“COJEP International Avrasia Koordinatorluğunun təşkilatçılığı ilə Türkiyə Həmkarlar İttifaqlarının təcrübəsinin öyrənilməsi və tətbiqi ölkəmiz üçün faydalı olacaqdır”. Bu sözləri Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib.
Rauf Zeyni qeyd edib ki, COJEP Internationalın təşkilatçılığı ilə “Könüldən Könülə Türkiyə Görüş Layihəsi”ndə iştirak müsabiqəsinə MQF olaraq biz də öz layihəmizlə müraciət etdik və təqdim etdiyimiz layihə seçilən 5 layihədən biri oldu.
Azərbaycan Milli QHT Forumu olaraq təqdim olunan layihənin əsas məqsədi Azərbaycanın cənub regionlarında fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına təşkilati-texniki xidmətlərin göstərilməsidir.
Layihə çərçivəsində Türkiyənin ən böyük Həmkarlar İttifaqları olan HAK-İŞ ve Memur-Sen birlikləri ilə bir araya gələcəyik və inanırıq ki, həmin şirkətlərlə ortaq iş yollarının açılması bundan sonrakı qarşılıqlı fəaliyyətlərmizdə əhəmiyyətli töhfələr verəcəkdir. Əməkdaşlıq çərçivəsində Türkiyə həmkarlar İttifaqlarının təcrübəsinin tətbiqi ölkəmiz üçün faydalı olacaqdır.
Layihə çərçivəsində Azərbaycanın cənub regionlarında fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına təşkilati-texniki xidmətlərin göstərilməsi nəzərdə tutulur.