Masallı şəhər Heydər Əliyev Mərkəzində keçirilən növbəti görüşün əsas iştirakçıları daha çox idmana maraq göstərən məktəbli şagirdlər idilər. Burada Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin “Çempionumuz” adlı birgə sosial idman layihəsi çərçivəsində “Kinkboksinq” idman növü üzrə 3 qat Dünya Çempionu, dəfələrlə Beynəlxalq turnirlərin, Azərbaycan birinciliyinin iştirakçısı və qalibi Rəşid Rəşidli ilə görüş keçirilirdi. Onu da deyək məktəblilərlə bərabər müəllimlər, rayon gənclər və idman idarəsinin, Təhsil şöbəsinin əməkdaşları, qazi və idmançılar iştirak ediblər.
Tədbirdə öncə ulu öndər Heydər Əliyevin abidəsi və Qəhrəmanlar Parkındakı şəhidlər abidə-kompleksi ziyarət olundu, canını Vətənə qurban verən qəhrəman oğulların xatirəsi ehtiramla anıldı. Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi S.Cahangirov ölkəmizdə cənab Prezidentimiz İlham Əliyev tərəfindən idmana göstərilən diqqət və qayğısından geniş söz açaraq “Çempionumuz” sosial idman layihəsi haqqında məktəblilərə geniş məlumat verərdi, ölkəmizdə idmanının inkişafında görülən sanballı işlərdən danışdı.
Başqa çıxışçılarda respublikanın idman həyatından, gənclərin bu sahəyə olan maraqdan, idmançıların uğurlardan söz saldılar, gələcəkdə yarışlarda onlara yeni-yeni qələbələr arzuladılar. Sonda İdmançılar məktəblilərin suallarına cavab verdilər, xatirə şəkilləri çəkdilər.
Zəfər ORUCOĞLU, Azərbaycan Jurnalistlər Birliyinin üzvü