Bazar günü günü, 28 iyun 2026
     

İgid ömrü - 21-ci yazı

Image


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyası ilə “Bakı-Xəbər” qəzetinin birgə layihəsi əsasında “Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından “İgid ömrü” adlı növbəti kitabı çapa hazırlayırıq. Kitab Azərbaycanın Milli Qəhrəmanı Füzuli Salah oğlu Rüstəmovun vətənpərvərlik nidalı həyat, döyüş, qəhrəmanlıq yollarından bəhs edir.

Füzuli: “Yaşamaq istəyirəm”

Balaca Aygün: “Zamin qaqa, get erməninin ayaqlarını kəs, gəlməsin”

(21-ci yazı)

Fiqurə müəllimədən məni xocalılıların daha kompakt yaşadığı Ağcakəndə aparıb bu insanlarla görüşdürməyini istədim. İstəyirdim ki, dünyada yalnız bircə fotosu qalan Füzulini bütün dünyaya tanıdım. Mümkün qədər çox adamla görüşmək, mümkün qədər çox fakt toplamaq üçün ən çətin – istənilən nöqtəyə qədər getməyə hazır idim. Beləcə, balaca Xocalıya – Goranboy rayonun tərkib hissəsi - Ağcakəndə düşdü yolumuz...

...Dünyanın tanıdığı Xocalı burda mini Xocalı şəklində qurulub. Rayonun inzibati qurumları – icra hakimiyyəti aparatı, polis şöbəsi, mədəniyyət şöbəsi, xəctəxana və s., təhsil strukturunun böyük bir hissəsi, əhalisininsə bəlkə də səksən faizi burda məskunlaşıb. Xocalının daha bir neçə kəndi də ətraf ərazilərdə yerləşdirilib. Meşəli kəndi burda elə öz adıyla təşkil olunub. Vaxtilə ermənilərin yaşadığı kənddə. Barbar ermənilərdən fərqli olaraq, azərbaycanlılar bu kəndin erməni qəbristanlığını da olduğu şəkildə saxlayıblar. Xocalılıların bir qismi isə qonşu Goranboy rayonunun mərkəzi hissəsindəki “qaçqın şəhərciyində” yaşayır. Bu, Ağcakəndə gedən yolun üstündə olduğundan, əvvəlcə onlarla görüşümün təfərrüatlarını sizlərə təqdim etmək istəyirəm. Ancaq bötövlükdə bu 3 günlük səfərimiz Goranboy – Ağcakənd – Mingəçevir - Tərtər marşrutu üzrə davam edərək Tərtərin Hüsənli kənd qəbristanlığında qəhrəmanımızın məzarını ziyarət etməklə sonuclandı. Bu yerlərin hər birində xocalılılarla və Füzulinin doğmaları ilə söhbətləşdik. Hələlik Goranboyda məskunlaşan xocalılılarla söhbətimizdən bəzi epizodları diqqətinizə çatdırıram. Söhbətimizə körpünü Məmmədova Solmaz müəllimə saldı:

- Mən qonşu olmuşam Zamingillə. Ona görə onun igidliklərinin çoxuna şahidəm. Bir gün gedib Zamin Şuşaya silah gətirməyə. Gözləmişik gəlməyib. Səhərə yaxın bir də görmüşəm çiynində silah, əlləri, dizləri palçığın içində gəldi çıxdı. Əyə, niyə bu gündəsən? Dedi ki, mən Malıbəylidən, Quşçulardan belə gəlirdim, məni gördülər. Maşın üstümə işıq saldı. Məcbur olub taxılın içərisi ilə sürünə-sürünə gəlib çıxmışam. Kürəyində patronlar, silahlar...

Ondan sonra dedilər Ağdamda silahlar var, onu gətirmək lazımdı. Heç kim qorxusundan irəli durmadı. Ancaq Zamin gedib onu da gətirdi. Kətiyin yalı deyilən ərazi var. Bax, ordan meşənin içərisi ilə getdi, həmin silahları da kürəyində gətirdi.

Özü də gedib postda dayanırdı. Mənim qardaşım Rafiqlə. Zamindən danışsam, dastan yaranar ey, qurtarmaz.

- Danışın, qoy yaransın. Daha doğrusu yaranıb, sadəcə, olanları danışıb yazıya gətirmək və xalqımızın həm indiki, həm də gələcək nəsillərinə çatdırmaq lazımdı...

Famil Hüseynov:

- Kinolarda necə igid oğulları göstərirlər, Zamin də onlardan biri idi. Qəhrəmanlığının onlardan fərqi filmdə yox, həyatda baş verməsində idi.

Solmaz müəllimə:

- İnanın, heç onun növbəsi olmayanda da hövsələsi çatmırdı, deyirdi mən çıxıram posta, yuxum gəlmir. Durub gedirdi.

- Siz onda Kərim kişinin evinin qonşuluğunda yaşayırmışsız...

- Bəli, bəli, orda yaşayırdıq.

Famil:

- Xocalı soyqırımı gecəsi şəxsən mənim gəldiyim dəstəyə Mikayıl kişi (söhbət Füzulinin dostu Nazim Hüseynovun atası Mikayıl Hüseynovdan gedir – N.Z.) ilə Zamin bizə bələdçilik elədilər. Biz onların hesabına azmadan, erməni gülləsinə rast gəlmədən, ermənilərə əsir düşmədən Ağdama gəlib salamat çıxa bildik. Zamin çox yaxşı tanıyırdı meşəni, meşənin içərisindəki gizli yolları, cığırları. Onların bələdçiliyi sayəsində biz Əsgəran istiqamətindən salamat keçib Naxçıvanik kəndinin yanına yetişdik. Xatırlayıram ki, burda bir UAZ maşını gəlirdi.

- Onda siz də millətin qırılmasında bilavasitə rolu olan həmin UAZ-dakıları görmüsüz...

- O UAZ bu gün də mənim gözlərimin qabağında bir kino lenti kimi dayanıb.

Füzulinin ələ keçirdiyi “Xocalının işğal çertyoju”

Solmaz müəllimə:

- Yadımdadır ki, Zamin hələ faciədən bir həftə əvvəl Kətiyin yaxınlığına getdi. Ermənilər meşənin, dədə-babadan belə deyərlər, keçəlləşmiş (tala – N.Z.) yerində oturub üzü biz tərəfə baxa-baxa nə isə yazırdılar. Sən demə, çertyoj çəkirmişlər. Zamin getdi həm o çertyoju gətirdi, həm də əlindəki bir silahla erməniləri qorxuzub yola saldı. Onlar qaçdılar üzü o yana. Həmin çertyoju gətirdi, bizim dövlət nümayəndələrinə də verdi ki, görsünlər Xocalının işğal planı necə qurulub. Dedi buna baxın və qız-gəlini vaxtında çıxarın! Bax, belə qələtlərlə məşğuldular ermənilər! Əli ilə hamısını göstərdi çertyojda cızılanların ki, bax, Xocalı belə ortadadı, burdan Mehdikənddən gəlinəcək, burdan Noragehdan gəlinəcək, burdan Əsgərandan, burdan Xankəndindən. Qabaqdansa Naxçıvanik tərəfdən camaatın qarşısını kəsib qıracaqlar. İnanın, Xocalı genosidi elə belə də oldu. Onun dediyi tərəfləri kəsdilər, ancaq çay və meşə qaldı. Meşədə də fişəng atıb işıqlandırıb işıqda insanları qırırdılar. Mənim qardaşım orda gələndə deyir gördüm ermənilər danışa-danışa gəlir, gördüm deyir iki meyit var, onların ikisinin arasında uzandım. Rəhmətlik Razim müəllimlə. Razim müəllim onları geri qaytarıb gətirib çıxarıb Ağdamın Şelli kəndinin şumlanmış torpaqlarına. Orda rəhmətlik Zakir müəllim bunları qarşılayıb keçirib Şelliyə.

- Görünür, dediyiniz bu adamlar hava işıqlanana qədər yolu keçənlər olub? Çünki işıqlaşandan sonra daha çox qırıblar insanları...

Solmaz müəllimə:

- İşıqlaşandan əvvəl dediyim kimi, fişəng atıb qaranlığı aydınlatmaqla qətl ediblər bizimkiləri. Amma işıqlaşandan sonra gülləboran ediblər.

- Siz Zamini sonuncu dəfə harda gördünüz?

Solmaz müəllimə:

- Mən Zamini xəstəxanada gördüm. Ağdamda. Soruşdum Zamin, nə istəyirsən? Boğazından güllə dəymişdi, qan içəri, daxilinə axırdı. Cavab verdi ki, yaşamaq istəyirəm.

- Danışa bilirdi deməli...

- Hə, danışırdı. Bir az sızıldayırdı. Bu sözü dedi. Rəhmətə getdi. Ordan götürüb gətirdilər Tərtərin Hüsənli kəndinə. Bu kənddə Fatma adlı xalası var, onların evindən götürdülər, kəndin qəbristanlığında anasının yanında dəfn elədilər. 

Müəllimə Füzulinin paralel olaraq “Zamin” də adlandırılmasının izahını verir bizlərə. Füzulinin anasının necə dünyasını dəyişməsi haqqında məlumatlısınız artıq. Ana dünyasını dəyişərkən başına toplaşanlara, doğmalarına son nəfəsində oğlumu sizə “zamin” verib gedirəm deyibmiş...Füzuli elə ZAMİN də oldu. Təkcə doğmalara, dost-tanışa yox, xocalılara, hüsənlililərə, bütün azərbaycanlılara!.. 

Famil:

- Həmin gecə indi də olduğu kimi mənim gözlərimin qabağındadı.

- Sizi keçirib yenə qayıtdı? Siz onun bələdçilik etdiyi neçənci dəstədən olmusunuz?

- Zamin bizi həmin yoldan keçirdi. Sayını dəqiq deyə bilmərəm, amma xeyli adam idik.

Solmaz müəllimə:

- Çox adamı keçirtdi ey, vallah.

Famil:

- Bizi keçirtdi. Qayıtdı o UAZ gəlib dayanan yerə. Bir dərə var idi. O dərənin içində uzanıb sürünürdük. Rəhmətliyi elə orda da vurdular...

Mən nəsə daha bir fakt, Füzulinin vurulduğu anın şahidini tapacağıma ümid edərək hövlnak soruşuram:

- Sizin yanınızda vurdular Füzulini?

Famil:

- Yox, biz artıq keçmişdik. O isə yenidən, artıq bilmirəm neçənci dəfəydi qayıtdı. Allah ona qəni-qəni rəhmət eləsin! Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bu gün bizim yaşamağımızın, varlığımızın əsas səbəbkarları belə oğullarımızdı.

Solmaz müəllimə:

- Hələ Xocalı faciəsindən xeyli əvvəl, o Meşəli kəndində camaatı qırmışdılar ha, Zamin ondan sonra getdi nə qədər ermənini girov gətirdi!

Arzu Usubova: “Anam qoymurdu Zamini qayıtmağa, sözə baxmadı”

Söhbətimizin bu yerində qapı döyülür. Xocalı dəhşətinin şahidlərindən daha biri – Arzu Usubova gəlir. Bir qədər də kişi cüssəli təsiri bağışlayan Arzu xanımı görən Famil sanki bir doğmasını görürmüş kimi həyəcanla deyir ki, söz yerinə, vaxtına çəkər, bax bu Arzu xanımla həmin gecəni, həmin yolu bir yerdə gəlmişik. Bax, biz yaralı komandir Aqili gətirəndə bu Arzu xanım kişi kimi onun xərəyinin altına girmişdi bizimlə bərabər.

Bu sözləri eşitməyin özü də bir fəxarət hissi idi. Eşq olsun ləyaqətli, vicdanlı, kişi qeyrətli Azərbaycan qadınına. Famildən atışma başlayarkən yaralı komandir, xocalılıların müdafiəçisi və qonağı Aqilin “məni qoyun gedin, sizə yük olmayım” deməsinin nə dərəcədə həqiqət olduğunu soruşuram. Famil bu sözü təsdiqləyərək onun şəxsən özünün bu ifadəni dilə gətirdiyini deyir. Elə bu sözün təsdiqini də dilə gətirməklə Arzu xanım Usubova sözə başlayır:

- Biz Xocalıdan çıxanda bunları görməmişdik. Qarqar çayının qırağına çatanda Güllü xalanı, daha bir neçə nəfəri kürəyimə alıb dizə qədər sudan çayı keçirdim bu taya. Orda Aqili gətirdiklərini gördüm. Qoşuldum bunlara. Aqili çiynimizə alıb gəlirdik. Yolda baxdım ki, onun xərəyi çox ağırdı. Xərək, üstündə döşək, yastıq, rəhmətlik Aqil özü, üstündə də yorğan. Dedim gəlin bu şeyləri ataq, eləcə yorğana bükək gətirək. Arada mühasirəyə düşdük. Mühasirədə atışma oldu. Atışmada məcbur olub yolumuzu sıldırım qayadan saldıq. Burda bir ağacın kötüyünə dirənib özümüzü birtəhər saxladıq. Aqil rəhmətliyə təzədən bir güllə də dəydi. Aqili gətirənlərin içərisində rəhmətlik Zamin, İnqilab, mənim atam, anam, Cabbar... saymaqla qurtara bilmərəm. Çoxlarını yadıma sala bilmirəm. Bir neçə dəfə narkoz almışam, yaddaşım korlanıb. Aqil dedi, mən bilmirəm, bu camaatın əziyyətindən nə ilə çıxacam! Dedim Aqil, hələ bilmək olmaz burdan hansımız salamat çıxacağıq, hansımız məhv olacağıq?! Ona güllə dəyəndə qaldırıb özüm yarasını sarımışam. Süsənin əlində bint var idi. Həmin bintlə sarıdım. Bint qurtardı. Amma qaldırıb yerinə qoyanda gördüm yastığının üstü qandı. Mən də evdən vur-tut bircə şarfımı götürmüşdüm, o şarfı qatlayıb basdım yarasına.     

- Aqil özü-özünü vurmamışdı ki?

- Yox-yox, özünü vurmamışdı, Elə bil mühasirəyə biz düşəndə ona bir də güllə dəydi. Orda kimsə “lojis!” (uzan!) komandası verdi. Bilmədik rus idi, erməni idi bu komandanı verən. Biz o yolu öz gücümüzə gəlsək də, bələdçimiz rəhmətlik Zamin oldu. Qarqarı keçəndən sonra dəstəmiz ayrıldı iki yerə. Yarısı Kətik istiqamətinə, yarısı Gendərə istiqamətinə. Nə olsun ki, xocalıdan idik. Biz bu yolları tanımırdıq. Zamin bizi qoyurdu bir yerdə, özü gedib qarşıda yolları yoxlayırdı. Bəlkə bunu hələ bir otuz dəfə bizə bələdçilik edəndə təkrarlayıbdı. Gedirdi postu yoxlayırdı, görürdü ki, post boşdu, qayıdıb gəlib bizə deyirdi tez keçin. Belə-belə gətirib çıxarıb bizi. Nə qədər postu bu minvalla keçib gəldik, axırıncı posta çatanda dedi o postda ermənilər var. Ona görə səhər açılana kimi o postu keçdik keçdik, keçmədik bizi qırıb batıracaqlar. Posta az qalırdıq, gəlib yanımızdan bir, UAZ idi səhv eləmirəmsə, keçdi. Dedilər gərək bu maşının qabağını kəsəydilər. Ancaq kimsə dedi ki, maşının qabağını kəssək, postdakılar xəbər tutar, ona görə qoy getsin. Amma gərək kəsəydilər qabağını. Çünki o UAZ gəlib yanımızdan ötəndə camaatın keçdiyini gördü.

- Arzu xanım, siz Zamindən harda ayrılmısız?

- Meşədə görüşmüşəm Zaminlə.

- Yox, bunu soruşmuram, sonuncu dəfə harda ayrıldığınızı xatırlayırsınızmı?

- Deməli, o bizi Qaraqayadan Şelli tərəfə keçirtdi. Zamin burda bir də geri qayıdanda mənim anam qayıtdı dedi ki, ay bala, hara gedirsən? Dedi Gülarə xala, xəbəriniz yoxdu, arxa tərəfdə camaatı qırıb batırırlar... Ona görə anama qulaq asmayıb bir də qayıtdı. Zamin Allah bilir neçənci dəfə qayıdırdı. Biz gəlib çatandan sonra dedilər ki, daha Zamini də vurublar. Anam qoymurdu qayıtmağa. Bax, indi burda da kimlərsə deyir ha, bir yerdə gəlmişik, mən onda bilirəm ki, hə, biz tanıyıb-tanımadığım nə qədər adam, uşaq, qoca ilə bir yerdə gəlmişik. Bələdçiliyimizi isə sona qədər Zamin eləyib, sonra qayıdıb yenidən yolda qalanlar üçün. Dayanmadan gəlmişik biz Şelliyə kimi. Bir də baxdım başımın tüklərindən su axır. Dedim nənə, dayanmayın, yoxsa donacaqsınız. Yolu keçəndə ki, atışma düşdü, onda biz bilmədik qardaş harda qaldı, ata harda qaldı və s. O dəstənin içərisində üçüncü adam mən gəlib çıxmışam. Bəxtə-xuda, göydə Allah, yerdə Zamin bizi gətirib çıxartdı. Zamin olmasaydı şəxsən mən azıb gedirdim Naxçıvanikin donuz fermasının üstünə. Onda gördüm, səhər açılana yaxın kimsə arxadan məni vurdu ki, ay əclaf, hara gedirsən? Mən də Əfqan formasında idim. Yazıq Zamin bu formada məni tanımayıb, səhər açılana qədər elə bilib mən kişiyəm, oğlan uşağıyam. Ancaq burda ona tərəf belə çönəndə bildi ki mənəm. Neçə dəfə üzrxahlıq elədi ki bilməmişəm. Zaminlə mənim aramda bir sinif fərqimiz olub. Düzdü, yaşda böyük olub, amma məktəbə getməyə gecikdiyindən məndən bir sinif yuxarıda oxuyub. Gəlib qaytarmasaydı, fermaya çatmışdım...

- Yəqin siz tək olmamısız yolu itirib o istiqamətə gedən?

- Yox-yox, necə oldusa mən təklənib getmişdim o tərəfə. Bilirsiniz, elə bil fermanın yanından keçirdik. Ordan keçəndən sonra isə xəndəyin içərisində uzana-uzana, sürünə-sürünə gedirdik. Başımızı qaldıran kimi güllələyirdilər. Böyür-başımızı güllə atəşi altında saxlayırdılar ki, hərəkət edə bilməyək. Ətrafımızdakı torpaq yığınlarına güllə dəyirdi, torpaq, qar qalxıb üstümüzə səpələnirdi. Qayanın üstündə daşın arxasında qara maskalıları gördüm. Qardaşım Zahirlə (qarşıda Zahirin də münasibəti ilə tanış edəcəm sizləri – N.Z.) Mürşüd dayı Qaraqayanın üstündən mənə səs elədilər ki, həmin nöqtəni vururuq, daha vaxt itirməyib keçək. Keçdik. Yəni heç kim sinəsinə döyüb  deyə bilməz ki, Zamin olmasaydı, bu adamlar sağ-salamat gəlib Ağdama çıxardılar.

Füzuli ilgili xatirələr tükənmir...

Xatirələr...xatirələr təkcə şirin çağları, xoşbəxt anları qoruyub-saxlamır. Xatirələr həm də acılı məqamların yaddaşlarda saxlanc yeridir. Sadəcə olaraq, insanlar xoş xatirələri xatırlamağı sevirlər. Bu da təbiidir. Di gəl ki, bütöv xalqın tarixini özündə yaşadan xatirələr qorxunc olsa da  deyilməli, yazılmalı, mütləq tarixin və xalqın yaddaşında yer tutmalıdı. Mən bu adamları Füzuli haqqında və ümumən Xocalı həqiqətləri haqqında danışdırarkən onların yarasının qaysağını qopartdığımın fərqindəyəm. Amma nə edəsən ki...Bir də, bu insanlar onları quduz düşmənin ağzından qurtarmış xilaskarları haqqında görün hansı duyğularla yaşayırlar:

Famil:

- Zamin bizdən ötrü ölməyib. Bizim ürəyimizdə yaşayır o. Göydə allaha, yerdə Zaminə borcluyuq yaşadığımız bu ömrü.

Solmaz müəllimə:

- Hamı gəlib yığıldı onların məhləsinə. Bura yığışanları Zamin həm Qarqardan bir-bir keçirdi, həm də gətirib çıxartdı Ağdama. Başqa yolu gedənlərin əksəriyyəti qırıldı. Amma o dedi gəlin burdan gedək. Dörd dəfə, beş dəfə, neçə dəfə qayıdıb adamları gətirib Ağdama çıxara bildi.

Arzu xanım:

- Fikir verin, dədəm neçə ilin kişisi, özü də Xocalı adamı, amma meşəni tanımırdı. Düşmən qabağında əyilməyi özünə sığışdırmayıb, yolu əyilmədən keçib gəldi, yəqin bu da Allahın qismətiydi ki, salamat gəlib çıxa bildi. Üstündə də mənimçün götürdüyü bir ədyal, iki çörək. Ancaq bu yaşlı adam da meşə yolunda azırdı. Zamin isə Ağdama silah-sursat dalınca gedəndə bu cığırları kəşf eləmişdi. Millət necə azdı getdi, Gendərədə-filanda azdı-batdı, qırıldı. Amma Zamin bizi düz, nisbətən təhlükəsiz yollarla gətirdi. Allah onun qəbrini nurla doldursun!

Bayaqdan bizi kənardan dinləyən Namiq Məmmədov qoşulur söhbətimizə:

- O adam hər bir nöqtəni bilirdi ki, harda nə var, hardan necə keçmək olar. Ona biz Xocalının silah bazası kimi baxırdıq. Çox ürəkli, çox mehriban, həqiqətən canlara dəyən bir oğlan idi.

Solmaz müəllimə:

- Bizə beşmərtəbədə ev vermişdilər. Ancaq yığışıb köçə bilməmişdik o evə. Vaqonda qalırdıq. Atırdılar, yığılırdıq bax bu Fiqirəgilin, Zamingilin evinə. Yatırdıq orda. Mən, mamam, bir də uşağım Aygün. Bir dəfə uşaq yatmırdı. Zamin də elə tez-tez gedirdi, postları fırlanırdı, gəlirdi. Uşaq deyirdi, Zamin qaqa, get erməninin ayaqlarını kəs, gəlməsin. Yadındadımı Fiqurə, Zamin səhərə qədər fırlandı, tez-tez gəlib uşağa deyirdi, Aygün öldürmüşəm, qorxma yat! (hıçqırıq boğur, müəlliməni, ağlayır – N.Z.). uşağa deyirdi, sən ayağını bük, qoy güllə dəyməsin, yat, qorxma hamısını öldürəcəm. Bax, elə bir oğuluydu ey o!

Təhsil şöbəsində işləyirdim. Bir gün dərsə gedirdim, gəlib dedi ki, müəllimə, sən mamanla qızı saxla evdə, onları vertolyotla yola sal. Vertolyot gəldi, qardaşım Rafiqlə birlikdə mamamla yaş yarımlıq qızımı aparıb yola saldılar, biz qaldıq. Qardaşım dedi gərək sən də gedəydin. Zamin dedi yox, müəllimə çox kişidən ürəklidi, qoy qalsın.

Fiqurə məni bu insanlarla görüşdürməkdə vasitəçidi bu zaman. Amma bu məqamda dayana bilməyib yenə ürəyindəkilərdən boşaltmalı oldu:

- Zaminin dərdi bir deyil, beşdi. Xocalıda ölsəydi, dostları yığışıb cənazəsini qaldırsaydı, bəlkə də bu qədər yer eləməzdi bizə. Yaralı halı da, məzarı da hamıdan ayrı düşdü.

- Zaminin ölüm vaxtı deyildi...

- Füzulinin ölüm vaxtı deyildi, bu öz yerində. Amma Zamin kimi oğullarımızı Allah qorusun, indi təəssüf ki, belələri tamamilə yoxdur demirəm, fakt odur ki, belələrinin sırası seyrəlir...

Solmaz müəllimə:

- Var ey yenə də oğullar. Ancaq onlarda Zaminin xasiyyətinin biri olanda o biri olmur. Mehriban, qoçaq, igid, üstəlik istiqanlı...Zaminin xüsusiyyətlərin sayıb qurtarmaq olur ki!.. Dilindən çıxanı yerinə yetirən oğlan idi Zamin...

(ardı var)

Nəzirməmməd ZÖHRABLI
jurnalist-publisist



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

Ermənistan hakimiyyətinə qarşı 102-ci Rusiya bazası hərəkətə gətirilir - İrəvan panikada...

Trampa partiyadaşlarından ağır zərbə - İranla müharibəyə girməyi qadağan etdilər...

SON XƏBƏRLƏR

27.06.2026 / 21:08
Pentaqonda əsrin ən böyük qalmaqalı - Rusiya, Çin kəşfiyyatlarının izində olduğu Ağ Evdəki iki gizli casus ifşa edildi...

27.06.2026 / 20:35
Üzərində Trampın portreti olan yeni ABŞ pasportu təqdim edildi - Amerika tarixində bir ilk...

27.06.2026 / 19:48
Fransa Afrikada daha bir zərbə aldı - Burkina Faso Parislə diplomatik əlaqələri kəsdi...

27.06.2026 / 19:10
Azərbaycan və Türkiyə XİN rəhbərləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər

27.06.2026 / 17:51
Milyarder ABŞ səfirinin 450 milyonluq superyaxtası Venesiyanı ayağa qaldırdı – onun əyləncəsini məhv edəcəyik...

27.06.2026 / 17:29
Azərbaycan milli komandası aktivinə bir qızıl və bir bürünc medal yazdırıb

27.06.2026 / 17:14
İsrail və Livan Vaşinqtonda tarixi saziş imzaladı – “Hizbullah” silahı yerə qoymaqdan imtina etdi...

27.06.2026 / 16:39
Ukraynadan Putini özündən çıxaracaq addım - Volqoqradda hərbi zavod vuruldu...

27.06.2026 / 16:10
Azərbaycan, Gürcüstan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi yekunlaşdı

27.06.2026 / 15:59
Silahlı Qüvvələri Gününə həsr olunmuş tədbir keçirib...

27.06.2026 / 15:46
Netanyahu qondarma " erməni soyqırımını" tanısa, ağır cavab zərbəsi alacaq...

27.06.2026 / 15:28
“Uğurlu gələcək” adlı sərgi təşkil olundu

27.06.2026 / 15:15
"Soyqırım və deportasiya qurbanlarına dəstək" adlı layihənin icrası davam edir

27.06.2026 / 11:49
Tramp NATO Zirvəsi ərəfəsində Avropa ölkələrini 100 faiz tariflə hədələdi...

27.06.2026 / 11:30
DİN son sutka ərzində keçirilən əməliyyatların nəticələrini açıqladı

27.06.2026 / 11:23
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib - FOTO

27.06.2026 / 11:17
Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər - FOTO

27.06.2026 / 11:11
Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər - FOTO

27.06.2026 / 10:36
Rusiya Ermənistandan balıq idxalını tam dayandırdı – “Ermənistan iqtisadiyyatı çökə bilər” xəbərdarlığı...

27.06.2026 / 10:15
Yol Polisindən piyada və sürücülərə müraciət - görünüş məsafəsi məhdudlaşır...

27.06.2026 / 09:50
Venesuelada son 126 ilin ən DƏHŞƏTLİ ZƏLZƏLƏSİ - ölənlərin sayı minə çatır, ən azı 50 min nəfərdən xəbər yoxdur...

27.06.2026 / 09:32
Yaxın Şərqdə müharibə yenidən başladı – ABŞ İranı, İran Körfəz ölkələrini bombaladı...

26.06.2026 / 23:56
Belarusu da Ukrayna ilə müharibəyə sürükləyirlər - Lukaşenko Zelenskiyə mesaj göndərdi...

26.06.2026 / 23:41
İran Körfəz ölkələrinə sərt xəbərdarlıq - qumar oynamayın...

26.06.2026 / 23:10
Silahlı Qüvvələr Gününə həsr olunmuş "Vətənə Sadiqlik" adlı sərgi təşkil olundu

26.06.2026 / 21:10
Silahlı Qüvvələr Günündə iki qızıl medal

26.06.2026 / 20:44
Hörmüzdə gərginlik yenidən artdı - İran yük gəmisini vurdu, ABŞ ordusu hərkətə keçdi..

26.06.2026 / 19:10
Əlincə qalasının 14 illik (1387–1401-ci illər) qəhrəman müdafiəsinin əsil səbəbləri nədir?

26.06.2026 / 18:49
Aşura qazanı və Kərbəlanın kölgəsi

26.06.2026 / 17:20
Kılıçdaroğlunun “nəhəng karvanlı” İstanbul səfəri alınmadı…

26.06.2026 / 16:44
Nazirliyin hərbi qulluqçularına ali hərbi rütbələr təqdim edildi - FOTO

26.06.2026 / 16:25
Tramp Suriyanı Hizbullahla müharibəyə təhrik edir - Şəraa narazı, Netanyahu narahat...

26.06.2026 / 16:10
ABŞ-İran müharibəsi OPEC-i dağıdır – BƏƏ-nin ardından İraq da gedir...

26.06.2026 / 16:08
Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri Xiyaban, Zəfər parkı və Hərbi Memorial Məzarlığı ziyarət etdi - FOTO

26.06.2026 / 15:46
Xeyrəddin Qocadan deputata sərt reaksiya - “A kişilər, yaltaqlığın başqa yollarını axtarın!..”

26.06.2026 / 15:30
18 yaşında ölümə meydan oxudu - Şəhriyar Mirişli

26.06.2026 / 15:18
Nəsimidə oğurluq edən şəxslər saxlanıdı...

26.06.2026 / 14:57
Türkiyə MN-dən Azərbayan Ordusuna təbrik - hər zaman bir ürək, bir yumruq olacağıq...

26.06.2026 / 14:25
Rusiya-Ukrayna müharibəsi cəbhəboyu dondurulur - ABŞ və Avropanın böyük razılaşması...

26.06.2026 / 14:17
"Vətənpərvərlik Etüdləri" Lənkəranda sərgiləndi

26.06.2026 / 14:07
Azərbaycanın da marağında olan Rəşt-Astara dəmiryolundan təzə xəbər - "dondurulmayıb"...

26.06.2026 / 13:59
ABŞ-la İran razılaşsa da, Fars körfəzində 1150 gəmi gözləyir, 125 milyard dollarlıq tıxac yaranıb...

26.06.2026 / 13:56
Moldova Dnestryanı ilə birlikdə Rumıniyanın tərkibinə daxil olur...

26.06.2026 / 13:49
Bütün qadınları evlərdə dustaq edirlər - daha bir dözülməz müsəlman ölkəsi...

26.06.2026 / 13:38
SEPAH ABŞ-a İsraillə bağlı xəbərdarlıq edib

26.06.2026 / 13:35
Təbəs dünyanın ən isti şəhəri oldu

26.06.2026 / 13:22
Lənkəranda keçmiş məhkum 26 kq narkotiklə tutuldu

26.06.2026 / 13:15
Nazir Vilayət Eyvazov Lerikdə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.06.2026 / 13:09
DİN-dən narkotik əməliyyatı - 46 kq narkotik, 2087 psixotrop həb... 9 nəfər həbs olundu - VİDEO

26.06.2026 / 12:57
Naxçıvanda hərbi yürüş olub - FOTO

26.06.2026 / 12:45
Silahlı Qüvvələr Günü Laçında hərbçilər yürüş ediblər - FOTO

26.06.2026 / 12:10
Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirildi

26.06.2026 / 11:00
" Kılıçdaroğlu, Ünal Erzenin verdiyi 270 milyon lirəni neynədin? Televiziya filan da qurmadın"- Dəniz Zeyrək pis yerdən vurdu...

26.06.2026 / 10:50
Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel göndərildi

26.06.2026 / 10:32
İyunun 26-sı Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günüdür

26.06.2026 / 10:23
Xankəndidə hərbi yürüş keçirilib

26.06.2026 / 09:00
Avropa İttifaqı Şurası Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini bir il uzadıb

26.06.2026 / 08:46
Vens: "ABŞ və İran Dohada birbaşa hərbi rabitə kanalı barədə razılığa gəliblər"

26.06.2026 / 08:43
Bloomberg: "Körfəzdən neft ixracı müharibədən öncəki səviyyənin 75%-nə qədər bərpa olunub

26.06.2026 / 08:34
Tramp açıqladı - İran ABŞ-ın kənd təsərrüfatı məhsullarının ixracı üçün yeni bazara çevrilir

26.06.2026 / 00:38
İranın vurduğu F-15 pilotunun səmada gördüyü sirli texnologiya ABŞ-ı qarışdırdı - "yadplanetli işi"... Pentaqon və ABŞ kəşfiyyatı ŞOKDA...

26.06.2026 / 00:24
Mehriban Əliyeva 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

26.06.2026 / 00:05
Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir

25.06.2026 / 23:22
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı VİDEOÇARX paylaşılıb

25.06.2026 / 23:04
Vüsal Tahirov haqqında deyilənlərdən…

25.06.2026 / 22:57
Netanyahudan ABŞ-a ilginc mesaj - “İran üçün icazə istəmədim, sadəcə planlarımı dedim….”

25.06.2026 / 22:48
İsrail prezidentinin helikopteri qəza enişi etdi

25.06.2026 / 22:33
"Bu məsələ Kamal bəylə mənim yox, əməkçi teyzə ilə Ərdoğanın məsələsidir"...

25.06.2026 / 22:25
‘’BAYATI-ARAZ’’ AZƏRBAYCAN HƏRB ƏDƏBİYYATI TARİXİNDƏ HADİSƏDİR

25.06.2026 / 22:10
Prezidentin sosial şəbəkə səhifələrində 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edilib

25.06.2026 / 21:30
Kreml G-7 zirvəsindən sonra Trampın Ukrayna siyasətinin dəyişdiyinə hələ inanmaq istəmir...

25.06.2026 / 21:06
Ermənistan konstitusiyasının dəyişdirilməsi problemlə üzləşdi - Paşinyan yeni üsula əl atır...

25.06.2026 / 20:35
Prezident İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı olub

25.06.2026 / 20:33
Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

25.06.2026 / 20:26
Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşüb - FOTO

25.06.2026 / 20:05
ABŞ konqresmeni erməniləri Qarabağa qaytarmaq istəyir - Friman 1000-ə kimi saydı...

25.06.2026 / 19:43
Hikmət Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə görüşdü

25.06.2026 / 19:28
Əliyev AP və AŞPA-nı islam düşmənçiliyində suçladı...

25.06.2026 / 19:04
Vüqar Rəhimzadə: AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib

25.06.2026 / 18:46
Ukraynanın Moskvanı birbaşa ABŞ-ın kəşfiyyat dəstəyilə vurduğu ortaya çıxdı…

25.06.2026 / 18:35
Hərbçilərimiz Konyada “Anadolu Qartalı - 2026” beynəlxalq təlimində iştirak edir - FOTO/VİDEO

Dövlət qulluğu statusu-dövlətçilikdə Azərbaycan brendi...

XƏBƏR ARXİVİ