Baş Prokurorluq Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Qurbanov Məlikməmməd Oruc oğlunun saxlanılması xəbərini təsdiqləyib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham elan edilib və həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verilib.
Məlikməmməd Qurbanov 2019-cu ilin avqustunda yaşa görə ehtiyata buraxılıb.