çərşənbə günü, 11 noyabr 2026
     

Azı 5 il stajı olan jurnalistlər ipoteka ilə mənzil ala biləcək - cəmi 4 faizlə...

Image


Məlum olduğu kimi, Azərbaycanda jurnalistlər güzəştli ipoteka krediti əldə edə biləcək. Bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Fərmanda qeyd edilir.

Fərmana əsasən, gənc ailənin üzvü olan, azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdir. Bundan əlavə, gənc ailənin üzvü olmayan, ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər də bu imkandan yararlana biləcəklər.

Qeyd edək ki, Azərbaycanda güzəştli ipoteka krediti 4 faizlə verilir.

  • Bahəddin Həziyev: “Jurnalist nə yuxarının minnətini götürməli olacaq, nə də aşağının töhmətini, öz halal qazancı ilə öz mənzilini alacaq”

Jurnalistlərin  güzəştli ipoteka krediti əldə etmə kateqoriyasına daxil edilməsinin əhəmiyyəti haqqında danışan  “Bizimyol” saytının baş redaktoru Bahəddin Həziyev bizimlə söhbətində bildirdi ki, bu yaxşı bir yenilik oldu: “Bu barədə təklif verənlərdən biri mən olmuşam. Mənası da budur ki, jurnalistlər öz qazancı ilə, güzəştli şərtlərlə mənzil alsınlar. Xüsusilə də gənc jurnalistlər. "Media haqqında" qanundakı bu müddəa çox yerinə düşür. Bundan əvvəl jurnalistlər arasında kimə ev verilsin deyə seçim edilirdi və hədiyyə olunurdu. O seçimi dövlət məmurları öz qoyduqları qaydalarla edirdi. İndi isə seçimi qanun edəcək. Həm də hamıya şamil olunacaq. Eyni zamanda, jurnalist nə yuxarının minnətini götürməli olacaq, nə də aşağının töhmətini. Öz halal qazancı ilə öz mənzilini alacaq. Bu təklifi əsaslandıranda demişdim ki, jurnalistlərin çoxu kirayədə yaşayır. Xüsusilə peşəmizin gəncləri. Elə mexanizm tapmaq lazımdır ki, onun hər ay ödədiyi o vəsait havaya getməsin. Öz evinə ödəsin. Həm də daha az miqdarda. Ona görə bu yeniliyi müsbət dəyərləndirirəm. Başqa çox yeniliklər də var. İndi əsas məsələ qanunun tətbiq olunmasına ictimai və dövlət nəzarətinin qurulmasıdır. Jurnalist ipotekasının da icrasına, dövlətlə yanaşı, elə jurnalistlərin özü nəzarət etməlidir ki, bu müsbət qayda düşünülən faydanı versin”.

  • Hikmət Babaoğlu: “Jurnalistlərin güzəştli kreditlərdən yararlanmaqla mənzil problemlərini həll edə bilmələri üçün hüquqi bazanın yaradılması Azərbaycan dövlətinin jurnalistə növbəti qayğısıdır”

Millət vəkili Hikmət Babaoğlu bildirdi ki, Media haqqında qanunun tətbiq edilməsi mediamızın inkişaf tarixində tamamilə yeni bir mərhələ təşkil edəcək: “Hər şeydən öncə ona görə ki, yeni qanun bu inkişafı bütün parametrlərlə təmin edə biləcək hüquqi əsaslar və azadlıqları özündə ehtiva edir ki, bu da informasiya cəmiyyətinin zəruri tələblərindən biridir”.

Onun sözlərinə görə, cəmiyyətdə media münasibətləri kontekstində aktual olan mühüm məsələlərdən biri də peşəkar və məsuliyyəti media problemi idi ki, yeni qanunda bu məsələləri tənzimləyən hüquqi mexanizmlər də öz əksini tapıb: “Media reyestrinin önümüzdəki 6 ay ərzində yaradılmasının nəzərdə tutulması, jurnalistlərin tanınan hüquqlarının müdafiəsi mexanizminin təkmilləşdirilməsi və daha operativ təşkil edilməsi, tənzimlənən və tənzimlənməyən media növləri arasında dəqiq sərhədin müəyyən edilməsi, ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması kimi strateji istiqamətlərin inkişafı üçün hüquqi əsasların yaradılması yeni qanunun tətbiqi sayəsində mediamızın əldə edə biləcəyi mühüm nailiyyətlər kimi xarakterizə oluna bilər. Ən başlıca məsələlərdən biri yenə də jurnalistlərin məişət problemlərinin həll edilməsi və mənzil-kommunal şəraitlərinin yaxşılaşdırılması məsələsidir. Bu mənada, jurnalistlərin güzəştli kreditlərdən yararlanmaqla mənzil problemlərini həll edə bilmələri üçün hüquqi bazanın yaradılması Azərbaycan dövlətinin jurnalistə növbəti qayğısıdır. Bu yeni yanaşma jurnalistlərin məişət problemlərini kütləvi və birbaşa həlletmə imkanları yaradır. İki kateqoriyada güzəşt hüququnun tanınması həm 5 il jurnalist kimi əmək faliyyəti olan jurnalistlərə, həm ailə statusunda digərlərinə 15 illik əmək stajı əsasında nəzərdə tutulur. Bu da, demək olar ki, davamlı jurnalistika fəaliyyəti ilə məşğul olan bütün jurnalistləri əhatə edir. Ona görə də, media qanununun tətbiqinə paralel olaraq jurnalistlərin güzəştli kreditlərdən istifadə etməsi üçün hüquqi bazanın yaradılması da mediamızın inkişafı üçün kompleks tədbirlərin həyata keçirilməsi kimi xarakterizə edilməlidir".

  • Vasif Həsənli: “Jurnalistlərin cəmi 4 faizlə ev ala bilməsi həm uzun illər mediada çalışmış şəxslərin, həm də gənclərin nəzərə alınması baxımından sevindiricidir”

“Demokrat.az” xəbər portalının baş redaktoru Vasif Həsənli bildirdi ki, artıq jurnalistlər də öz evlərini özləri ala biləcək: “Prezident İlham Əliyevin Fərmanı ilə gənc ailənin üzvü olan, ən azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər, eləcə də gənc ailə olmayan, lakin ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər güzəştli ipoteka şərtlərindən yararlana bilər. Beləliklə, cəmi 4 faizlə ev ala bilmək şansı yarandı və burada həm uzun illər mediada çalışmış şəxslərin, həm də gənclərin nəzərə alınması sevindiricidir. Yəni heç kim kənarda qalmır, nə narazılıq olur, nə də inciklik. 5 il jurnalist kimi işlədikdən sonra mənzil probleminin həlli imkanı yaranır.

Bu, Media Agentliyinin yaranması ilə başlanan islahatların mediaya ən böyük töhfələrindən hesab oluna bilər. Eləcə də Media Reyestrinin niyə və nə qədər vacib olduğu bir daha təsdiq olunur. Bu imkanı yaratdığı üçün Prezident İlham Əliyevə və bu işdə əməyi keçən hər kəsə təşəkkür edirik”.

  • Aqil Camal: “Jurnalistlərin güzəştli ipoteka əldə edən vətəndaşlar sırasına daxil edilməsi böyük uğurdur”

“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal bildirdi ki, jurnalistlərin güzəştli ipoteka əldə edən vətəndaşlar sırasına daxil edilməsi böyük uğurdur: “Məlumdur ki, indiyə qədər jurnalistlər ipoteka və ya sosial evlərdən yararlanmaq istəyərkən çətinliklə üzləşirdilər. Bu məsələnin qanunla təsbit olunması onu deməyə əsas verir ki, media əhli güzəştli ipotekadan istifadə etməklə mənzil sahibi olacaq. Məlumdur ki, gənc jurnalistlərin əksəriyyəti evsizlikdən əziyyət çəkirdi. Mənzili olmadığı üçün ailə qura bilməyən jurnalistlər yetərincədir. Bu dəyişiklik jurnalistlərin ev problemini həll edəcək”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ