercell” Akademiyasında unikal təlimlər, korporativ tədbirlərə dəvət və digər eksklüziv təkliflər edilib. Bundan əlavə, korporativ müştərilər üçün “Liderlik” və “Müştəriyə yönəlik xidmət mədəniyyəti” mövzularına həsr edilmiş vebinarlar təşkil olunub. “Biznesim Veb” həlli, eləcə də sürətli internetdən faydalanmaq imkanı verən “GigaMax” limitsiz internet paketləri istifadəyə verilib.

2021-ci ilə “Azercell” öz istifadəçilərin gündəlik iş proseslərini daha rahat və sürətli etmək məqsədilə “BirBank” mobil tətbiqin daxilində “Mobil nömrənin balansının avtomatik artırılması” xidmətini istifadəyə verib. “iPhone 13”, “iPhone 13 Pro” və “iPhone 13” Mini smartfonları, son model Wi-Fi cihazı əldə edən müştərilərə hədiyyə internet paketləri təqdim olunub.

“Azercell” abunəçilərinə öz nömrəsinə tam nəzarət etmək imkanı verən “Kabinetim” özünəxidmət tətbiqinin işində də xeyli yeniliklər tətbiq olunub. Nəticədə  “Kabinetim” mobil tətbiqini yükləyənlərin sayı 1 milyonu keçib.

Abunəçilərinin rəqəmsal həllərdən istifadəsini daha asan etmək məqsədilə ötən il “Kabinetim”, “ABB Mobile”, “Umico” platformaları üzərindən xidmətlərin çeşidi də genişləndirilib.

2021-ci ildə “Azercell”in həyata keçirdiyi Korporativ Sosial Məsuliyyət layihələrə ümumilikdə 257 min ABŞ dollarından artıq vəsait sərf edilib ki, bu göstərici 25 il ərzində 22 milyon dolları keçib.

2021-ci il ərzində Milli Olimpiya Komitəsinin,  Milli Olimpiya və Milli Paralimpiya Komandalarının məğrur tərəfdaşı olan “Azercell Telekom” Azərbaycan idmançılarının XXXII Yay Olimpiya Oyunları və XVI Yay Paralimpiya Oyunlarında iştirakını dəstəkləyib. Şirkətin tərəfdaşlığı ilə ötən il, həm də, ölkəmizdə VI Uşaq Paralimpiya İdman Oyunları baş tutub. 2014-cü ildə “Azercell”in dəstəyilə keçirilən bu yarışlarda 5 idman növü üzrə 120-yə yaxın xüsusi qayğıya ehtiyacı olan uşaq iştirak edib.

Azərbaycan Respublikasının Təhsil nazirliyin məğrur tərəfdaşı olan “Azercell Telekom” MMC-nin dəstəyilə informatika üzrə beynəlxalq olimpiadalara hazırlaşan məktəblilərimiz ötən il ərzində dəfələrlə mötəbər bilik yarışlarında yüksək nəticələr əldə ediblər. Məktəblilərimiz informatika fənni üzrə müxtəlif miqyaslı beynəlxalq olimpiadalarda ölkəmizi uğurla təmsil edərək 10 medal qazanıblar.

Mədəni irsə hörmətlə yanaşan “Azercell” şirkəti Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə dahi Azərbaycan şairi və filosofun əsərlərinə aid 100-dən çox parçanı audiokitab formatında tərtib edib. Əsərlər Azərbaycan, türk, ingilis, fransız və rus dillərində qədim simli musiqi alətlərinin müşayiəti altında səsləndirilərək “Bookmate” əlavəsinə yüklənilib. Həmçinin,  Nizami Gəncəvinin iki məşhur əsəri komiks janrında hazırlanıb. Ötən il, həm də, xalqımızın vətənpərvərlik və qəhrəmanlıq tarixini təcəssüm etdirən “Koroğlu” dastanı fərqli və rəqəmsal formatda hazırlanaraq “Bookmate” mobil tətbiqinə yüklənilib.

11 il öncə “Azercell”in dəstəyilə yaradılan Azərbaycan Uşaq Qaynar Xətt Xidməti karantin dövründə də fəaliyyətini davam etdirib və ümumilikdə 5300-ə yaxın uşağa psixoloji yardım göstərib.

“Azercell”in Səyyar Diş və Göz Klinikaları 2021-ci ilin ilk aylarında bütün təhlükəsizlik və gigiyena qaydalarına riayət olunmaqla 400-dən çox aztəminatlı, xüsusi qayğıya ehtiyacı olan vətəndaşlarımıza xidmət göstərib.

“Azercell” torpaqlarımızın azadlığı uğrunda döyüşüb, bizi doğma Qarabağa qovuşduran cəsur şəhidlərimizin ailələrini və qazilərimizi daim diqqət mərkəzində saxlayıb. Şirkətin həyata keçirdiyi “Kiçik Ürəklərdə Böyük Xatirələr” layihəsi çərçivəsində 300-ə yaxın şəhid övladı və onların anaları xüsusi reabilitasiya proqramına cəlb olunub.

“Azercell” şirkətinin öz əməkdaşlarından ibarət “Azercell könüllüləri” xeyriyyə qrupunun təşəbbüsü ilə Azərbaycanın bütün bölgələrini əhatə edən “Novruz payı”, “Yeni ildə Könüllülərdən hədiyyə ilə” aksiyaları çərçivəsində Vətən müharibəsi şəhidlərinin ailələrinə, döyüşlərdə yaralanmış qazilərə və onların övladlarına bayram sovqatları və kuponlar təqdim olunub.

Korporativ Sosial Məsuliyyət siyasətinin bir istiqaməti  kimi “Azercell” media nümayəndələrinin rəqəmsal platformalarında və beynəlxalq xəbər mənbələrilə rahat işləmələri üçün ingilis dili kursları təşkil edir. 13 ildən çoxdur davam edən layihədə ötən il 70 KİV nümayəndəsi iştirak edib.

Ölkədə peşəkar kadrların inkişaf etdirilməsinə hər zaman xüsusi önəm verən “Azercell” 2021-ci ildə İnsan kapitalının inkişafına təxminən 879 min ABŞ dolları, 1996-2020-ci illər ərzində isə 26.8 milyon ABŞ dolları həcmində vəsait sərf edib.

2021-ci il ərzində “Azercell” Akademiyası Tədris Mərkəzinin 6 biznes məktəbi tərəfindən ölkədə fəaliyyət göstərən müxtəlif qurum və şirkətlər üçün 211 xarici təlim, 80 şirkətdaxili təlim keçirilib Bu təlimlərə 2316 iştirakçı qatılıb.

“Azercell” şirkəti gənclər arasında populyar olan Tələbə Təqaüdü və Tələbə Təcrübə proqramlarını da davam etdirib. Layihədə tətbiq olunan son yenilik ondan ibarət olub ki, 2021-ci ildə “Azercell” tələbə adını qazanmış şəhid övladları və vətən uğrunda canını fəda etmiş hərbçilərimizin ali təhsil ocağına daxil olmuş həyat yoldaşlarına da təqaüd ayırıb. Bundan əlavə, Vətən müharibəsində rəşadətlə döyüşüb qayıdan və ölkəmizin müxtəlif şəhərlərində Rabitə və İnformasiya Texnologiyaları sahəsi üzrə təhsil alan 23 tələbə 2021-ci ildə “Azercell”in dəvətilə Tələbə Təqaüd proqramına qoşulub.

Pandemiya dönəmində “Microsoft Teams” platforması üzərindən distant təhsil alan şagird və tələbələr, eləcə də distant iş rejimində çalışan müəllimlər üçün “Azercell” “Təhsil” internet paketini istifadəyə verib.

Hər zaman qadınların cəmiyyətdə hüquq və imkanlarının genişləndirilməsinə, onların peşəkar kadr kimi yetişməsinə xüsusi qayğı ilə yanaşan “Azercell” ötən il “Qadınların İKT sahəsində rolu” mövzusunda Clubhouse platforması üzərindən onlayn müzakirələr təşkil edib.

Fəaliyyət dövrü ərzində tətbiq etdiyi şəffaflıq strategiyasının nəticəsi olaraq ölkənin lider mobil operatoru “Azercell Telekom” 2021-ci ildə növbəti dəfə ISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” standartlarına uyğunluq sertifikatı ilə təltif olunub. ABŞ-ın ən böyük akkreditasiya qurumu olan ANAB (ANSI National Accreditation Board) tərəfindən akkreditə olunmuş Türkiyənin Denetik Uluslararası Belgelendirme ve Gözetim Hizmetleri şirkətinin keçirdiyi sertifikatlaşdırma auditi “Azercell”in antikorrupsiya proqramının bütün tələblərə cavab verdiyini bir daha təsdiq edib.

Şirkətin müxtəlif istiqamətlərdə gərgin fəaliyyəti yerli və beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalmayıb. “Azercell”in təşəbbüsü ilə hazırlanan və sosial mediada milyonlarla baxış toplayan #QadınDediyin layihəsi Şərqi Avropanın ən böyük yaradıcı festivallarından biri olan “White Square”də “For Bravery” özəl mükafatını alıb.

Ötən il Beynəlxalq Biznes Mükafatları nüfuzlu STEVIE mükafatının qaliblərinə təqdimat mərasimi keçirib. Azərbaycanın lider mobil operatoru “Azercell Telekom”-in nailiyyətləri STEVIE Beynəlxalq Biznes Mükafatlarının münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Xatırladaq ki, “Azercell” “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası üçün Əşyaların İnterneti (IoT) texnologiyaları əsasında az enerji tələbatlı sensorların tətbiqi üzrə hazırlıq səviyyəsinə görə “İlin ən innovativ şirkəti” nominasiyasında Qızıl mükafata layiq görülüb.

Azərbaycana 25 ildən artıq xidmət edən “Azercell Telekom” abunəçilərinə keyfiyyətli, innovativ və əlçatan rabitə xidmətləri göstərməyi qarşısına məqsəd qoyub. Dünyadakı ən son texnoloji həlləri ölkəmizə gətirməklə rəqəmsallaşma vasitəsilə insan həyatının keyfiyyətini artırmağı hədəfləyən “Azercell” 5 milyondan çox olan abunəçisinə etimad və seçiminə görə təşəkkür edir!



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ