Fevralın 28-də Müdafiə Nazirliyinin hərbi qulluqçularına və könüllü şəxslərə “Müharibə veteranı” statusunun və Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün verilməsinə başlanılıb. “Müharibə veteranı” statusu alan Vətən müharibəsi iştirakçıları arasında “Bakı-Xəbər” qəzetinin əməkdaşı Nahid Salayev də var.
Xatırladaq ki, Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” statusu və Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü (80 manat) Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən verilir.
Qeyd edək ki, Müdafiə Nazirliyinin hərbi qulluqçularına və könüllü şəxslərə müvafiq banklar tərəfindən “Müharibə veteranı” müavinət kartlarının verilməsinə başlanılıb.
44 günlük Vətən müharibəsində Nahid Salayevin döyüş yolu Hadrutdan başlayıb, Xocavənddən, Xocalıdan keçərək Şuşa ətrafında bitib. İki uşaq atası olmasına və 36 yaşını tamam etməsinə baxmayaraq, 2020-ci il sentyabrın 29-da Səbail Rayon Səfərbərlik İdarəsindən könüllü olaraq müharibəyə gedib.
Baki-xeber.com