Masallı rayonundakı Hişkədərə kənd tam orta məktəbinin tarix müəllimi Bahadır Abdullayevin “Hişkədərə: tarix və müasirlik” adlı kitabı nəşr olunub. Bakı şəhərində “Red N-line” nəşriyyatının mətbəəsində çapdan çıxan bu nəfis tərtibatlı yeni kitab 300 tiraj və 240 səhifədən ibarətdir. Bahadır müəllim qələmə aldığı yazılarda kəndin qədim tarixini faktlar əsasında araşdırmış, görkəmli şəxsiyyətləri barədə ətraflı məlumatlar toplamış və Vətən müharibəsi, eləcə də kəndin şəhid övladları barədə də oxucuları məlumat verir.
Kitabda vaxtilə ölkədə tanınmış çay ustası, xalq elçisi Əsbət Nəzərova, el-obasını qaçaq-quldurlardan qoruyan Kərbəlayi Yusif, habelə alimlər, dövlət qulluğunda çalışanlar, tanınmış pedaqoq və kəndin ictimai, mədəni həyatında fəaliyyəti olan adamlar barədə sanballı yazılar vardır.
Zəfər ORUCOĞLU, Azərbaycan Jurnalistlər Birliyinin üzvü