çərşənbə günü, 11 noyabr 2026
     

Azacıq çətinə düşən kimi “Şuşanı” ”Butaya” qurban verənlər... ictimai qınaq baş alıb gedir...

Image


Çoxları elə bilir ki, müharibə bitdi və bununla da erməni təxribatı, bu toplumun  əsassız tələbləri də qurtardı. Xeyr, elə deyil, heç zaman onların mərəzi sağalan deyil, çünki bu xəstəlik onların qanındadır.

Çox təəssüflər olsun ki, bizim içimizdə də erməniyə “dost” deyənlər, onlarla “sülh bağlayanlar” var. Belələri, fürsət düşən kimi erməni sevgilərini biruzə verirlər, özü də açıq-aşkar.  Biz bunun nümunəsini Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022”) Azərbaycanı təmsil edən “Şuşa” komandası adını ermənilərin “tələbi” ilə “Buta” olaraq dəyişdirməsində gördük. Komandaya rəhbərlik edən Müşfiq Abbasov açıq şəkildə dedi ki, komandanın adının “Şuşa” olması ermənilərdə qıcıq yaradıb, Ruben və Araik adlı şəxslər ondan komandanın adının dəyişdirilməsini tələb edib. “…Birinci turdan sonra iclas oldu. İclasda redaktorlardan biri – Araik soyadlı redaktor dedi ki, filan komandalar ikinci tura keçir, “Şuşa” komandası yalnız adını dəyişsə, iştirak edə bilər. O söylədi ki, mənə bunu Ruben deyib. Ruben adlı burda bir nəfər var – o, Maslyakovun müavinidir. Ruben Jaqinyan orada vəzifə və söz sahibidir. Dedim ki, olar qərarı Maslyakov versin? Dedilər, yaxşı. İkinci turda hansı komandaların oynayacağını Ruben həll edir. Dedik ki, onda ikinci tur üçün adımızı dəyişək, Ruben bizi buraxsın, icazə versin ki, ikinci turda iştirak edək”, - M.Abbasov bildirib.

Sonra M.Abbasov komandanın adının yenidən bərpa olunaraq “Şuşa” adlandırıldığını bildirsə də, sosial şəbəkələrdə yayılan məlumata görə, KVN-nin rəsmi saytında komandanın adı hələ də “Buta” olaraq göstərilir.

Azərbaycan KVN komandasının Ribenin, Araikin “tələbi” ilə “Şuşa” adından imtina etməsi Azərbaycanda şok effekt yaradıb və ciddi narazılığa səbəb olub. Ən müxtəlif səviyyələrdə M.Abbasov atdığı bu yanlış addıma görə qınanır. Bu gün sosial şəbəkələrdə ən çox səslənən sözlərdən biri ““Şuşa” adını “Buta”ya çevirən qorxaq KVN-şiklər” fikridir ki, onun da müəllifi Kamran Həsənlidir. İkinci tura adlamaq və “şan-şöhrətə” çatmaq naminə “Şuşa”nı “Buta”ya çevirənlərin şəhidlərin ruhunu təhqir etdiyini deyənlər saysızdır. Tanınmış qələm adamı Bəybala Mirzəyevin şərhi də diqqət çəkəndir: “Şuşa ili”ndə “Şuşa” kimi müqəddəs adı daşıya bilməyən, düşmənlə ideoloji mübarizəyə hazır olmayan şən və cavabsızlar komandası...”

“Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri Tahir İmanovun da məsələyə reaksiyası sərt olub: “O komandanı ora göndərəndə KVN-çilərdən, məndən, Bəhram Bağırzadədən, Cabirdən kimsə nəsə soruşdumu? Sualları komandanı oraya göndərən dövlət qurumuna vermək lazımdır. Mənim öz fikrim var, istəyirəm ki, bu komandanı yaradanlar, oraya göndərən açıqlama versinlər. Neçə gündür ki, camaat ayağa qalxıb. Sosial şəbəkələrdə aktivləşiblər. Bütün Azərbaycan xalqı gözləyir, mən də gözləyirəm. Üstüörtülü yox, geniş açıqlama versinlər. Desinlər görək, komanda niyə çıxışdan imtina etməyib? …İnandırım sizi, bunu bizim “Parni İz Baku”ya desəydilər, Anar Məmmədxanov nəinki orada qapını vurub gedərdi, hələ başqa şeylər də edərdi. Ümumiyyətlə, son illər bu KVN-lər fəallaşıb. Bir komanda getdi bizi biabır etdi, bu da ikincisi oldu. Bir dəfə olsun, məşhur KVN-çilər müraciət ediblərmi, bununla bağlı bizə xəbər ediblərmi? Etməyiblər”.

M.Abbasovun rəhbərliyi ilə KVN komandasını Soçiyə Mədəniyyət Nazirliyi, yoxsa başqa bir qurum göndərib? KVN-şikləri festivala göndərən təşkilat nə üçün bu rəzilliyə zamanında son qoymayıb və komanda niyə yarışmanın növbəti turunda iştirakdan imtina etməyib?

  • Mədəniyyət Nazirliyi: “Adı gedən klubun nazirliklə heç bir əlaqəsi yoxdur”

İctimaiyyəti ciddi narahat edən bu sualları Mədəniyyət Nazirliyinə ünvanladıq. Nazirlikdən bildirdilər ki, bu komandanın bu qurumla heç bir əlaqəsi yoxdur: “Bildirmək istərdik ki, Mədəniyyət Nazirliyinə bu mövzu ilə bağlı heç bir müraciət daxil olmayıb. Adı gedən klubun nazirliklə heç bir əlaqəsi yoxdur”.

  • Samir Adıgözəlli: “Şuşa” adından istifadə birdəfəlik həmin KVN komandasına qadağan edilsin”

Bunu böyük bir rəzillik adlandıran İSBAM sədri Samir Adıgözəlli bizimlə söhbətində bildirdi ki, bu barədə əsəbləşmədən danışmaq olmur. O, hesab edir Azərbaycan KVN komandasının “Şuşa” adından hansısa bir Rubenə, Araikə görə imtina etməsi bağışlanılmaz səhvdir və o adamların indən sonra komandanın adını qaytarmasının da heç bir əhəmiyyəti yoxdur: “Müşfiq Abbasovun bu rəzil davranışı, ermənilərin qabağından qaçması bizim cəmiyyəti çox ciddi narahat etdi. Elə bir adam yoxdur ki, bunda narazı olmasın. Erməni kimdir ki, sənin qarşına şərt qoyur, səndən “Şuşa” adını dəyişməyi tələb edir? Çox təəssüf ki, Azərbaycanın KVN komandası özünü qalib ölkənin təmsilçisi kimi apara bilmədi. Təsəvvür edin ki, “Şuşa İlində” “Şuşa” komandasının adının dəyişdirilməsi necə böyük rəzillikdir. Artıq sosial şəbəkələrdə də açıq şəkildə bəyan edilir ki, “Şuşa” adından istifadə birdəfəlik həmin KVN komandasına qadağan edilsin. İgid, qalib Şuşanın adını qorxaqların təmsil olunduğu bir komandanın daşıması ayıbdır. O komanda Şuşa adına layiq deyil. Onların bu hərəkəti Şuşanı dişi-dırnağı ilə azad edən oğulların ruhuna təhqirdir. İnanın ki, Müşfiq Abbasovun hərəkətindən hamı əsəb keçirib. Deyir ki, komandanın adını bərpa edib, indən sonra bu nəyə lazımdır, nəyə yarayasıdır. Lazımı məqamda Şuşanın təəssübünü çəkmədin, onu Rubenin sözü “Buta” ilə əvəzlədin, indi də deyirsən ki, bərpa etdim. Hesab edirəm ki, ictimai qınaq öz yerində əlaqədar qurumlar da KVN komandasına lazımı dərs verməlidir” - deyə S.Adıgözəlli qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ