Son illərdə Masallı rayonunda yaradılan müasir müəssisələrdən biri də “Masallı - Nemətləri” Məhdud Məsuliyyətli Cəmiyyətin çəltik emalı müəssisəsidir. Bu yeni müəssisə qeyri-neft sektorunun inkişafında sanballı əhəmiyyət daşıyır, kənd təsərrüfatının çəkisi və rolunu daim artırır. Müəssisənin rayonda fəaliyyətə düşməsi burada çəltik tədarükündə əhalidə bu sahəyə yeni bir həvəs yaradıb. Nəticə də rayonda ənənəvi əkin sahəsi olan çəltikçilik hər il inkişaf edir. Müəssisə işə düşəndən Azərbaycanda ərzaq təhlükəsizliyə yüksək səviyyədə töhfə verir.
Bu günlərdə Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) könüllüləri “Masallı - Nemətləri” Məhdud Məsuliyyətli Cəmiyyətin çəltik emalı müəssisəsinə ekskursiya ediblər. Könüllülər ekskursiya zamanı yeni texnologiyaların tətbiqi əsasında çəltik emalı, xüsusi bunkerlərdən istifadə qaydaları ilə tanış olublar. Tanışlıq zamanı könüllü gənclərə bildirilib ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatının çəkisi indi xeyli çoxalıb. Bu da məhz belə müəssisələrin hesabına olub.
Ekskursiya zamanı könüllülər toxumların xüsusi hazırlanmış şitilxanalarda saxlanılması, şitillərin əkinə hazırlanması qaydaları və kiçik texnikalar barədə də ətraflı məlumat ala biliblər .
Zəfər ORUCOĞLU, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.