Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu İdarə Heyətinin sədri Himalay Məmişov Özbəkistanın Büdcədənkənar Pensiya Fondunun icraçı direktoru Abduləziz Haydarovla görüşüb.
Görüşdə H.Məmişov sosial təminat sahəsində Azərbaycanda aparılan son islahatlardan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, o cümlədən Fond tərəfindən son dövrlərdə həyata keçirilən işlərdən, əhaliyə göstərilən elektron və proaktiv xidmətlərdən, eləcə də sözügedən sahənin təkmilləşdirilməsi istiqamətində prioritet hədəflərdən danışıb.
A.Haydarov əhalinin sosial müdafiəsi sahəsində Özbəkistanda görülən işlərdən bəhs edərək, sosial sığorta və pensiya təminatı üzrə Azərbaycan təcrübəsinin özbək tərəfi üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Görüşdə tərəflər arasında təcrübə mübadiləsinin daha da genişləndirilməsi, qarşılıqlı səfərlərin təşkili, faydalı əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub.
Baki-xeber.com