çərşənbə günü, 11 noyabr 2026
     

Ermənilər Vətən müharibəsində dinc azərbaycanlıları artilleriya və raket atəşləri ilə belə vurdu... - FOTO

Image


Vətən müharibəsində işğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc sakinlərinə qarşı törətdiyi cinayətlərin tədqiqi dəhşətli görüntüləri üzə çıxarır. Qarabağ Azadlıq Təşkilatının “İkinci Qarabağ müharibəsindən sonrakı vəziyyət, insan faciələri, dağıntılar, dinc əhaliyə dəyən zərərlər barədə materialların toplanması və təbliği” mövzusunda həyata keçirdiyi layihənin növbəti ünvanı olan Bərdə şəhərində baş vermiş faciələr insanlarda təsəvvürəgəlməz nifrət doğurur. 

Müharibələrdə adətən hərbçilər döyüşür, yaxud da yazılmamış qanunlara görə əliyalın insanlara atəş açılmır. Hətta döyüşdə uduzan hərbçilərin də dinc sakinlərə odlu silahdan atəş açmaları hiddət doğurur. Lakin faşizmin ən yeni və əzazil təzahürlərindən olan “ermənilik ideologiyası” özü bir nifrət formuludur və buna görə də insanlığa qarşı çevrilib. Bərdə faciələrinin xarakteri bu formulu təsdiqləyir. Belə ki, erməni  qoşunları ön cəbhədə Azərbaycan ordusunun qarşısında davam gətirmədiyindən uzaqvuran artilleriya atışları, raketlərlə döyüş nöqtəsindən 30-50 kilometr uzaqda yerləşən şəhərlərin sakinlərini hədəfə alaraq qisasçılığa can atıblar. Nəticədə güllə atmağı belə bacarmayan insanlar həyatlarını itirib və ya yaralanıb. Bu səbəbdən təkcə Bərdə şəhərində 28 mülki şəhid və onlarla əmək qabiliyyətini itirmiş insan var.  

Taksi sürücüsü Elçin Şirinov 2020-ci ilin oktyabrınadək işləyib ailəsini dolandırmaqla məşğul idi. Oktyabr ayının 27-də əhalinin “ayaq körpüsü” adlandırdığı dairəvi yolda, rəsmi olaraq Bakı küçəsinin ərazisində baş vermiş partlayışlar onun sakit həyatına son qoyub. Erməni quldurların atdıqları onlarla bomba həmin əraziyə düşüb və güclü dağıntılar törətməklə yanaşı çoxlu sayda insanın həyatına son qoyub. Həmin an dayanacaqda olan maşınlara da ciddi ziyan dəyib. Maşınını dayanacaqda saxlayıb müştəri gözləyən Elçinin maşınına da kaset bombası düşüb. Həmin anı zərərçəkən belə xatırlayır: “Qəfil partlayışdan nə baş verdiyini dərhal anlamadım. Bir anda hər yanı toz-duman bürüdü. Ətrafda insanların çığırtısı gəlir, insanlar bir-birlərini haraylayırdılar. Maşınıma bomba düşən kimi yanğın başladı. Ancaq özümü itirmədim. Dərhal qapını açıb bayıra çıxmağı düşündüm. Yerimdən tərpənəndə gördüm ki, ayağımı tərpədə bilmirəm. Diqqət edəndə gördüm ki, ayağım kəsilib və sanki bu saat üzülüb yerə düşəcək. Kəskin ağrıdan az qalırdı nəfəsim kəsilə”. Həkimlərin müayinələrindən sonra bəlli olub ki,  E.Şirinovun mədəsinin, ciyərinin bir hissəsi qəlpələrdən parçalanaraq sıradan çıxıb, burnu, dişləri qırılıb, gözündən yaralanıb, qolu işləmir, bədənində çoxlu qəlpələr qalıb. Bu azmış kimi, evinə ciddi ziyan dəyib. Ayağı protezdir. 3 dəfə əməliyyat olunsa da, bu yetərli deyil, daha 2 dəfə əməliyyat olunmalıdır. Elçin əmək qabiliyyətini itirib, əli işləmir. 

Bombaların düşdüyü yol dairəsində Bərdənin qeyri-döyüş şəraitində şəhid olmuş sakinlərinin xatirəsinə memorial kompleks yaradılıb, əhali hər gün ora gəlir, qohumlarının, dostlarının həmşəhərlilərinin xatirəsini anır. Aldığı zədələr və psixoloji sarsıntı nəticəsində tez-tez yuxudan  qışqırıb ayılan Elçin ermənilərlə barışıq məsələsinə belə münasibət bildirir: “Yox, dostluq olmaz, mən onları necə bağışlayım, biz döyüş meydanında vuruşduq, onlar isə silahsız insanlara hücum etdilər, onlarla necə barışım mən?!”.

Bərdənin digər bir küçəsində yaşayan İlqar Fərzəliyevin evi də erməni vandalların atdığı bombaya tuş gəlib. Həmin vaxt evdə ailəli-qonaqlı 10-a qədər insan olub. Ancaq ev xeyli böyük olduğundan və bomba insanların yığışmadığı küncdəki otağa düşdüyündən ölüm-itim baş verməyib. Dərhal başlayan yanğından ailə və qonaqlar qurtula bilsələr də, ev yanıb külə dönüb. Həyətdəki avtomobillər qəlpələrdən deşik-deşik olub. Hadisənin dəhşətindən insanlarda ciddi psixi pozuntular yaranıb. İlqar Fərzəliyevin qızı Səbinə isə gəlin olduğu evdə yaralanıb. Onun qaynanası Şəhriyar Mehdiyeva aynabəndin qapısı ağzında telefonla danışdığı zaman həyətə bomba düşüb və partlayış nəticəsində ətrafa yayılan qəlpələrdən ikisi ona dəyib. Qəlpələrdən biri qadının kürəyindən girib ürəyindən çıxıb. Partlayış dalğasından pəncərələrin şüşələri sınaraq ətrafa uçub. Həmin şüşə qırıntıları mətbəxdə qab yuyan Səbinəni yaralayıb. Yaralı gəlin “mama” dediyi qaynanasının arxasınca bayıra qaçıb və pilləkənin ağzında Şəhriyar xanımın cansız vicudu ilə qarşılaşır və gördüyü mənzərə onu sarsıdır. 

Erməni vəhşiliyinin zərərçəkənlərindən biri də Anar Adıgözəlovdur. C.Cabbarlı küçəsinin sakini olan Anar işdə olan vaxtı bombardmana düşüb və ciddi yaralanıb. İndi onun sağ qolu çətinliklə hərəkət edir, sinirləri zədələnmiş bir neçə barmağı isə açılmır. Yəni, bu adam da iş qabiliyyətini qismən itirib. 

Bərdə sakini Mahir Muradovun qardaşı Tanrıverdi Birinci Qarabağ müharibəsində itkin düşüb. İkinci Qarabağ müharibəsində isə oğlanları Tanrıverdi və Məhərrəm Bərdə küçələrində ermənilərin bomba hücumuna məruz qalıblar. Uşaqlardan kiçiyi Məhərrəm partlayışdan sonra yaralanmış Tanrıverdini qucağına alaraq ilk rastlaşdığı həyətə qoyur, sonra isə gözü qarşısında yaralanaraq qan içində olan FHN-nin əməkdaşının dalınca gedir. Bu zaman onun lap yaxınlığına partlayın növbəti bomba Məhərrəmi ağır yaralayır. İndi Məhərrəmin bir gözü amputasiya olunub. Bədənində hələ də qalpələr var. 3-cü qrup əlildir. Keçirdiyui sarsıntılar onu çətin vəziyyətə salır, tez-tez dili qatlanır. Ömrünün axırına qədər müvafiq dərmanlar qəbul etməlidir.

Ermənistanın quldur ordusunun qeyri-insani fəaliyyəti nəticəsində faciəli şəkildə həlak olan Leyla Mustafayeva, Qarayusifli kəndində 7 yaşlı qızını itirən Rövşən İsgəndərov, anası qətlə yetirilən İsa Cəfərov, Aybəniz Xəlilova və başqalarının fəlakətli taleyi erməni barbarlığını ittiham edən real faktlardır.

QAT heyəti zərərçəkənlərlə görüşlərdə, hər kəsə  bir sualla müraciət edirdi: Ermənilərlə barışığa, yenidən dostluq münasibəti qurulmasına necə baxırsınız? Alınan cavablar hamısı mahiyyətcə eyni idi:-Ermənilərə etibar etmək olmaz. Onlar həmişə bizə arxadan zərbə vurublar. Əməllərindən görünür ki, bizim xalqımızı yer üzündən silmək arzusunda olublar. Buna görə də onları bağışlaya bilmərik. Dostluq etmək də faydasızdır, xəyanətkarla nə dostluq?!

Qeyd edək ki, QAT-ın həyata keçirdiyi layihə Azərbaycan Respublikasının Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ