çərşənbə günü, 11 noyabr 2026
     

Göyçay İcra Hakimiyyətində korrupsiya yoxlamaları - digər rayonlarda da başlanacaq...

Image


Rayon icra hakimiyyətlərinin bir çoxunun öz fəaliyyətini qeyri-şəffaf qurduğu barədə illərdir ki, məlumatlar dolaşır. Bildiyimiz kimi, qeyri-şəffaf fəaliyyətə, yol verdiyi nöqsanlara, korrupsiya əməllərinə görə bir neçə rayonun icra başçısı həbs edilib. Amma çox təəssüflər olsun ki, baş verənlər başqalarına dərs olmur və bəzi digər icra başçıları da onların yolu ilə getməkdə davam edir.

Son günlər bəzi rayon icra hakimiyyətlərində yoxlamalara başlanıldığına dair məlumat yayılıb. Məlumatlara görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Göyçay Rayon İcra Hakimiyyətində yoxlamalara başlayıb. Yoxlamalar İcra Hakimiyyətində yol verilmiş bəzi qanun pozuntuları ilə bağlıdır. Göyçay Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İkram Vəliyev mətbuata bildirib ki, qurumun bütün vəzifəli şəxsləri dindirilir: “Bütün vəzifəli şəxslər idarədə dindirilir. Bura bələdiyyələr, icra nümayəndələri, müəssisə və təşkilat rəhbərləri də daxildir. Yoxlamalar əsasən torpaq, tikinti və subsidiya məsələsi ilə bağlıdır. Hazırda bütün bu məsələlərlə bağlı istintaq gedir”.

Qeyd edilənə görə, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə bir neçə gün əvvəl vəzifəsindən azad edilib.

Ekspertlərin fikrincə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin araşdırmaları Göyçay Rayon İcra Hakimiyyəti ilə məhdudlaşmayacaq və başqa rayonların da icra hakimiyyətlərində bu səpkili yoxlama əməliyyatları aparılacaq. Bəzi rayon icra hakimiyyətlərinin “boğazlarına qədər” korrupsiyaya bulaşdığını deyən ekspertlər hesab edir ki, aidiyyəti qurum onların bütün nöqanlarını araşdırmalıdır.

  • “Əmin deyiləm ki, icra hakimiyyətində başlanan bu yoxlamalar müsbət bir nəticə ilə sonuclanacaq”

Sosial-iqtisadi sahə üzrə ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bütün rayon icra hakimiyyətləri konkret bir korrupsiya sxemi ilə fəaliyyət göstərir: “Azərbaycanda qurulmuş siyasi sistem, icra hakimiyyəti sisteminin indiyə qədər müşahidə etdiyimiz fəaliyyətləri göstərir ki, demək olar, bütün rayon icra hakimiyyətləri konkret bir korrupsiya sxemi ilə fəaliyyət göstərir. Ümumiyyətlə, indiyə qədər də rayon icra hakimiyyətlərində bu tipli yoxlamalar aparılıb. Hansısa bir məqamda bir-iki rayonun icra hakimiyyəti orqanlarında ciddi şəkildə korrupsiya halları aşkarlanır və xüsusi qrup halında onlar həbs olunurlar. Lazım olanda belə sistemli görüntü yaradılır. Amma çox təəssüflər olsun ki, baş verən həbslər həmin o konkret sxemin dağılmasına gətirib çıxarmır. Hətta nəzəri cəhətdən yenilənmə baş verir, yeni icra hakimiyyəti başçıları təyin olunur. Amma yenə də dövlət büdcəsinin dağıdılmasının, müxtəlif infrastruktur layihələrinin "icrası" adı altında xərclənməsinin şahidi oluruq. Nə baş verir? Təzə gələn icra başçısı baxır ki, büdcəyə pul daxil oldu, rayon icra hakimiyyətinin büdcəsində vəsait var. Neynəmək lazımdı? Səkini bir az genişləndirmək, üzlük daşını dəyişmək, prospektlərin ortasında zolaq yaradıb orada elektrik dirəkləri "əkmək" lazımdı. Yeni icra başçılarının göstərişi ilə həmin işin smeta xərclərini şişirtməklə dövlət büdcəsinin talan olunmasının davamını müşahidə edirik. Bunlar baş verir. İndi o pullar kiminlə bölünür, hara gedir, hansı istiqamətlərdə mənimsənilir, onunla işimiz yoxdur”.

Konkret olaraq rayon icra hakimiyyəti orqanlarında başlanan yoxlamalara gəlincə, İ.Hüseynlini sözlərinə görə, dövlət orqanlarında üç-beş ildən bir maliyyə yoxlamaları həyata keçirilir. “Amma bu maliyyə yoxlamaları onunla nəticələnmir ki, həmin o maliyyə yoxlamalarını aparan müfəttişlər hansısa böyük, iri həcmli yeyinti faktları, qanun pozuntuları aşkarlayırlar. Bunun aşkarlanmamasının da həlli yolları var. O mənada demək istəyirəm. Əmin deyiləm ki, İcra Hakimiyyətində başlanan bu yoxlamalar müsbət bir nəticə ilə sonuclanacaq. Çünki indiyə qədər ortada olan yoxlamalar, tendensiyalar, həbslər, baş verənlər, gəlinən nəticələr onu göstərir ki, hələ də sistemdə hər hansı bir dəyişiklik baş verməyib. Nə vaxta qədər ki, bu icra hakimiyyətləri bu formada fəaliyyət göstərəcək, o qədər dövlətin büdcəsi də yeyiləcək, talanacaq. Ona görə də, bizim təklifimizin əsas mahiyyətində o dayanır ki, seçkili meriya institutlarına keçid etmək lazımdır, rayon icra hakimiyyətlərini və onun kənd, qəsəbə nümayəndəliklərini ləğv edib onların bütün səlahiyyətlərini bələdiyyələrə vermək lazımdır. İkili idarəetmə institutundan nəhayət imtina etməyin vaxtı çatıb. Bələdiyələr də o bələdiyyələr olmalıdır ki, ədalətli şəkildə xalq tərəfindən seçilmiş olsunlar. Biz doğrudan da siyasi islahat istəyiriksə, icra hakimiyyəti orqanlarının faəliyyəti dayandırılmalıdır. O institut tamamilə ləğv olunmalıdır, hər rayon mərkəzində, hər bir şəhərdə seçkili valiliklər yaradılmalıdır. Məsələn, Göyçay şəhərində, İmişli şəhərində, Lənkaran şəhərində və başqa şəhərlərdə bu kimi idarəetmə institutunu formalaşdırmaq olar”. 

İ.Hüseynli hesab edir ki, icra hakimiyyətləri tərəfindən təyin olunmuş şəkildə deyil, seçki vasitəsilə xalqdan səs alan nümayəndələrin təmsilçiliyi ilə bələdiyyələr formalaşdırılmalı, icra hakimiyyətlərinin səlahiyyətləri isə bələdiyyələrə ötürülməlidir və bələdiyyələr də seçkili, hesabatlı orqan olduğu üçün 6 aydan bir xalq qarşısında bütün məqamlarla bağlı hesabat verməlidir. Məhz bələdiyyələrin fəaliyyəti nəticəsində korrupsiyanın azalmasına nail olmaq mümkündür: “Bu şəkildə korrupsiyanın səviyyəsini kifayət qədər azaltmaq olar”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ