çərşənbə günü, 11 noyabr 2026
     

Tərtər - cinayətkar erməni atəşlərilə dağıdılan şəhər... - FOTO

Image


İkinci Qarabağ müharibəsində işğalçı Ermənistanın şiddətli təcavüzünə məruz qalan bölgələrimizdən biri də Tərtər rayonudur. 44 günlük müharibə dövründə düşmən dinc əhaliyə, mülki obyektlərə vəhşi hücumlar həyata keçirib, onlarla dinc sakinin ölümünə, yüzlərlə evin, sosial obyektlərin dağılmasına bais olub. Hesablamalara görə, müharibə ərzində Tərtər rayonunun qeyri-döyüş ərazilərinə 16 minə qədər mərmi atılıb. Statistika erməni vəhşiliyinin miqyası barədə aydın təsəvvür yaradır: ay yarımlıq müddətdə ermənilər Tərtərdə 16 orta məktəb, 1 peşə-ixtisas məktəbi, 12 bağça, 10 tibb müəssisəsi, 7 mədəniyyət ocağı, 30 inzibati binanı top atəşləri ilə dağıdıb, 103 nəqliyyat vasitəsini, 18 kənd təsərrüfatı texnikasını, 132 iri və xırdabuynuzlu heyvanı məhv edib, əhaliyə və şirkətlərə məxsus 505 əkin sahəsini yararsız hala salıb. Bundan əlavə 60 fərdi yaşayış evi və mənzil, 6 sahibkarlıq obyekti, 2 sosial obyekt, 8 nəqliyyat vasitəsi sıradan çıxarılıb.

Rayonda düşmən tərəfindən dağntılara məruz qalmış 6879 obyektin 6648-i dövlət tərəfindən bərpa-təmir kateqoruyasına aid edilərək ya təmir olunub, ya da sökülərək yenidən tikilib. Bütün bu məlumatlar Qarabağ Azadlıq Təşkilatının “İkinci Qarabağ müharibəsindən sonrakı vəziyyət, insan faciələri, dağıntılar, dinc əhaliyə dəyən zərərlər barədə materialların toplanması və təbliği” layihəsi çərçivəsində Tərtər RİH-i və QAT Tərtər rayon təşkilatı ilə birgə həyata keçirdiyi tədbir zamanı səsləndirilib və dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün qeyd edilib. 

Tərtər şəhərinin mərkəzində yerləşən Şikar Şikarov adına 5 saylı tam orta məktəbin hazırkı vəziyyəti erməni faşizminin vəhşi simasının aşkar göstəricisidir. Müharibə zamanı məktəbin yerləşdiyi əraziyə ardıcıl olaraq bir neçə raketin atılması sübut edir ki, düşmənin məqsədi məhz dinc əhalini, günahsız uşaqları məhv etmək olub. Təhsil ocağının divarları top mərmilərinin qəlpələrindən deşik-deşikdir. Sinif otaqlarındakı lövhələrdə isbatı yarımçıq qalmış riyazi teoremlər, divarlardakı cırılmış coğrafi xəritələr, şagirdlərin əl işlərinin künc-bucaqda toz-torpağa batması ermənilərin mədəni soyqırım törətdiklərinin əyani sübutudur. 

Hökumətin qərarı ilə məktəbin açıq səma altında müzeyə çevrilməsi erməni vandallarının mədəni irsimizə vurduqları zərərlər barədə həqiqətlərin gələcək nəsillərin yaddaşlarına hopdurulması üçün təsirli eksponatdır. Eynilə şəhərin digər hissəsində top atəşləri ilə məhv edilmiş  fərdi yaşayış evi də açıq muzey statusunda bərpa edilməmiş qalacaq. Ev sahiblərinin təsadüfən başqa yerdə olması səbəbincə atəş vaxtı ölən olmayıb. Lakin dağıdıcı zərbələr nəticəsində yaşayış evinin düşdüyü vəziyyət mədəni soyqırım abidəsi kimi ermənilərin tarixi vəhşiliyini özündə yaşadır.

Əskipara kəndinin sakini, ağbirçək Bürliyan Vəliyevanın da evi dağılmış evlər siyahısındadır. Evin yerləşdiyi ərazinin durmadan atəşə tutulması nəticəsində nəinki yaşayış sahəsi, həm də həyətdəki tövlələr də tamamilə dağılıb. Bu da onu sübut edir ki, düşmən, ümumiyyətlə, ərazilərimizi yer üzündən silmək məqsədini güdüb. 

QAT heyəti dağıdılmış və müharibədən sonrakı dövrdə dövlət tərəfindən bərpa edilmiş evlərə baş çəkəndən sonra Tərtər rayonunda torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş əsgərlərimizin - şəhidlərimizin şərəfinə salınmış Vətən parkını da ziyarət etdilər. İrandan köçürülmüş ermənilərin vaxtilə yaşadıqları Marağa kəndinin yaxınlığında salınmış park böyük bir ərazini əhatə edir. Parkın başlanğıcında isə ermənilərin Qafqaza gəlmə millət olduğunu sübut edən bir abidənin qalıqları yerləşir. Bu abidənin də ətrafı səliqəyə salınaraq qorunur. Niyə? Tarix elmləri namizədi olan QAT sədri Akif Nağı RİH-nin nümayəndəsi və heyət üzvlərinə bu haqda ətraflı məlumat verdi: “1828-ci il Türkmənçay müqaviləsinə görə Rusiya tərəfindən İranın Marağa vilayətində yaşayan ermənilərin böyük bir hissəsi Azərbaycana köçürülüb. Burada salınmış kəndin adının Marağa olması da təsadüfi deyil. 1978-ci ildə isə ermənilər Tərtərə gəlmələrinin 150 illiyi münasibətilə bu abidəni özləri tikiblər. Lakin Qarabağın Ermənistan tərəfindən işğalı başlayanda artıq abidə bir tarixi fakt kimi düşmənin əleyhinə işləməyə başladı. Bu səbəbdən erməni faşistləri özlərinin qoyduqları abidəni məhv etdilər. İnsan olan kəs nə qədər qəddar olmalıdır ki, özünə aid mədəni sərvəti də siyasi məqsədlərinə görə dağıtsın!?”

Ətrafdakı stendlərdə abidənin işğaldan əvvəlki vəziyyətinin şəkilləri nümayiş olunur və ziyarətçilərə tarixi həqiqətlərlə erməni saxtakarlığı arasındakı təzadı aydın göstərir. Həmin abidədən başlayan Vətən bağının girişində İkinci Qarabağ müharibəsindəki zəfərimizin rəmzi olan “Xarıbülbül gülü” və  xalqımızın vuran əli olan “dəmir yumruq” abidəsi ucalır. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən layihəni gerçəkləşdirən nümayəndə heyəti Dəmir Yumruq ətrafında şəkil çəkdirməklə erməni vandallarına qarşı mübarizənin hələ davam edəcəyinə işarə etdilər.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ