Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin və Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə "2 fevral Azərbaycan Gəncləri Günü"nün təsis edilməsinin 25 illiyi münasibəti ilə Gənclər və İdman Naziriliyinin təşəbbüsü ilə elan olunmuş 27 yanvar - 2 fevral gənclər həftəsi çərçivəsində yeniyetmələr və gənclər arasında Gəncə Şəhər Şahmat çempionatına start verilmişdir.
Çempionatın açılış mərasimində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov çıxış edərək, yarış iştirakçılarına uğurlar arzulamış və sonda ən güclünün qalib gəlməsini bildirmişdir. Baş İdarə rəisi və məktəb direktoru şahmat üzrə yarışı yaxından izləmişlər.
Qeyd edək ki, iştirakçılar A,B,C qrupları üzrə 164 nəfər ,İsveçrə sistemi ilə 7 turda mükafata layiq yerlər uğrunda mübarizə aparırlar.
Hər qrup üzrə mükafatçılar müvafiq diplomlarla təltif ediləcəklər.