Tədbir “Şuşa ili” çərçivəsində Astara rayon Mərkəzi Kitabxanasında təşkil olunmuşdu. Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan Vətən oğulların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilməklə başlanan tədbiri Lənkəran Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Astara rayonu üzrə nümayəndə Ş.Bayramov açıb ölkə başçısı İlham Əliyev tərəfindən 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsinin əhəmiyyətindən və Şuşa şəhərinin tarixi haqqında danışıb dedi: - İncəsənətin beşiyi olan Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz bu dahi şəxsiyyət tərəfindən verilibdir. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət almış, Azərbaycanın mədəniyyət xadimlərinin xatirəsinin əbədi yaşaması istiqamətində mühüm addımlar atılıbdır. Zəfərindən dərhal sonra Şuşada infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanıb, mədəniyyət müəssisələri, muzey binaları tikilib, quruculuq işlərinin təşkilində çevikliyin, səmərəliliyin təmin olunması üçün burada dövlət idarəetməsinə böyük diqqət yetirilib, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi təşkil olunub.
Daha sonra söz alan Astara rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin müdiri G.Dadaşova isə Şuşa şəhərinin tarixi və mədəniyyət abidələri haqqında ayrı-ayrılıqda ətraflı məlumat verdi. “Şuşa İli” nə həsr olunmuş kitab və şagirdlərin əl işlərdən ibarət sərgi də tədbir iştirakçıların marağına səbəb oldu.
Tədbirdə Astara rayon Mərkəzi Kitabxanasının məsul şəxsləri, M.Ə.Sabir adına şəhər 1 saylı orta məktəbin müəllim kollektivi və şagirdləri iştirak edirdilər.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü