2022 - 2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının nəticələri açıqlanıb.
İmtahanda ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 98 bal olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır (fənlər üzrə ayrıca minimal bal tələbləri var).
Qeyd etdiyimiz kimi, bu il keçirilən magistratura imtahanının nəticələri açıqlanıb. Imtahanın nəticələri ötən illərdən fərqlidir. Belə ki, imtahan iştirakçılarının nəticəsi ürəkaçan olmayıb. Magistratura pilləsinə keçirilən qəbul imtahanında tələbələrin əksəriyyəti aşağı nəticə göstərib. Cəmi 1 nəfər yüksək - 98 bal toplayıb. Magistraturada iştirak edənlərin zəif nəticə göstərməsinin səbəbi kimi imtahanın fevral ayında keçirilməsi göstərilir.
“Bakalavrlar hazırda ali təhsil müəssisələrində semestr imtahanını bitirirlər, onlar imtahanlara, diplom işinə hazırlaşdıqlarına görə o qədər də vaxtları olmur”
Təhsil eksperti Kamran Əsədov bildirdi ki, sualların məzmunu imtahan nəticələrinə öz mənfi təsirini göstərib: “İmtahanda iştirak edən şəxslərdən yalnız bir nəfər maksimum (98) bal toplayıb, digərləri isə yaxşı nəticə göstərə bilməyiblər. Nəticələrin aşağı olmasının səbəbi imtahanın fevral ayında keçirilməsidir. Məlumdur ki, imtahan verənlərin 70%-ni cari ilin tələbələri təşkil edir. Onlar hazırda ali təhsil müəssisələrində semestr imtahanını bitirirlər. Onlar imtahanlara, diplom işinə hazırlaşdıqlarına görə o qədər də vaxtları olmur”.
Ekspert onu da əalvə etdi ki, bakalavrların əksəriyyəti bu imtahana bir növ sınaq kimi baxırdı. Ona görə də nəticələr aşağı olub: “Ümumi götürəndə, nəticələr o qədər də pis deyil, amma biz daha yaxşı nəticələri may ayında keçiriləcək 2-ci şans imtahanında gözləyirik”.
Günel CƏLİLOVA