çərşənbə günü, 11 noyabr 2026
     

“Kulturoloji Azərbaycan”: mədəniyyətimizin kreativ-innovativ tanıtımı, İKT formatlarında təbliği” – YYSİB-nin kreativ layihəsi

Image


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2021-ci ildə elan etdiyi Qrant müsabiqəsində qalib gələn QHT-lərdən biri də Yeni Yazarlar və Sənətçilər İctimai Birliyidir. 2022-ci ilin 1 fevral tarixindən etibarən YYSİB “Kulturoloji Azərbaycan”: mədəniyyətimizin kreativ-innovativ tanıtımı, İKT formatlarında təbliği” layihəsini həyata keçirməyə başlayıb.

“Kulturoloji Azərbaycan”: mədəniyyətimizin kreativ-innovativ tanıtımı, İKT formatlarında təbliği” layihənin ideyası və qısa məzmunu

İnformasiya dövründə yaşayırıq, postpandemiya çağının da tələb və qadağalarını üstünə gələndə, son iki ilimizin çərçivəli yaşam tərzi bizi məcbur edir ki, bir çox sahələrdə olduğu kimi, mədəniyyətimizin də təbliği və tanıtımına tamam yeni baxışlar sərgiləyək.

İnformasiya-Kommunikasiya Texnologiyalarının daha da sürətlə inkişafı, virtual-vizual vasitələr, İnternet imkanlar, yeni media və sosial şəbəkələr, mobil tətbiqlər, mesengerlər bir daha imkan yaratdı ki, dəyərlərimizin fərqli – tamam yeni formatlarını yaradıb inkişaf etdirək. Ultra-modern mədəniyyət texnologiyalarını tədqiq etməklə, yeni sənət hadisələrini analizdən keçirməklə, e-kitabxana, elektron kitab, virtual mütaliə və yazı mədəniyyətini formalaşdırmaqla, İKT vərdişlərini inkişaf etdirməklə yanaşı, ənənəvi, müasir və modern milli mədəniyyətin inkişafı, XXI əsrin formatı olaraq gənc nəslin estetik-intellektual yetişməsindəki təsirini artırmaq mümkündür.

Mövzunun ictimai əhəmiyyəti və aktuallığı

Milli mədəniyyətimizin Qərbdən və Şərqdən gələn estetik-mənəvi həmlələrə qarşı hazırlamaq, onun inkişafına təkan vermək, zənginləşdirilməsinə həvəsləndirmək, etnik-kulturoloji dəyərlərimizi gənc nəslə çatdırmaq baxımından mövzunun ictimai əhəmiyyəti böyükdür. Milli-mədəni dəyər qazanmış mədəni-tarixi, humanitar-estetik sərvətlərimizin İnternet, yeni media və sosial şəbəkələrdə, elektron və virtual KİV-də, xüsusən də yeni nəslin gənc nümayəndələri arasında tanıdılmasına böyük ehtiyac duyulur. Dünya azərbaycanlılarını birləşdirən milli-mənəvi dəyərlərlə bağlı bilgilərin yayılması, məlumatların zənginləşdirilməsi, elektron resurslarından daha geniş istifadə gənc nəslin estetik-mənəvi inkişafına təsir göstərir ki, bu da gənclərin maraqlandırmaq üçün fərqli yanaşmalar, kreativ-kulturoloji formatlar tələb edir.

Ənənəvi milli mədəniyyətimizlə müasir dünyanın çağdaş estetik trendlərinin sintezi ətrafında real və virtual formatlarda kulturoloji-elmi-mədəni araşdırmalar, ictimai-mədəni dinləmə və müzakirə aparılmasını tələb edir. Bu istiqamətdə müxtəlif formatlı materialların hazırlanması, elmi-mədəni toplunun nəşri, İnternetdə – sosial şəbəkələrdə materialların yayılması və yuxarıda göstərilən kimi geniş ictimaiyyətə çatdırılması vacibdir.

O istiqamətdə müxtəlif formatda maarifləndirici tədbirləri təşkil etməklə, layihə fəaliyyətlərinin əsas fəlsəfəsini insanlara çatdırmaq, yeniyetmə və gənclərimizi əhatələyən ictimai-psixoloji gərginliklərlə mübarizədə milli mədəniyyətdən yararlanmaq, humanist dəyərlərimizin təbliğ etmək əsas məsələ kimi qarşımızda durur.

Azərbaycan insanı olaraq bizi birləşdirən milli mədəniyyətimizin inkişafı, soydaşımızı əhatələmək, cəmiyyətin səviyyəsini yüksəldən neo-təbliğat formalarına üstünlük vermək, milli-mənəvi dəyərlərimizin qlobal planetar təbliğat maşınına çevirə bilərik.

Layihənin məqsədi və qarşıya qoyulan vəzifələr

Milli mədəniyyətimizin kreativ-innovativ tanıtımını təşkil etmək, İKT formatlarında təbliği ilə əlaqədar İnternetdə aksiyaların təşkili, yeni sahəvi elmi məqalələrin yazılması, virtual-vizual materialların, ictimai-kreativ məhsulların hazırlanması, “Kulturoloji Azərbaycan” Feysbuk üzərində elektron resursun təşkil edilməsi, sosial şəbəkələrdə onlayn/oflayn aksiyaların keçirilməsi layihənin əsas məqsədlərindəndir.

Azərbaycanda yeni inkişaf etməkdə olan kulturologiyanı inkişaf etdirmək, o sahəyə aid sahəvi əsərlərin yazılmasını həvəsləndirmək, yeni elmi-kütləvi toplunun çapı, kultral formatda milli estetik-bədii yaradıcılıq nümunələrini dünyaya çıxartmaq, yeni media imkanlarından yararlanaraq İnternetdə daimi yayımlanacaq silsilə onlayn video-məhsullar və TV verlişləri hazırlamaq, elektron kitabxanada və sosial şəbəkədə bu mövzuda yeni nəşrlərin virtual tanıtımı, ayrıca e-bölümün yaradılması, tele-debatların təşkili məqsədlərdən biridir.

Milli mədəniyyət, yaşam dünyagörüşləri, etnik dəyərlər daha çox İnternet – sosial şəbəkələrdə, KİV-də, yeni nəsil nümayəndələri arasında tanıdılmasına ehtiyac duyulur. Xalqımızı birləşdirən milli mədəniyyətimizlə bağlı məlumatların yayılması, elektron resurslarında daha geniş tanıtımı yeni nəsil nümayəndələrindən asılıdır. Onlar həm öyrənəcək, həm başqalarına ötürəcək, həm də yenilərini yaradacaqlar.

“Kulturoloji Azərbaycan”: mədəniyyətimizin kreativ-innovativ tanıtımı, İKT formatlarında təbliği” layihəsi çərçivəsində görüləcək işlər

Milli mədəniyyətimizi dünyada təbliğ etmək üçün müxtəlif formatlı tanıtım tədbirlərinin təşkil etməklə estetik-kreativ texnologiyaların – milli-mənəvi dəyər kəsb edən hadisələrin əhəmiyyətini qabartmaqla, yeni İKT alətlərindən yararlanmaqla innovativ-kreativ təbliğat kampaniyasının reallaşdırmaq üçün aşağıdakı fəaliyyət növlərinin reallaşdırılması nəzərdə tutulub:

Təşkilat üzvləri, könüllülər, tədqiqatçılar və mütəxəssislərdən ibarət layihə komandasının formalaşdırılması;

Milli mədəniyyətşünaslıq – kulturologiya elminin inkişafına səbəb olacaq məqalələr, esselər, araşdırmalardan ibarət toplunun nəşrə hazırlanması;

Milli kultural sərvətimizə, Azərbaycan mədəniyyətiə dair araşdırma yazılarından ibarət kağız və elektron formada toplu çapı, yayımı, İnternetdə, elektron kitabxanalarda yerləşdirilməsi.

Milli mədəniyyətimizin müxtəlif məsələlərinə, dünya estetik xəzinəsi ilə qarşılıqlı münasibətlərinə, tarixinə, kultural sərvətimizə, Azərbaycan mədəniyyətinə dair tədqiqatçıların, yaradıcı insanların, alimlərin, pedaqoqların qələmə aldığı 20 elektron kitabın hazırlanması və elektron kitabxanalarda yerləşdirilməsi.

Azərbaycan mədəniyyətinə aid elektron kitabxanada ayrıca bölümün yaradılması, e-nəşlərin yerləşdirilməsi, tanıtımı, yayımı və virtual sərgisi.

6 fərqli buraxılışdan ibarət, İnternet TV və video-portallarda, sosial şəbəkə, yeni media və saytlarda yayımlanması nəzərdə tutulan onlayn/oflayn verilişin çəkilişi və yayımı.

Feysbukda ayrıca “Kulturoloji Azərbaycan”: mədəniyyətimizin kreativ-innovativ tanıtım virtual Mərkəzinin yaradılması, zənginləşdirilməsi, materiallarla davamlı genişləndirilməsi.

“Kulturoloji Azərbaycan” sosial şəbəkə səhifəsində e-nəşrlərin, onlayn verilişlərin, mədəniyyətimizin təbliği ilə bağlı başqa virtual-vizual məhsulların davamlı yayımı.

Xüsusilə analitik saytda milli mədəniyyətin təbliğinə həsr olunmuş ayrıca bölümün yaradılması və zənginləşdirilməsi.

İnternet portalları, mətbuatda, saytlarda, sosial şəbəkələrdə, yeni mediada, yazılı və elektron KİV-də bu istiqamətdə təbliğatların gücləndirilməsi, virtual tanıtım tədbirlərinin reallaşdılması istiqamətində canlı teledebatlar, virtual müzakirələrin təşkili.

Layihənin nəticələrini geniş ictimaiyyətə çatdırmaq üçün İnternetüstü təqdimat-müzakirənin təşkili.

Təsviri və maliyyə hesabatların hazırlanması, əlaqədar qurumlara və geniş ictimaiyyətə təqdim edilməsi. Fəaliyyət sonrakı planlaşdırma işlərinin aparılması.

Layihənin iştirakçıları və faydalananlar

Azərbaycanda və xaricdə yaşayan soydaşlarımız, milli mədəniyyətimi üzrə mütəxəssislər, kulturoloqlar, cəmiyyətşünaslar, psixoloqları, mədəniyyətşünaslar, sosioloqlar, İnternet istifadəçiləri olan yeniyetmələr, gənclər, tələbələr, jurnalistlər, yazıçı və publisitlər, yazılı və elektron KİV nümayəndələri, bloqer və İnternet – sosial media, onlayn TV əməkdaşları. Layihə müddətində fəaliyyətlərə real cəlb olunacaq 50 nəfər, virtual olaraq İnternet vasitəsilə minlərlə şəxsi əhatələyəcək layihə Azərbaycan cəmiyyətinin bütün sferalarını, eləcə də virtual alətlər vasitəsilə dünyada yaşayan soydaşlarımızı əhatə edəcək. Aalimlər, tədqiqatçılar, gənclər faydalanacaq. Bütövlükdə xalqımızın malik olduğu mənəvi-mədəni sərvətlərin, estetik dəyərlərin gənc nəslə ötürülməsini nəzərdə tutduğu üçün geniş əhatə dairəsinə malikdir və ictimai-mədəni xarakterlidir. Layihədə faydalanların yaş və cins fərqi: daha çox yeni nəsil nümayəndələrinə, gənclərə və qadınlara üstünlük veriləcək.

Layihənin həyata keçiriləcəyi ərazi və onun seçilmə səbəbi

Azərbaycan, Bakı və İnternet və sosial şəbəkələr vasitəsilə soydaşlarımız yaşayan dünya ölkələri. Milli-mənəvi və ideoloji işlərin mərkəzi paytaxrt olduğuna görə əsas fəaliyyət buradan qorulacaq. Pandemiyaya görə və az məsrəflərlə ölkəni əhatə etmək mümkün olduğuna görə İnternetüstü fəaliyyətlərə xüsusi önəm veriləcək

Layihənin icra müddəti 3 aydır, 01 fevral 2022 – 30 aprel 2022-ci il tarixlərində həyata keçiriləcək.

Gözlənilən nəticələr, onların qiymətləndirilmə meyarları və layihənin davamlılığı

Milli mədəniyyətimizi dünyada təbliğ etmək üçün müxtəlif formatlı tanıtım tədbirləri təşkil ediləcək.

Estetik-kreativ texnologiyaların – milli-mənəvi dəyər kəsb edən hadisələrin əhəmiyyəti qabardılacaq, yeni nəsil nümayəndələrinə tanıdılacaq.

Yeni İKT alətlərindən yararlanmaqla innovativ-kreativ təbliğat kampaniyası reallaşdırılacaq.

Təşkilat üzvləri, könüllülər, tədqiqatçılar və mütəxəssislərdən ibarət layihə komandasının formalaşdırılacaq ki, sonralar ardıcıl olaraq bu işləri davam etdirən peşəkar mütəxəssislər nəsli yaransın.

Milli mədəniyyətşünaslıq – kulturologiya elminin inkişafına səbəbolacaq məqalələr, esselər, araşdırmalardan ibarət toplu nəşrə hazırlanacaq.

Milli kultural sərvətimizə, Azərbaycan mədəniyyətiə dair araşdırma yazılarından ibarət kağız və elektron formada toplu çap ediləcək, onun e-variantı elektron kitabxanalarda yerləşdiriləcək.

Milli mədəniyyətimizin müxtəlif məsələlərinə, dünya estetik xəzinəsi ilə qarşılıqlı münasibətlərinə, tarixinə, kultural sərvətilərimizə, Azərbaycan mədəniyyətinə dair, tədqiqatçıların, yaradıcı insanların, alimlərin, pedaqoqların qələmə aldığı 20 elektron nəşr hazırlanacaq və elektron kitabxanalarda yerləşdirilərək geniş auditoriya üçün açıq istifadəyə veriləcək.

Azərbaycan mədəniyyətinə aid elektron kitabxanada ayrıca bölüm yaradılacaq, orada e-nəşlərin virtual sərgisi.

6 buraxılışdan ibarət, İnternet TV və video-portallarda, sosial şəbəkə, yeni media və saytlarda yayımlanması nəzərdə tutulan – “Kulturoloji Azərbaycan”: mədəniyyətimizin kreativ-innovativ tanıtımı mövzusunda onlayn/oflayn veriliş çəkiləcək, montaj edilərək geniş yayımı təşkil olunacaq.

Feysbukda ayrıca “Kulturoloji Azərbaycan”: mədəniyyətimizin kreativ-innovativ tanıtım üçün Virtual Mərkəzinin yaradılacaq, davamlı zənginləşdiriləcək, vizual-virtual materiallarla davamlı genişləndiriləcək ki, hər kəs ondan yararlana bilər.

“Kulturoloji Azərbaycan” sosial şəbəkə səhifəsində e-nəşrlərin, onlayn verilişlərin, mədəniyyətimizin təbliği ilə bağlı başqa virtual-vizual məhsulların davamlı yayımı təşkil olunacaq ki, bunlar da alternativ təhsil resursu kimi gənclərə kömək edəcək.

Xüsusilə analitik saytda milli mədəniyyətin təbliğinə həsr olunmuş ayrıca bölüm yaradılacaq və zənginləşdiriləcək.

İnternet portallarında, mətbuatda, saytlarda, sosial şəbəkələrdə, yeni mediada, yazılı və elektron KİV-də bu istiqamətdə təbliğatlar gücləndiriləcək.

Virtual və realtanıtım tədbirləri reallaşdılacaq;

Layihənin nəticələrinin geniş ictimaiyyətə çatdırmaq üçün təqdimat-müzakirə təşkil olunacaq.

Müxtəlif nəsil şair, yazıçı, publisit və bloqerlərin bu janrda yeni ədəbi əsərlər yaratmağa iştirakını təşviq olunacaq, fərqli janrlarda yeni vətənpərvərlik əsərləri yazılacaq, yayılacaq.

Yeni İKT formatlarında – vizual müzakirələr, teledebat janrında ictimai-kreativ debatlar baş tutacaq.

Sosial şəbəkələrdə virtual aksiya, görüş, tədbirlər keçiriləcək, şəbəkədə yayımlanacaq.

Virtual formatlarda foto-video, sosial media janrlarında virtual-elektron məhsulları yeniyetmə və gənclərin istifadəsinə veriləcək.

Müxtəlif sosial şəbəkələrdə – Feysbuk, Tvviter, İnstoqram, TikTok və Youtube və b. resurslarda bu istiqamətdə fəaliyyətlər dəstəklənəcək, gənclərin, yeniyetmələrin intellektual səviyyəsini yüksəltmək üçün layihənin davamlığı təşkil ediləcək.

Ənənəvi – yazılı, elektron, virtual KİV-də ardıcıl bu mövzuda və layihə fəaliyyətləri haqqında materiallar hazırlanıb yayılacaq.

Layihə bitdikdən sonra da fəaliyyətimiz davam etdirilərək aşağıdakı istiqamətdə işlər həyata keçiriləcək:

Davamlı olaraq bu istiqamətdə İnternetüstü bu fəaliyyətlər daha da genişləndiriləcək və ardıcıl işlər görüləcək;

“Kulturuloji Azərbaycan” sosial şəbəkə resursunda milli mədəniyyət mövzusunda müxtəlif materiallar paylaşılacaq;

İnternetdə, elektron kitabxanada, sosial mediada kulturologiya mövzusunda e-kitablar, rəqəmsal nəşrlər yazılacaq, yayıma hazırlanacaq, eyni zamanda sosial şəbəkələrdə onlayn-oflayn yayımlanacaq TV verilişlərin davamı gözlənilir.

Müxtəlif mütəxəssislər tərəfindən bu layihənin həm peşəkar dairələri, həm geniş ictimaiyyət tərəfdən müzakirəsi, mətbuatda işıqlandırılmasına şərait yaradılacaq/

www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana daha da genişləndiriləcək, eyni zamanda ölkəmizin daxilində və xaricdəki anoloji İnternet kitabxanaların şəbəkəsinə qoşulması, qarşılıqlı-faydalı əməkdaşlığa xüsusi əhəmiyyət veriləcəkdir.

Böyük uğurlar qazandığı təqdirdə layihənin növbəti mərhələsi hazırlanaraq donor təşkilatlara təqdim olunacaq.

Müraciət olunan sahə üzrə təcrübə və əməkdaşlıq edəcəyiniz qurumlar

QHT olaraq 1993-cü ildən gənclər arasındat milli və dünya mədəniyyət, elm və ədəbiyyat hadisələrinin təbliğini aparırıq. Real və virtual təlim və kursların təşkili, Azərbaycan intellektual sərvətlərini, ədəbiyyatını, mədəniyyətini inkişaf etdirmək, zənginləşdirmək, xaricdə tanıtmaq istiqamətində yeni nəsil yaradıcı insanları səfərbər edərək kreativ innovasiyalar, elektron kitabxana, yeni virtual yazı və mütaliə mədəniyyəti, alternativ təhsil, e-kitablar və s. sahələrdə fəaliyyətini qurub.

Təşkilat 13 il respublika əhəmiyyətli və beynəlxalq səviyyəli mədəniyyət, elm, ədəbiyyat, sənət, kitab nəşri və təbliği, qəzetçilik, yeni media və İnternet kitabxana, e-itab, bloqqerlik, sosial media, alternativ təhsil fəaliyyəti ilə məşğul olur. 13 dəfə Bakı Kitab Bayramı – illik Milli Kulturoloji layihə həyata keçirib, 20 kitab nəşr etmiş, çoxsaylı mətbuat-ədəbiyyat layihələrini reallaşdırıb.

Hazırda İnternetdə və ictimai düşüncədə “Virtual Azərbaycan” layihəsini gerçəkləşdirir. QHT-nin bu dəyərli layihəsi əsasında www.kitabxana.net ünvanlı Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana – İnternet portalı yaradılıb və fəaliyyət göstərir. İnternetdə və sosial şəbəkələrdə 20-yə yaxın anadilli elektron resursu fəaliyyət göstərir. İndiyəcən bir neçə kurs təşkil edib və 6000-dən artıq elektron kitabı hazırlayaraq İnternet istifadəçilərinin azad istifadəsinə verilib.

Təşkilatın fəaliyyəti milli, eləcə də dünya mədəniyyətini və ədəbiyyatını həm ölkə daxilində, həm də xaricdə təbliğ etmək, yeni nəsil yaradıcı insanların əqli-intellektual, sosial və müəlliflik hüquqlarının qorunması istiqamətində fəaliyyət göstərmək, sənət adamlarının yaradıcılığını cəmiyyətə tanıtmaq, çağdaş mədəniyyəti və ədəbiyyatı inkişaf etdirməklə milli kulturoloji-intellektual düşüncənin zənginləşməsinə yardımçı olmaq, mədəniyyətlərarası dialoqu, sivilizasiyaların inteqrasiyanı gücləndirməklə qloballaşan dünyada Azərbaycanın inkişafına, estetik-bədii irsini yüksək səviyyəyə çatdırmaqdır.

Vətəndaş cəmiyyəti təsisatı olaraq fəaliyyət istiqamətlərinə uyğun ədəbi-mədəni, kulturoloji hadisələr gerçəkləşdirir, hüquqi-mədəni maariçilik, gənc yaradcı insanlarin ictimai maraqlarını ifadə edir, mədəniyyətlə, ədəbiyyat, İnternet, sosial şəbəkələr, virtual resurslar, elektron kitabxanalar, kreativ innovasiyalarla bağlı kulturoloji layihələri hazırlayır və həyata keçirməklə qarşısına qoyduğu məqsədlərə çatmağa çalışır.

Layihənin monitorinqi, icrası zamanı yarana biləcək risklər və onların həlli yolları

Layihə ilə bağlı yekun hesabat həm yazılı və elektron KİV-də yayımlanacaq, təşkilatın saytında, sosial şəbəkələrdəki resurslarında – səhifə və qruplarında yerləşdiriləcək. Agentlik, AYB, dövlət və ictimai qurumların ekspertləri tərəfindən görüləcək işlərin qiymətləndirilməsinə şərait yaradılacaq.

Sonda donor və əlaqədar qurumlara onun nəticələri haqqında ətraflı hesabat-arayış təqdim ediləcək, Agentliyin mühasibatlıq sektoruna isə maliyyə hesabatı təqdim ediləcək. Eyni zamanda AR Maliyyə Nazirliyinə (maliyyə hesabatı), Vergilər Nazirliyinə (vergi hesabatı), Azərbaycan Yazıçılar Birliyinə, KİV, İnternet portalarına və ictimaiyyətin nümayəndələrinə ətraflı məlumatlar, geniş hesabatlar təqdim ediləcək. Layihəyə ictimai nəzarət mexanizmi kimi istənilən qurum və şəxslər üçün monitorinq üçün açıq olacaq.

Həyata keçirilən fəaliyyətlər zamanı risklər ola bilər, bu yaradılan resursların dağıdılması, və b. Buna görə də peşəkar xidmətlərindən istifadə olunacaq. Müəlliflik və əlaqəli hüquqlarla bağlı müəyyən beynəlxalq tələblər – standartlara riayət edilməsi lazım olacaq. İdeoloji sahələrin inkişafı və istiqamətlərini ümumiləşdirə biləcək tədqiqatçıların azlığı. İnternet resurslarında işləyə biləcək mütəxəssislərin çatışmamazlığı problem ola bilər. Yeni – virtual oxu və şəbəkəyazı vərdişlərinə hazırlıqsız, e-yayım şəbəkəsinin olmaması təsir edə bilər. Ənənəvi yazı mətnlərinə üstünlük verənlərin mühafizəkarlığı bloqerlərin və gənclərin ideoloji sahələrə həvəs göstərməmələri kimi risklərin qarşısının alınması üçün görüləcək tədbirlər layihə fəaliyyəti çərçivəsində xüsusi metodlar vasitəsi ilə hazırlanacaq. Belə mətbuatda və elektron KİV-də, eləcə də İnternet resurslarında, yeni mediada, sosial şəbəkələrdə bu risklərlə bağlı güclü təbliğat və tanıtım işlərinin aparılması, xüsusi resursların yaradılması, mütəxəssislərin ekspert rəyləri ilə ictimai düşüncəyə təsir mexanizmlərini tapılması, ortadakı problemlərin, mənfi təsirlərin nsbətən lokallaşdırılmasına, aradan qaldırılmasına çalışılacaq.

Hidayət – Ayxan ƏBİLLİ
YYSİB Analitik-İnformasiya Bölümünün rəhbəri,
publisist-bloqer



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ