Bu gün səhər saatlarında yük avtomobilləri sürücüləri tərəfindən etiraz məqsədilə Heydər Əliyev Prospektinin bağlanması faktı ilə bağlı cinayət işi açılıb.
Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.
Qurum rəsmisi deyib ki, faktla bağlı Nərimanov Rayon İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq tərəfindən məsələdə əli olanların dairəsi müəyyənləşdirilir.