Bakı şəhərində gənclər arasında keçirilən sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatında astaralı idmançılar da iştirak edirdi. Artıq yarışlar başa çatıb. Ölkə çempionatında sərbəst güləş üzrə yarışlarda qələbə qazanan idmançılar – Ramik Heybətov 61 kiloqram çəki dərəcəsində qızıl, Musa Ağayev isə 65 kiloqram çəki dərəcəsində bürünc medalla doğma Astaraya qadıblar.
Hər iki idmançını bu möhtəşəm yarışa Astara Olimpiya İdman Kompleksinin sərbəst güləş üzrə məşqçisi Nizami Axundov hazırlayıb.
Astara Rayon Gənclər və İdman İdarəsində Azərbaycan çempionatında uğur qazanmış güləşçilər və onların məşqçisi ilə görüş keçirildi. Görüşdə Idarənin rəisi vəzifəsini icra edən R. Şirinov gənc idmançıları və onların məşqçisini qazanılmış uğur görə təbrik etdi, onlara yeni-yeni qələbələr arzuladı.
Masallı voleybolçularının növbəti qələbəsi
Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə kişi voleybolçuları arasında Azərbaycan çempionatının I liqa yarışları davam edir. Məlumat üçün bildirək ki, I liqa yarışlarında komandalar 2 qrupda 2 dövrədən ibarət olmaqla qələbə uğrunda mübarizəyə qoşulublar. Artıq I liqada I dövrənin son turunun oyunları başa çatıb. “Murov”un idman zalında təşkil olunan yarışlar olduqca gərgin keçmişdir. “Aura” komandası ilə üz-üzə gələn B qrupunun lideri “Masallı” yenə də öz azərkeçlərini sevindirə bilmişdir. Oyun bu komandanın üstünlüyü ilə başlanmış və matçın sona qədər üstünlük qorunub.
Qarşılaşmada “Masallı” komandası 3 xalı 3 setlə (25:8, 25:12, 25:10) əldə edib. Beləliklə I dövrəni 11 xalla başa vuran komanda B qrupunda turnirin lideri olub. Qalan komandaların xalları isə belə olub: “Azərbaycan Ali Hərbi Məktəbi” – 8, “Ryuqa” –7, “Veteranlar” – 4, “Aura” – 0.
Yarışların ardınca I liqanın pley-off mərhələsi keçiriləcək.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü