çərşənbə günü, 11 noyabr 2026
     

Federasiyalara iri məmurların başçılıq etməsi idmana nə verir?..

Image


Müxtəlif idman növləri üzrə fəaliyyət göstərən federasiyaların, demək olar ki, hamısının rəhbəri məmurlar, nazirlərdir. Sanki federasiyalara bunlardan başqa heç kəs rəhbərlik edə bilməz. Təcrübə isə göstərir ki, məmurların rəhbərlik etdiyi federasiyalar özunu doğrultmur.

Hətta iddialara görə, məmurların rəhbərlik etdiyi idman federasiyalarında daha çox maliyyə yeyintisi, mənimsəmələr olur. Bəzi iddialara görə isə, federasiyaların çoxunda vergi yoxlamaları da formal aparılır. Biz son Yay Olimpiya oyunları zamanı  məmurların rəhbərlik etdiyi federasiyaların idmançılarının göstərdiyi nəticələri ürək ağrısı ilə izlədik, elə idman növləri oldu ki, orada nəticə sıfır oldu.

Niyə idman federasiyalarının rəhbərləri həmişə məmurlar, nazirlər olur?

  • “Əksər nazirlərin rəhbərlik etdikləri idman federasiyasına heç bir faydası olmayıb”

İSBAM sədri Samir Adıgözllli bizimlə söhbətində bildirdi ki, bu olduqca diqqətçəkən bir məsələdir və eyni zamanda da hər zaman çoxlu suallar doğurur. “Siz çox əhəmiyyətli bir mövzuya toxunmusunuz. Azərbaycan idmanının inkişafı baxımından bu sual yerindədir. İdman geniş mövzudur və ayrı-ayrı sahələr üzrə gərək mütəxəssislər danışsın, problemləri təhlil edib ortaya yekdil fikir qoysunlar. Amma federasiyaların idarəedilməsi elə bir məsələdir ki, bununla bağlı qeyri-idman mütəxəssisləri də danışa bilərlər. Bu sualı cəmiyyətdə tez-tez eşidirik ki, bu qədər peşəkar idman ustaları olduğu halda niyə idman federasiyalarına məmurlar, nazirlər, komitə sədrləri, deputatlar rəhbərlik edir. Biz özümüz də zaman-zaman müşahidə etmişik ki, bir məmur bəzən eyni zamanda bir neçə idman federasiyasının rəhbəri olub. Məsələn, sabiq vergilər naziri Fazil Məmmədov nazir olduğu dövrdə üç-dörd federasiyanın prezidenti idi. Amma kim görmüşdü ki, Fazil Məmmədov velosiped sürsün? Yeni yayılan xəbərlərə görə, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Boks Federasiyasının prezidenti seçilib. Mən indiyə qədər Sahil müəllimin boksla yaxından-uzaqdan əlaqəsi olduğunu görməmişəm. O, boksla məşğul olub-olmayıb, bilmirəm. Siz hansısa bir məmuru hansısa bir rinqdə görmüsünüzmü? Təbii ki, yox. Bu gün məmurların kifayət qədər işi var və onlar idmanı idarə etməyə necə vaxt tapırlar? İdman çox əhəmiyyətli sahədir, ona məmurlar yox, peşəkar idman ustaları rəhbərlik etməlidir. Çünki onlar özlərini birbaşa bu işə həsr edirlər. Biz görürsüz futbol sahəsində nə qədər acınacaqlı vəziyyətlər yaşayırıq, ciddi problemlərlə üzləşirik. İdmana sadəcə idman kimi yanaşmaq olmaz, idman böyük bir siyasətdir, ideologiyadır. İdman hər bir ölkə, hər bir xalq üçün həyatı əhəmiyyət daşıyan bir sahədir. Mən, ümumiyyətlə, məmurların idman federasiyalarının prezidenti olmasının qəti əleyhinəyəm. Bizdə bu sahədə çox əcaib bir vəziyyət yaranıb, bir adam 40 dənə vəzifə tutur. Bizim məmurların gözü bir vəzifə ilə doymur bir çox yerdə vəzifə tutur, ondan başqa bir çox komissiyanın sədri olur və sair. Adam nazirdir, eyni zamanda da bir və daha artıq idman federasiyasının prezidentidir. Əksəriyyəti belədir. Ola bilsin, iki-üç nazir idmanla bağlıdır və bu halda onların federasiya rəhbəri olması təəccüblü deyil. Hansı məmurlar ki idmanla bağlıdır, onların federasiya rəhbəri olması müsbətdir və onlar həmin idman növünün inkişafına fayda verə bilərlər, amma kimlərinsə idmana aidiyyəti yoxdur, onlar əksinə, o idman növünü zəflədərlər. Amma əksər nazirlərin rəhbərlik etdikləri idman federasiyalarına heç bir faydası olmayıb. Heç onların o sahədən xəbəri yoxdur…”

S.Adıgözəllinin sözlərinə görə, bəzi məmurların federasiyalara rəhbərlik etməsi müəyyən neqativ hallara səbəb olur. Ekspert burada yeyinti hallarının olduğu haqda məlumatları da xatırlayaraq deyir ki, əksər federasiyalarda maliyyə yeyintisinin olduğu haqda söz-söhbətlər dolaşır, bəzi federasiyalarda isə maliyyə yoxlamaları aparılmır: “Bəzi federasiyalarda maliyyə yeyintiləri haqqında da söz-söhbətlər mövcuddur. Çox təəssüflər olsun ki, rəhbərlik etdiyi idman sahəsindən anlayışı olmayan məmurlar beynəlxalq yarışlara çıxarılacaq idmançıların seçimini kimlərəsə tapşırır, onlar da əsl idmançını uzaqlaşdırıb öz maraqlarına xidmət edən idmançıları seçir. Bir çox məmurların rəhbərlik etdiyi federasiyalarda idmançıların seçimində ədalətsizliyə yol verildiyi də, maliyyə yeyintisi də, vergidən yayınma hallarının olduğu haqda da söz-söhbətlər mövcuddur. İdman elə bir sahədir ki, o həm də yaradıcılıqdır, bu sahədə əadlətsizlik olursa, haqqı çatanın haqqını vermirsənsə, o sabah növbəti yarışa həvəslə çıxa və uğur qazana bilməz, o medalı gətirməz, o idman sahəsi inkişaf edə bilməz. Hesab edirəm ki, bizim gənc nəslin sağlam inkişafında da, dövlətimizin tərəqqisində də idman sahəsinin böyük rolu var. Cənab Prezident həmişə idmana böyük dəstək göstərib və dövlət siyasətinin vacib prioritetlərindən biri olduğunu vurğulayıb. Bu sahədə bütün proqramları dövlət həyata keçirib. Amma təəssüflər olun ki, bu sahədə də ciddi çatışmazlıqlar var. Söhbət təkcə federasiyalardan getmir. Bölgələrdə idman kompleksləri inşa edilib. Onların fəaliyyəti nə qədər yararlıdır, bizim gəncliyə nə qədər xidmət edir? Yeni təyin edilən idman naziri bütün bunlarla maraqlanmalıdır”- deyə S.Adıgözəlli bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ