30 ilə yaxın idi ki, Azərbaycanın müqəddəs guşəsi, cənnət-məkan yurd yerimiz düşmən tapdağında idi. Bu da millətin qürurunu əymiş, onu başıaşağı etmişdi.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən sevdalı qəhrəman oğullar qanları bahasına 44 günə düşməni darmadağın edib, bizə zəfər sevinci yaşatdılar. İndi qalib xalq kimi dünya ölkələri arasında yerimiz vardır. Təəssüf ki, aramızda olan bəzi erməni xislətlilər öz naqis əməlləri ilə xalqın gözəl işlərinə ləkə gətirirlər. Əsasən onlar indi ucqar dağ kəndlərində daha çox meydan sulayırlar. Amalı, əqidəsi, məqsədi imkan düşən kimi insanları soymaq, çapıb-talamaq olur. Daha çox var-dövlət əldə etməkdən ötrü el-obada qarma-qarışıq salır, hətta özlərini sadə kütlə qarşısında hörmətə mindirmək üçün hakimiyyətdə olanlara əsasız böhtanlar atırlar. Camaatın xeyrinə heç nə etmirlər, dövlətin gördüyü yaxşı işlərə də pəl vururlar. Milli ruhu, ləyaqəti, vətənpərvərliyi... cibində olanlar min bəhanə gətirib sağlam övladlarını belə ordu sıralardan edirlər.
Hazırda Lerik rayonun bütün dağ kəndlərində ayrı-ayrı adamlar tərəfindən dükanlar açılıbdır. İndiyə qədər olmayıb ki, səlahiyyətli təşkilatdan bir gəlib onların qanunsuz fəaliyyəti ilə maraqlansın. Bundan istifadə edən dükançıların işi sadəcə insanları soymaq, dövləti söyməkdir. Satdıqları dörd qat baha, mənşəyi məlum olmayan ərzaqlar isə Lənkəran şəhərindəki iri şirkətlərin vaxtı keçmiş, atılmış qida məhsullarıdır. Kənd dükanlarında 50 kiloqram unu 45 manata satanlarda vardır. Dedikləri də bu olur ki, guya bunu dövlət özü edir. Bir yerə çıxa bilməyən imansızlar, yaşlılar məcburiyyət qarşısında dükan sahiblərin naqis əməllərinə dözürlər...
Qaldı ki, Lerikin dağ kəndlərində yaşayan sadə əhalı indi daha çox öz dövlətinə, onun rəhbərinə inanır. Azərbaycanın düşmən üzərində qazandığı zəfərdən qürur duyur, onun müasir inkişafına ürəkdən sevinirlər. Və ona da tam əmindirlər ki, aramızda olan bəzi erməni xislətlilər öz layiqli payını lap tezliklə alacaqlar...
Zəfər ORUCOĞLU, Azərbaycan Jurnalistlər Birliyinin üzvü