Sosial mediada yayılan məlumatlara görə, Rusiya ilə Ukrayna arasında əsas döyüşlərin getdiyi paytaxt Kiyevdə yeraltı avtomobil dayanacağına sığınan 9 azərbaycanlı tələbə ac-sussuz orada qalıb.
Məlumatlara görə, tələbələr həm soyuq, həm də aclıqdan əziyyət çəkirlər. Buna baxmayaraq bölgə çox təhlükəli olduğu üçün dayanacağı da tərk edə bilmirlər.
Tələbələr kömək üçün səfirliyə də müraciət ediblər. Səfirlikdən onlara “gözləyin” deyiblər, ancaq sonradan səfirlikdən heç bir səs çıxmayıb.
Kiyevdə yeraltı avtomobil dayanacağında çarəsiz qalan 9 azərbaycanlı tələbə Azərbaycan XİN-dən və Kiyevdəki səfirlikdən kömək gözləyirlər.