Cümə axşamı günü, 12 noyabr 2026
     

Azərbaycanda beynəlxalq indeksli elmi jurnalların yaradılmasına mane olan kimdir - xaricə axıdılan alim pulları dayandırılacaqmı...

Image


Azərbaycanda elmi iş müdafiə edib alimlik dərəcəsi almaq istəyən şəxslərdən tələb edilən əsas işlərdən biri onların bir-iki məqaləsinin xarici ölkələrdə nəşr edilən impakt faktorlu jurnallarda nəşr olunmasıdır.

Beynəlxalq indeksli elmi jurnallarda məqalə çap etdirmək isə hər elmi işçiyə, alimlik dərəcəsi almağa iddialı olan şəxsə qismət olmur. Bəzən onlar beynəlxalq indeksli elmi jurnallarda bir məqalə çap etdirmək üçün illərlə gözləyirlər, həm əsəbləri korlanır, həm də ondan-bundan borc alıb, yaxud ailəsinin boğazından kəsib həmin jurnallara pul ödəyirlər. Çox zaman isə onların ödədikləri pulları havaya gedir. Alimlər var, illərdir məqaləsinin çap ediləcəyi günü gözləyir ki, çap olunsun, o da həmin jurnalı Ali Attestasiya Komissiyasına təqdim etsin.

Bu məsələ Azərbaycanda beynəlxalq indeksli elmi jurnalların nəşrinə ciddi ehtiyac olduğunu gündəmə gətirir. Azərbaycanın özündə beynəlxalq indeksli elmi jurnallar nəşr edilməlidir ki, alimlərimiz xarici ölkələrə üz tutmasınlar, orada min bir problemlə üzləşməsinlər. Ona görə də ölkəmizdə bir deyil, bir neçə beynəlxalq indeksli elmi jurnal yaradılmalıdır ki, həm öz alimlərimiz burada çap olunsun, həm də xarici müəlliflər özləri bizə üz tutsun, bizim büdcəyə vəsait ödəsinlər. Məlumatımıza görə, bəzi universitetlərdə elmi jurnallar var, amma onların heç biri impakt faktorlu deyil və beynəlxalq statusu yoxdur. Yəni bu jurnallar dünya elmi tərəfindən tanınmır, yalnız ölkə daxilində yararlıdır. 

Bir çox ekspert hesab edir ki, Azərbaycanda beynəlxalq indeksli elmi jurnallar çap olunmalıdır ki, alimlərimizin problemi həll olunsun.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli “Bakı-Xəbər”ə bildirdi ki, bu olduqca aktual bir məsələdir: “Əslində, çox vacib məsələyə toxunmusunuz. Elmi dərəcələrin alınmasında da, elmi tədqiqatların aparılmasında da o qədər boşluqlar var, o qədər yeniliklər tətbiq olunmalı, islahatlar aparılmalıdır ki. Siz beynəlxalq elmi jurnalları qeyd edirsiniz. Hər universitetin, hər ali təhsil müəssisəsinin, o cümlədən də akademiyanın özündə elmi jurnallar fəaliyyət göstərir, elmi nəşrlər var. Həmin elmi nəşrlər də Ali Attestasiya Komissiyasının elmi nəşrlər siyahısında qeydiyyatdan keçib. Sadəcə olaraq, beynəlxalq, yəni impakt faktorlu jurnallar siyahısında yoxdurlar. Yalnız Xəzər Universitetində impakt faktorlu jurnal var. Yəni bu universitetin jurnalı həmin beynəlxalq elmi jurnallar sırasında yer alır. Bildiyim qədər, başqa bir Azərbaycan universitetində belə bir impakt faktorlu jurnal yoxdur. Əlbəttə ki, alimlərin Azərbaycandan, məsələn, Kandaya, Avstriyaya, yaxud başqa bir xarici ölkədə nəşr olunan impakt faktorlu jurnala məqalə göndərib çap etdirməsinə bəlli vəsait tələb olunur, həm də bunu təşkil etmək üçün çətinliklər yaranır. Burada, istər-istəməz, əziyyət olur. Amma alimlərimizin xarici ölkələrdə nəşr edilən impakt faktorlu jurnallara məqalə göndərməsi, orada məqalə çap etdirməsi pis deyil, yaxşıdır ki, Azərbaycan aliminin elmi məqaləsi hər hansı bir impakt faktorlu jurnalda nəşr olunur. Bunun vasitəsilə də Azərbaycan alimləri xaricə inteqrasiya edə bilir, xaricdəkilər də bizim elmimizdən yararlana bilirlər, məlumat alırlar ki, burada hansı tədqiqatlar aparılır. Sadəcə olaraq, impakt faktorlu jurnalların Azərbaycanda nəşr olunması özü ona yol açar ki, xaricdə tədqiqatlar aparan alimlər də Azərbaycanda çap olunmağa maraq göstərsinlər. Sadəcə, burada çox cüzi məbləğ olmalıdır ki, onları bu jurnallarda çap olunmağa maraqlandıra bilək. Bilirsiniz ki, xaricdəki maaşla, xaricdəki gəlirlə bizim gəlirimiz eyni deyil. Məsələn, onlara bizim alimlərin çap olunmaq üçün o nəşrlərə ödədiyi məbləğ cüzi görünə bilər, amma bizim maaşlara görə həmin impakt faktorlu jurnallara qoyulan məbləğ çox böyük görsənir. Ona görə də bizim ali təhsil müəssisələrimiz də belə jurnallar çap etməli, alimlərimizə şərait yaratmalıdır. Amma necə yaratmalıdır? Əslində, bunu təşkil etmək çətindir. Çünki impakt faktorlu jurnalların siyahısına düşə bilmək lazımdır”.

V.Ağabəylinin qeyd etdiyinə görə, söhbət beynəlxalq universitetlərin Azərbaycanın hansı universitetinin, hansı ali təhsil müəssisəsinin jurnalının impakt faktorlu jurnallar siyahısında qəbul edəcəyindən gedir. “Amma Azərbaycanda da impakt faktorlu jurnallar təsis edilərsə, ora elmi məqalələrin qəbul olunması, elmi məqalələrin süzgəcdən keçirilməsi, çapa tövsiyə olunması, təsdiqlənməsi obyektiv aparılacaqmı? Sual və məsələ budur. Bizdə çox vaxt belədir ki, kimsə kimin tanışıdırsa, o, elmi iş götürür, yaxud kimsə hər hansı bir vəsait ödəyir, elmi işini kiməsə yazdırır, müdafiəsinə hər hansı bir vəsait ayrılır və o, müdafiə edir. Hətta elə adamlar olur ki, öz “elmi iş”indən xəbərsiz olur. Orada nə yazılıb, ondan xəbərsizdir. Sadəcə, həmin adama çıxış yazılıb, müdafiədə gedib onu üzündən oxuyur. Kifayət qədər belə “alimlərimiz” var. Təbii, belə “alimlər”lə də biz hansı beynəlxalq elmi mühitə çıxa bilərik? Elə adamlar var ki, cibində kifayət qədər pul olduğuna görə onlar pul verib məqalə yazdırırlar və pul ödəyib həmin məqalələri də impakt faktorlu jurnallarda çap etdirirlər. Bu elmdir ki? Belə bir “elm”, belə bir “yenilik”, belə bir “tədqiqat”, bu cür impakt faktorlu jurnalda çıxan məqalə bizə lazımdır? Bunun bizə nə xeyri var ki? Bu yalnız statistika üçündür, bunun bizə heç bir faydası yoxdur.

Bilirsiniz, elmi pula satanlar, savadsız tanışlarını, qohumlarını başqalarının haqqını yeməklə “elmə” gətirənlər, elmi ad və dərəcələri, o cümlədən, doktorluq qəbul planını pula satanlar, əslində, həbs olunmalıdırlar. Çünki elmin sağlam inkişafının qarşısı alındıqca, heç bir sahədə inkişaf getməyəcək” - deyə alim bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:08
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:04
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:03
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ