Ukraynada daha biz azərbaycanlı həlak olub. Hadisə fevralın 24-də Sumi vilayətinin Konotop rayonunda baş verib.
Əldə etdiyimiz məlumata görə, ölən şəxs Kürdəmir rayonunun Pirili kəndindən olan Süleymanov Arzu Yusif oğludur.
Məlumata görə, Arzu Süleymanovun da içərisində olduğu avtomobil ruslar tərəfindən qumbaraatanla vurulub. A.Süleymanov hadisə yerində keçinib.
Qeyd edilir ki, A.Süleymanov işləmək üçün Ukraynaya yaxınlarının yanına gedib. Ailəlidir 3 uşağı var.