Bu şerin müəllifi pedaqogika üzrə fəlsəfə doktoru, söz dünyasında öz yeri olan, özünə məxsus poetik deyimə malik, daha çox vətənpərvər mövzusunda yazan cənub bölgəsinin gözəl şairə xanımı Tükəzban Cahangirovadır. Şer Vətən müharibəsində öz xalqına zəfər sevincini yaşadan Ali Baş Komandan, Prezident İlham Əliyevə həsr olunubdur. “Sənsən görən gözü Azərbaycanın!” şerinə mahnıları musiqisevərlər tərəfindən sevilən, sənətinin zirvəsinə qalxan Cavid Cavadoğlu musiqi bəstələyib.
Lənkəranlı ictimai fəal, 3 dəfə respublika mahnı müsabiqəsinin qalibi olan gənc müğənni Allahverən Pərviz oğlu həmin bəstəyə klip çəkdirib. Yaxın günlərdə mahnının klipinin təqdimatını keçirmək nəzərdə tutulubdur.
Zəfər ORUCOĞLU, Azərbaycan Jurnalistlər Birliyinin üzvü