çərşənbə günü, 11 noyabr 2026
     

“Himayədar ailə” qayğı modeli buna imkan yaradacaq

Image


Ölkəmizdə valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində yaşaması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Həmin uşaqların ailə mühitində yaşamasını nəzərdə tutan yeni “Himayədar ailə” qayğı modelinin tətbiqi Azərbaycanda da nəzərdə tutulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu istiqamətdə müvafiq institusional hazırlıq, qanunvericilik bazasının yaradılması işlərinə də artıq başlanılıb. 

 

“Himayədar ailə” modelinin  əhəmiyyəti valideyn himayəsindən məhrum olan uşaqların uşaq müəssisələrinə düşməsinin qarşısını almaq və onların ailə mühitində böyüməsinə, tərbiyə almasına şəraitin yaradılmasıdır. Bununla bərabər bu model himayədar ailələrə dəstək verilməsi mexanizmini də özündə ehtiva edir. İstər ölkəmizdə istərsə də digər ölkələrin dövlət müəssisələrindəki hər bir uşağın ailə sevgisinə, ailə qayğısına ehtiyacı var.
Bu sahədə ən yaxşı təcrübə Avropa ölkələrini hesab etmək olar. Çünki Avropa ölkələrində bu modelin tətbiqinə uzun illər öncə başlanılıb və indiyə qədər də çox uğurlu nəticələr əldə olunubdur. Onu da qeyd edim ki, bizlərdə “Himayədar ailə” modeli  Avropa dövlətlərində “Alternativ qayğı” adlandırılır. Valideyn himayəsindən məhrum olan uşaqlar əvvəlcə himayədar ailəyə yerləşdirilir, bir müddət uşaq həmin ailədə yaşayır. Əgər himayəyə götürən ailə və uşaq tərəfindən heç bir problem yaşanmazsa, bir müddət sonra uşağın qəyyumluğu həmin ailəyə verilir. Alternativ himayənin müxtəlif formaları vardır. Əgər uşağın ailəsi yoxdursa, qohumları ilə də yaşaya bilər, kiçik və ya böyük qruplu evlərdə, kiçik ailəşəkilli evdə, yaxud alternativ ailələrdə yerləşdirilə bilər. “Alternativ qayğı” yəni himayəyə götürmə uşağın yetkinlik yaşına çatmasına, təhsilini bitirənə və ya uşağın həqiqi ailəsinin durumunun yaxşılaşmasına qədər çox uzun illər davam edə bilər. 
Türkiyədə Ailə və Sosial Siyasətlər Nazirliyi və Uşaq Xidmətləri Baş İdarəsi tərəfindən həyata keçirilən “Qoruyucu ailə” modeli xidmət göstərir. Bu xidmət hər hansı səbəbdən öz ailəsi ilə qala bilməyən uşaqların könüllü ailələr tərəfindən qayğı və tərbiyəsidir. Yəni uşaq öz ailəsi olmasa belə ailə mühitində həyatını davam etdirir. Qoruyucu ailə rolunu üzərinə götürən şəxs, uşağı öz ailəsi kimi sevərək ailə mühitinin çatışmazlığını doldurmağa çalışır. Hər bir kimsəsiz uşaq üçün çox vacib olan qoruyucu ailə uşağın daha yaxşı sosiallaşmasını təmin edir və ailəyə ehtiyacı olan uşaqları cəmiyyətə qazandırır. Türkiyədə qoruyucu ailə olmaq üçün Uşaq Xidmətləri Baş İdarəsi tərəfindən müxtəlif qanun və qaydalar müəyyən edilmişdir. Hansı ki, bu qaydalara əməl etməyən valideynlər himayədar ailə rolunu öz üzərinə götürə bilməzlər. Qoruyucu ailə adı ilə qoyulan və şərtləndirilən bu qanunlar ilk növbədə uşaqların təhlükəsizliyi və imtiyazları əsasında qurulmuşdur.
Qanuna əsasən uşağın öz ailəsi qoruyucu ailə olmaq üçün müraciət edə bilməz. Təhsil baxımından isə qoruyucu ailə ən azından orta məktəb məzunu olmalıdır. Əks təqdirdə həmin müraciət edən şəxsə imtina cavabı verilir. Türkiyədə “qoruyucu ailə” modelinin müxtəlif variantları var. Bu, müvəqqəti qoruyucu ailə tətbiqi, qohum və ya yaxın çevrə qoruyucu ailə tətbiqi, müddətli qoruyucu ailə tətbiqi və ixtisaslaşdırılmış qoruyucu ailə tətbiqidir.
Müvəqqəti qoruyucu ailə tətbiqi: Bu tip himayədar ailə praktikasının müddəti bir neçə gündür. Vəziyyətdən asılı olaraq ən çoxu 1 aya qədər çəkə bilər.
Qohum və ya yaxın çevrə qoruyucu ailə tətbiqi: Bu tip müraciətdə uşağın öz ailəsi nəzərdə tutulmur. Praktikada uşaqla qan qohumluğu olan və ya çox yaxın mühitdə olan insanlara bu şəkildə himayədar ailə vəzifəsi verilir.
Müddətli qoruyucu ailə tətbiqi: Bu üslubda inkişaf etdirilən tətbiqdə uşaqların öz ailələri var, lakin qısa müddət ərzində öz ailələrində qalmaq mümkün deyil. Onlar qısa müddətliyinə başqa ailələrə verilir. Belə uşaqlar üçün hazırlanmış himayədar ailə proqramı ən çox tətbiq olunan proqramdır.
İxtisaslaşdırılmış qoruyucu ailə tətbiqi: Bu növ müraciət bir az daha çox təcrübə tələb edən proqramdır. Bu tip müraciətlərə cəlb olunan uşaqlar xüsusi qayğıya ehtiyacı olan uşaqlardır və bununla bağlı himayədar ailə olmaq üçün insanlar bununla bağlı lisenziya almalıdır.
Dövlət müəssisələrindəki valideyn himayəsindən məhrum olan yüzlərlə uşağın eyni vaxtda qayğısına qalmaq, onlara düzgün tərbiyə vermək həddən artıq çətindir. Hər bir uşaq ailə mühitində böyüyərsə onların qayğısına qalmaq, tərbiyəsi ilə məşğul olmaq, onları doğru yönə istiqamətləndirmək  himyədar ailə üçün daha asan olar. Ailə mühitində böyüyən uşaqlar cəmiyyətə düşündüyümüzdən də tez adaptasiya olurlar. Əgər valideyn himayəsindən məhrum olan uşaqlar 17-18 yaşına qədər uşaq evlərində qalsalar, onları cəmiyyətə qazandırmaq ya çox çətin olacaq ya da ümumiyyətlə olmayacaqdır.  Ona görə də dövlətimizin inkişafı, rifahı, sağlam gələcəyi naminə hər bir uşağa xüsusi qayğı göstərməyi olduqca zəruri hesab edirəm. İnanıram ki, ölkəmizdə tətbiqi nəzərdə tutulan “Himayədar ailə” qayğı modeli buna imkan yaradacaqdır. Bu modelin tətbiqi uşaqlarımızın normal psixologiyada böyümələrini, onların vətənpərvərlik və milli ruhda tərbiyə olunmalarını, xoşbəxt yaşamalarını, ailə qayğısı ilə əhatə olunmalarını təmin edəcəkdir.
Lamiyə İsazadə,
“Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin sədri.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ