çərşənbə günü, 11 noyabr 2026
     

CİNQUŞ-ƏMZİK… - Yunus OĞUZ yazır

Image


İşə  təzəcə gəlmişdim  ki, qapı döyüldü. "Gəlin" deyəndən sonra  içəri otuz-otuz beş yaşlı, üzü təraş edilmiş (indiki gənclərin çoxu tənbəllikdən üzlərini qırxmırlar ki, bəs indi belə dəbdir) gənc daxil oldu.

-Müəllim, olar!

Müəllim olmasam da, "buyurun əyləşin" dedim. Gənc əyləşdi. Hiss etdim ki, bunun dərdi işsizlik, təqaüd dərdi deyil. Geyimi-kecimi yerində idi. Aşıqlar demişkən, bunun dərdi alayıdır.

Oturan kimi üyüdüb tökdü:

-Müəllim, mən ZAQS-dan (evlilik şəhadətnaməsi verilən qurumu nəzərdə tutur) şikayətçiyəm.

Soruşdum:

-Neyləyib sənə, toyuna icazə vermir, ya nədir?

Gənc guya utanırmış kimi cavab verdi:

-Yox, müəllim toyumu etmişəm, subaylarınıza qismət olsun, bir həftədir buz baltası kimi bir oğlum da dünyaya gəlib, problem də bundan sonra başlayıb. Mənim dərdim oğluma ad qoymaq dərdidir. Ona ad verirəm,  ZAQS-da deyirlər, belə ad bizim siyahıda yoxdur.

Maraq məni bürüdü, çünki redaksiyaya  adqoyma məsələsinə  görə çox şikayətlər daxil olurdu.

-Adi ilə böyüsün, nə ad qoymaq istəyirsən, övladına?

-Cinquş.

Marağım təəccübə çevrildi. Fikirləşdim ki, bəlkə  mən  səhv  eşidirəm. Dəqiqləşdirmək üçün bir də soruşdum:

-Nə, nə dedin?

Gənc  qızıl-qırmızı təkrar etdi:

-Cinquş.

İstədim bir şaqqanaq çəkib güləm, özümdən asılı olmadan quş kimi qıy vurdum... Ciy... cin... qıy... quş..."

Yəqin ki, səsimdən işçilər diksindilər, amma büruzə vermədilər. Özümü toparlayıb soruşdum:

-Niyə bəs Cinquş?

-Bilirsən müəllim, uşaqların anası danışır ki, dönə-dönə üzr istəyirəm, uşaq bətndən çıxandan sonra elə qışqırıb, elə qışqırıb, elə əl-qol atıb, sanki cin dünyaya gətirib. Düz bir həftədir qısqıra-qışqıra hələ də əl-qol atır. Öz-özümə fikirləşdim ki, böyüyəndə bu gədədən nəsə çıxacaq. Çörək qazanmaq üçün cin kimi özünü oda vuracaq, közə vuracaq, quş kimi hara gəldi qonacaq. Adı ömrünə uygun olsun deyə qərara aldıq ki, elə "Cinquş" adlandırsaq yaxşı olar.

Sol əlimi alnıma vurub gözlərimi masaya dikib ürəyimdə dedim: "Ayə, gör hansı zəmanəyə gəlib çıxdın, Mirzə? Day bundan o tərəfi yoxdur". Sual verdim:

-Adın nədir, bəy?

-Yanardağ.

-Bəs xanımının?

-Neştər.

Az qaldım odlanım, ancaq başımı qaldırıb onun məsum gözlərinə baxanda başa düşdüm ki, bu gözlərdə cahillik və nadanlıq var.

Yenə səbrimi basıb dedim:

-İndi belə çıxır ki, sən də ömrünü məşələ çevirmisən, Yanardağ kimi gecə-gündüz yanırsan, xanımın da arı kimi hamını sancır. - İstədim deyəm ki, bütün arılar bal(a) vermir, ancaq sancmaqla məşğul olurlar, demədim. - Ə zalım oğlu, zalım, uşaq dünyaya gələndə qışqırar da. Qışqırmırsa, əl-qol atmırsa, deməli ölü doğulub. Bax,- müdrik görkəm aldım, - uşaq ağlayanda, qışqıranda anası neyləyir?

Fikirləşmədən cavab verdi:

-Döşündən süd verir.

-Ay sağ ol, yəni ananın döşündən süd əmir. Elə isə gədənin adını "Əmzik" niyə qoymursan?  Özün demişkən cin kimidir. Bir az bicliyi, bir az gicliyi. Böyüyəndə məmur olmağın yolunu tapar. Sonra da dodaqlarını yapışdırar büdcə borusuna, əmdikcə əmər. Hə necədir "Əmzik", yoxsa "Cinquş?" Vallah bizdə bunun başqa anlamı var. Ondansa "Alarvad" qoy. O da cinin...

Sözümü kəsdi.

-Müəllim "Alarvad" keçmir, e, o adda arvad sözü var, tay-tuşu məsxərəyə qoyar.

Baxdım ki, cahil, nadan bunun yanında toya getməlidir. Ciddi-ciddi dedim:

-Onda uşağın adını qoy ya "Fürsətçi", ya da " Güdükçü". Sən istədiyin işə yarayar.

Gözlərini üzümə dikib, nəsə soruşmaq istədi , amma cəsarət etmədi.

-Bax-dedim-deyirsən ki, istəyirəm övladım cin kim özün ora-bura vursun, mən yaşadığım həyatı yaşamasın, yüz kişidən biri olsun,eləmi?

-Müəllim, lap elə bil ürəyimi oxudun. Elə mən də bayaqdan bunu demək istəyirəm.

-Hə, lap yaxşı, -onu həvəsləndirdim, -"Güdükçü", "Fürsətçi" kimi adlar pis deyil. Böyüyəndə "adam" olmaq üçün fürsət gözləyir, lazım olan vəzifəli adamları güdər. Onların vəziyyəti yaxşı olanda "dədəm-anam sənsən" deyər, təndirin qırağında, ocaq başında özünə yer eləyər, gün ağlayar. Hər yerdə sayılır. TV-lər, saytlar, qəzetlərin dilindən düşməz, hörmətli kişilərdən biri olur. Elə ki, bu vəzifəlinin vəzifə ömrü bitir, yəni ayağına daş bağlayıb atırlar quyunun dibinə, o da həmin  daşdan da böyüyünü  götürüb atır quyunun içinə. Həm də deyir "Di get". Sonra da əlinə balta alıb həmin vəzifəlini gecə-gündüz arxasınca  baltalayır. "İt əl çəkir, motal əl çəkmir". Yazıq can verir, o isə uf demədən yenə baltalayır. Bunu ona görə edir ki, güdsün,  fürsət düşən kimi yenə bir vəzifəlini girəvələsin. Hə necədir bu adlar; "Güdükçü, ya da "Fürsətçi"?

-Müəllim,  yaxşı sözlər danışırsan, bəlkə ehtiyatda başqa adlar da var.

Baxdım ki, bu lap zır nadandır. Dedim:

-Hə bir-iki ad da var. Amma onlar da qoy sonraya qalsın.

Əl çəkmədi.

-Sən o adları söylə, mən gedim arvadla hamısını "optovoy" (topdan) məsləhətləşim.

-Əşi, səndən yaxşı oğlana bu adları ərmağan etməyəcəm ki, halal xoşun olsun, götür apar. İkisini də deyim, gör hansı ağlına batır. "Dibçək", ya da "Parnik" (istixana), ancaq mənasını uzun-uzadı soruşma. Qısa deyim ki, dibcəyin kökü torpağa bağlı olmur, kökü torpağa dəymədiyindən keçmişini, ata-anasını unudur, bəzən onlardan imtina edir, ancaq məmurluğa-zada yarayır,  hər yerdə ona yaşıl işıq yandırırlar. Elə istixana da onun kimi. Bunun fərqli cəhəti ondadır ki, bu uşaq nə gün, nə də soyuq-qar görsün. Onun üçün temperatur eyni olmalıdır. O da çörək qazananlar sırasına aid edilir.

Yanaqdağ  gözləmədiyim halda etiraz etdi:

-Yox müəllim, sonuncu bu iki addan imtina edirəm. Ömrümü Yanardağ kimi ona sərf edim, o da sonradan məndən imtina etsin. - Başını buladı, - Yox istəmirəm. Gedim evdə məsləhətləşim.

Təşəkkür edib ayağa durdu, şəhər telefonumu da istədi,  verdim.

Üç gündən sonra mənə zəng etdi:

-Salam müəllim,-sevinclə dilləndi, - uşağa sayənizdə ad tapdıq. Razı olmasalar,  məhkəməyə verəcəm.

-Hə, nə yaxşı, hansı adın üstündə dayandınız?

Fəxrlə dilləndi:

-Cinqus-əmzik, qoy məmur olsun... Hə, di sağ ol!

Düd... düd... düd...

Özüm-özümə bircə kəlmə deyə bildim:

-Dəlinə şükür,  ilahi!

Yunus OĞUZ 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ