çərşənbə günü, 11 noyabr 2026
     

Ramiz Mehdiyevə və onun komandasına görə milli sərvətimizdən imtina edəkmi? - İlqar ORUCOV yazır...

Image


Artıq dünyada gedən sürətli elmi-texnoloji proseslər cəmiyyət həyatını xeyli sürətləndirmişdir. İnkişaf etmiş cəmiyyətlərdə elm və təhsilin rolu həmişə olduğundan daha təsirli və əhəmiyyətli səviyyədə qərarlaşmaqla əsas diktə edən gücə çevrilmişdir.

Dördüncü Sənaye İnqilabı dövlətlərə qlobal iqtisadi rəqabət mühitində mövqelərini idarə etmək üçün yeni imkanlar yaradır. Bilavasitə inkişaf etmiş təhsilin və  yüksək səviyyəli elmin məhsulları olan yeni texnologiyalar, elmi innovasiyalara əsaslanan rəqəmsal və biliklər iqtisadiyyatı, müasir ağıllı universitetlər və tədqiqat institutları, beyin mərkəzləri Dördüncü Sənaye İnqilabı dövrünün yeni və ilkin aktivləri rolunu oynamaqdadırlar. Real və virtual məkan subyektlərinin konvergensiyası, dəyişən düşüncə tərzi, süni zəka, sürətli rəqəmsallaşma, “5G” texnologiyasının tətbiqi ilə dünya artıq yeni və daha sürətli tempə malik texnoloji inkişaf mərhələsinə qədəm qoymuşdur.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 06 yanvar 2021-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsinin yaradılması təmin edilmişdir. Məqsəd gələcək qlobal iqtisadiyyatda cərəyan edən trendləri diktə edən, rəqabət qaydalarını dəyişən Dördüncü Sənaye İnqilabında Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və bu sahədə aparıcı ölkələr arasında yer almasının təmin edilməsidir. Göründüyü kimi ölkəmizdə yeni çağırışlara hazır olmaq naminə ən yüksək səviyyədə siyasi iradə artıq ortadadır və real fəaliyyətə keçid artıq başlanılmışdır.

Yuxarıda Dördüncü Sənaye İnqilabının əsas lokomotivi kimi elm və təhsilin mövqeyinə toxunduq. Təəssüflə qeyd etməliyik ki, ölkəmizin sürətli və hərtərəfli iqtisadi inkişafının qarşılığında faktiki olaraq Azərbaycan elmi xeyli geri qalır və görüntü xarakteri daşıyır. Azərbaycanda dövlətin elm və elmi-texniki siyasətini həyata keçirən ali dövlət təşkilatı olaraq Azərbaycan Milli Elmlər Akademiyası müəyyənləşdirilmişdir. Dövlət başçımız dəfələrlə AMEA-da alimlərlə görüşündə elmimizdən və alimlərimizdən gözləntilərini ifadə edərək dövlətimizin inkişafında elmin rolunun və yerinin ən yüksək mövqedə qərarlaşmağının vacibliyini qeyd etmişdir. Lakin, AMEA-nın hazırki durumu, elmimizin cağdaş dünya elmi ilə müqayisədə mövqeyi bir daha onu göstərir ki, ilk növbədə elmin idarə edilməsi məsələsinə yenidən baxılmalıdır. Ölkəmizdə də məhz bu istiqamətdə ciddi islahatlara zərurət var. Beynəlxalq təcrübədə elm və təhsilin vahid mərkəzdən idarə edilməsi, elmi tədqiqatların əsasən universitetlərdə həyata keçirilməsi daha geniş yayılmışdır.

Yarandığı 1945-ci ildən başlayaraq Azərbaycan Elmlər Akademiyasının şərəfli keçmişi olmuşdur. Akademiyanın institutları hətta sovet məkanında ciddi nüfuzla sahib olmuşlar. Nümunə olaraq qeyd edə bilərik ki, AMEA-nın akademik Həsən Abdullayev adına Fizika İnstitutu “yarımkeçiricilər və dielektriklər fizikası” ixtisası üzrə SSRİ məkanında yeganə elmi mərkəz olmuşdur. SSRİ-nin süqutundan sonra Akademiya tənəzzül dövrünü yaşamağa başladı, xeyli nüfuzlu və perspektivli alimlər buranı tərk etdilər, ölkəmizdə ciddi “beyin axını” prosesi başladı. Torpaqlarının 20 faizinin işğala məruz qalması, bir milyonadək qaçqın və məcburi köçkünün problemləri ilə bərabər dağılmış iqtisadiyyat o dövr üçün elmə vəsaitin ayrılmasına da imkan vermirdi. 2001-ci ildə ulu öndər Heydər Əliyevin Fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasına yüksək status verildi, onun səlahiyyətləri kifayət qədər genişləndirildi. Sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən AMEA-ya davamlı qayğı göstərildi. İnstitutların maddi-texniki bazası yeniləndi, elmi müəssisələr əsaslı təmir olundu, ən müasir imkanlarla təchiz edilmiş kitabxana binası tikilərək istifadəyə verildi. Tədqiqatlara dəstək məqsədilə Elmin İnkişafı Fondu yaradıldı. Lakin bütün bu qayğının fonunda müəyyən uğular əldə olunsa da elmimiz lazımi səviyyədə inkişaf edə bilmədi, son illərdə isə daha da dərin böhranla üzləşdi. AMEA-nın gəncləşməsi təmin edilə bilmədi, halbuki, 2000-ci əvvəllərindən 2013-cü ilədək burada güclü gənclik ruhu mövcud idi. Neft Fondunun vəsaitləri hesabına dövlət proqramı çərçivəsində dünyanın nüfuzlu universitetlərində təhsil almış  istedadlı gəncləri bura cəlb etmək üçün münbit mühit yaradılacağına etdiyimiz ümidlər də boşa çıxdı. Əksinə, gənclər akademiyadan daha da uzaq salındı. Təbii ki, elmin dili ingilis dilidir və gənclərin ingilis dilini bilmələri arzuolunandır. Doktorantoraya qəbul prosesində birdən-birə xarici dilə qoyulmuş yüksək baryer bu gün də elmə gəlmək istəyən xeyli gəncimizin qarşısını almaqdadır. Digər tərəfdən yaşlı alimlərin intriqaları, gənc tədqiqatçılara qısqanc münasibəti gənclərin ümidlərini məhv edir. Akademiyada artıq çoxlu görüntü xarakterli işlər görülməkdədir ki, elmi fəaliyyət belə münasibəti sevmir. Akademiyada ədalətsiz mühit isə elmə heç yaraşmır. İki nümunə ilə buradakı ədalətsiz mühiti ifadə etmək kifayət edir ki, mənzərə aydın olsun: Ölkə başçımızın gənclərin inkişafı üçün gözəl bir təşəbbüsünə bu qurumda ədalətsizcəsinə haram qatıldı. Belə ki, “Gənclər üçün Prezident Mükafatı”na ilk layiq görülən adam namizədlər içərisində ən aşağı nəticəyə (əslində heç bir nəticəsi olmayan!) malik olan, lakin, akademiya rəhbərliyinin himayə etdiyi birisi olduğu üçün mükafat ona verildi. Hansı ki, elm saxta himayəni ümumiyyətlə rədd edir. İkinci nümunə isə alim əxlaqına sığmayan bir hərəkətdir və bununla bağlı mətbuatda silsilə narazılıqlar kifayət qədər yer almışdır. Yataqxanada yaşayan və evsiz gənc alimlər üçün tikilmiş binadan mənzillərin akademiya rəhbərliyi tərəfindən görməmişliklə zəbt edilməsi faktı çox utancvericidir. Biz bilirik ki, bütün dünyada elmi müəssisələr innovasiyalardan böyük vəsaitlər qazanırlar. Lakin, bizim elmin başında duran adamlar akademiyanın pul qazanmasını konfrans zallarının və binaların icarəyə verilməsində  görürlər ki, bu da idarəetmənin hansı durumda olmasını bir daha göstərir. Yazımızın əvvəlində qeyd etdik ki, həyatımızın bütün sahələrində IV Sənaye İnqilabına keçid artıq baş tutmuşdur və Covid-19 pandemiyasının yaratdığı reallıq rəqəmsallaşmanın imkanlarını daha da genişləndirərək ona  keçidin artıq tələbat olduğunu  çılğınlıqla biruzə verdi. Dünyanın elmtutumlu dövlətlərinin elmi mərkəzləri onlara məxsus internet resurslarında bəşəriyyətin çarpışdığı pandemiya ilə mübarizə istiqamətində elmi tədqiqatlarının nəticələrini bölüşəndə bizim Elmlər Akademiyasının rəsmi internet saytında məlum toy olayında ağsaqqal akademikləri qınayanlara cavab açıqlamaları paylaşılırdı. Və kollegial idarəetmə qurumu olan AMEA-nın Rəyasət Heyətinin üzvlərindən bir akademik belə irad bildirmirdi ki, www.science.gov.az dövlətin pulu ilə saxlanılan rəsmi informasiya saytıdır, şəxsi ədavətlərin və mübahisələrin müzakirə meydanı deyil. Deputat Etibar Əliyevin, AMEA-nın müxbir üzvü Musa Qasımlının və Tarix İnstitutunun direktoru professor Kərim Şükürovun istefa bəyənatınadək kimsə buradakı qanunsuzluqlara və idarəetmədəki özbaşınalığa iradını bildirmirdi. Bu gün AMEA-da on mindən çox əməkdaş fəaliyyət göstərir. Və onların böyük əksəriyyətinin faydalı iş əmsalı sadəcə on faiz də deyil, çünki, burada elmi fəaliyyət üçün alimə yüksək məvacibdən də vacib olan münbit elmi mühit yoxdur. Giriş qapılarına turniket və qoluzorlu mühafizəçilər yerləşdirməklə sanki qəfəsə salıbmışlar kimi saat 9.00-dan 17.00-dək əməkdaşları otaqlarda saxlamaqla elmin səviyyəsini qaldırmaq sadəcə mümkün deyil. Xidməti otaqlarda mürgü vuraraq və qeybət etməklə günün bitməsini gözləyən nə qədər adamlar həyatlarını başa vururlar. Real və obyektiv attestasiya aparılarsa bu gün on iki min işçidən uzağı iki min əməkdaşı akademiyada saxlamaq mümkün olar. AMEA RH-nin işçilərinin ştat cədvəli xeyli şişirdilib və lazımsız ştatlar hesabına buranı qorxulu bir idarəyə çeviriblər. Akademiklər hərəsi 3-4 vəzifə daşıyırlar, hansı ki, orta yaşları 70-dən yuxarı olan bu insanlar fiziki baxımdan həmin vəzifələrdən birini belə layiqincə icra edə bilmək iqtidarında deyillər. AMEA prezidenti Ramiz Mehdiyevə yaxın adamların hamısı eyni anda bir neçə vəzifə daşımaqdadırlar. Ölkəmizdə yaradılmış yüksək stabillik və təhlükəsizlik şəraitində Akademiya şəhərciyində mühafizə xidməti kimə və nəyə lazımdır? Hansı ki, alimlərimiz bura xərclənən vəsait hesabına ildə neçə beynəlxalq konfransda iştirak edə bilərdilər. AMEA-nın ərazilərində yerləşən iaşə obyektlərindən yığılan icarə haqqları nə qədərdir və bunlara kim nəzarət edir? AMEA-da elmi məhsulların kommersiyalaşmasını və yüksək texnoloji məhsulların istehsalını həyata keçirmək məqsədilə Yüksək Texnologiyalar Parkı  yaradıldı. Həmin parkda istehsal olunan “yüksək” texnoloji məhsul qablaşdırılan bulaq suyu və adi sexlərdə belə istehsal oluna bilən mühərrik yağları idi. Siz kimi aldadırsınız cənablar?

Düşünürəm bu formatda biz elmin idarəedilməsini həyata keçirməklə özümüzü aldada və elmi ələ sala bilmərik. Yoxsa yuxarıda haqqında bəhs etdiyimiz Dördüncü Sənaye İnqilabı dövründə elmə qarşı belə münasibətin  gec-tez bədəlini ödəməli olacağıq. Ramiz Mehdiyevin AMEA-ya prezident seçildiyi vaxtlarda müxtəlif kiv-lər elmimizin gələcəyi ilə bağlı münasibətimi bildirməyimizi xahiş etmişdilər. Düşünürdüm ki, onun dövlət idarəetməsindəki uzunmüddətli fəaliyyəti, həyat təcrübəsi və dövlət başçımızın yüksək etimadı nəticəsində ona təqdim edilən ən böyük mükafata - “Heydər Əliyev Ordeni”nə layiq formada elmimizin düşdüyü böhrandan çıxarılması naminə o,  səylərini əsirgəməyəcək. Lakin, onun ortaya qoyduğu yanlış idarəetmənin nəticəsi olaraq  AMEA daha dərin bir quyuya yuvarlanmaqdadır. Onun ətrafına yığdığı kadrların keçmişi ilə bağlı da xoşagəlməz fikirlər dolaşmaqdasdır. Müstəqilliyin ilk illərini nəzərə almasaq AMEA-nın heç zaman bu günkü gərgin və narahat günləri olmayıb.

Yuxarıda biz həmçinin AMEA-nın resurslarının  çirkin məqsədlər naminə istifadəsinə təsadüfən toxunmadıq. Akademiya adına utanc gətirən, akademiyanın adını sosial şəbəkələrdə və müxtəlif şou verilişləri səviyyəsində müzakirə müstəvisinə gətirib çıxarmaq onun başında duran adamların yerində olmaması deməkdir. Bir neçə dəfə bu mövzuya ötəri də olsa münasibət bildirmişdik. Və AMEA-ya rəhbərlik edən Ramiz Mehdiyevin adından dövlətin vəsaiti ilə maliyyələşən bir qurumun informasiya resurslarından sui-istifadə edilməsi təkrar-təkrar baş verdiyi üçün yenidən münasibət bildirmək istəyirik. Akademiyanın saytında onun rəhbəri elmi ictimaiyyətin haqqlı iradları müqabilində alimlərlə belə tərzdə, belə tonda danışmalı deyildi. Ən azından akademik adına, akademiya prezidenti adına və nəhayət akademiya və elm adına ayıb idi. Ramiz Mehdiyevə “get” deyənlər haqqlı olaraq onun idarəetmədəki qüsurlarına etiraz edirlər, 84 yaşlı adam isə dövlət təşkilatının resursundan alimləri, parlament üzvlərini və dövləti hədəf seçərək təhdid edir. Niyə görə AMEA-nın Rəyasət Heyətinin bir üzvü belə bu biabırçılığa münasibət bildirmir? Onlar susmaqla nəyi ifadə edirlər? Rəhbərlərinə dəstəyi? Əslində məsələ aydındır. Uzun illər AMEA-nın idarəetməsinə birbaşa kurasiyanı administrasiya rəhbəri olanda elə Ramiz Mehdiyevin özü edib və məqsədli şəkildə ora özünə yaxın adamların seçilməsinə də nail olub. Bu adamlar isə hər zaman ziyalıya yaraşmayan flüger kimi küləyin istiqamətini müəyyənləşdirmək mövqeyini seçiblər. Biz belə münasibəti əslində onlardan dəfələrlə görmüşdük. Dövlətin bütün imtiyazlarından faydalanmış, diqqət və qayğısı ilə əhatə olunan bu adamların (başda Ramiz Mehdiyev olmaqla) adlarını biz məhşur 91-lərin siyahında da görməmişdik. Onlar o zaman - 1990-cı il 20 yanvar ərəfəsində də, müstəqilliyimiz üçün yaranan bütün təhdidlər və təhlükələr zamanı da bəlli yaşda və bəlli başda olsalar belə gözləmə mövqeyində qərar tutmuşlar. Əsl alim təkcə elmin deyil, həm də xalqının, dövlətinin, dövlətçiliyinin keşiyində durmalıdır, ulu öndər Heydər Əliyevin dediyi kimi konkret mövqeyə malik olmalıdır. 2003-cü il hadisələri zamanı AMEA-nın qarşısında dövlətə dəstəyimizi ifadə etmək məqsədilə təşkil etdimiz mitinqdə də o adamların çoxunu meydanda görmədik. Şəxsi arxivimdə həmin tədbirdəki çəkilşin videofraqmentləri var.... Ziyalı fürsət gözləməli deyil!

AMEA-nın ləğvi ilə bağı fikirlər səslənir. Ümummilli lider Heydər Əliyev  Elmlər Akademiyasını bizim xalqın milli sərvəti adlandırırdı. İndi biz nə edək, Ramiz Mehdiyevə və onun “komanda”sına görə milli sərvətimizdən imtina edəkmi? Düşünürəm ki, yox. Orada bizim xalqın çox nəhəng simaları, dünyaşöhrətli görkəmli alimləri formalaşıblar, xalqımıza və Azərbaycan elminə şərəflə xidmət ediblər. Yəqin ki, bu gün elm məbədimizin yaşadığı böhrandan, düşdüyü acınacaqlı durumdan və layiq olmayan adamların akademiyaya“rəhbərliyindən” o insanların da ruhu narahatdır. Elm hər zaman bürokratiyadan uzaq yanaşma prinsipi ilə idarə olunmuşdur. Bu gün isə ölkəmizdə AMEA RH-dən daha bürokratik olan bir qurum mövcud deyil. Məncə AMEA-nın əsasnaməsində göstərildiyi kimi təcili şəkildə Ümumi Yığıncaq çağırılmalı və orada Ramiz Mehdiyevin və “komanda”sının yarıtmaz idarəçiliyi müzakirəyə çıxarılmalı və o, istefaya göndərilməli, buradakı əməllərinə görə cavab verməlidir. Hətta, onun akademik adının geri alınması məsələsinə də baxmaq lazımdır. Administrasiya rəhbəri olduğu dövrdə haqqında yazılan qanunazidd əməllərinin araşdırılmasının da vaxtıdır...

Mütləq şəkildə elmin idarəetməsi yenilənməli, AMEA Rəyasət Heyəti tamamilə ləğv edilməli, Elm, Təhsil və İnnovasiyalar Nazirliyi yaradılmalı, elmin idarəetməsi bu qurumdan həyata keçirilməlidir. Bir çox elmtutumlu ölkələrdə olduğu kimi ali təhsilin və elmin bir mərkəzdən idarəetmə üsulunun tətbiqinə də baxmaq mümkündür. Elm həm də iqtisadiyyata birbaşa təsir gücündə və onun lokomotivi rolunda çıxış edə bilməlidir. Deməli, elmi innovasiyalarla iqtisadiyyat arasındakı keçidi təmin edə biləcək mexanizmi formalaşdırmaq lazımdır.

Xalqımızın elmə, alimə münasibəti hər zaman ən yüksək səviyyədə olmuşdur. Bu gün də belədir. Ölkəmiz üçün yeni bir mərhələ başlayır. Postmünaqişə dövrünün çağırışlarını həm də Dördüncü Sənaye İnqilabının çağırışları ilə uzlaşdırmaq hədəfi üfüqdə görünməkdədir. “Agıllı şəhər”, “ağıllı kənd” layihələri məhz Dördüncü Sənaye İnqilabının məhsullarıdır. İşğaldan azad olunmuş ərazilərimizdə münasib məkan müəyyənləşdirərək beynəlxalq təcrübədən yararlanmaqla “Science City” formatında müasir elm və texnologiya şəhərciyi qurmaq (daha bizim Saray qəsəbəsindəki “salınan” yalançı “Science City” yox) bu layihələrin tərkib elementi ola bilər.

Elmi innovasiyaların kommersiyalaşdırılması ilə ölkəmizdə rəqabətə davamlı innovasiya iqtisadiyyatının formalaşması prosesinə keçid təmin edilməli, bilik iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi olaraq yeni nəsil gənc alimlərin və elmi prosesləri idarə edəcək menecerlərin hazırlanmasına artıq başlanmalıdır. Sevindirici haldır ki, 2007-ci ildən başlayaraq insan kapitalının formalaşdırılması istiqamətində ciddi proqramlar işlənməkdədir. Cari ilin 2 fevral tarixində ölkə gəncləri ilə görüşündə ölkə başçımız bu sahədə yaxın perspektivdə dövlətin növbəti məqsədli proqramının reallaşacağı mesajını verdi. Ümid edirəm elmi mühitin yenilənməsi islahatlarını həyata keçirməklə yeni formalaşacaq kadr potensialını bu mühüm sahəyə transfer edə biləcəyik və beləliklə, ölkəmiz üçün təbii resurslardan asılı olmayan yeni iqtisadi mühitin təməlini yaratmağa müvəffəq olacağıq.

İlqar ORUCOV
fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ