çərşənbə günü, 04 noyabr 2026
     

Paşinyanın Qarabağ avantüralarının iki neqativ nəticəsi barədə Ermənistanda rəy – “özümüzə ziyan dəyir”, “Azərbaycan legitim müharibəyə əsaslar qazanır”…

Image


Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həlli istiqamətində mövcud Ermənistan hakimiyyəti, belə görünür ki, hansısa real addımlar atmaq niyyətində deyil. Bunu Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağa dair bir-birinin ardınca verdiyi son avantürist bəyanatları da təsdiq edir. O, Münhendən qayıtdıqdan sonra Ermənistanın İctimai televiziyasına müsahibəsində, ardınca işğal edilmiş ərazilərdə olarkən verdiyi açıqlamalarda zəbt olunmuş torpaqların dinc yolla Azərbaycana qaytarılmasını istisna edib. Təbii ki, Paşinyanın belə sərsəmləmələri konfliktin hərbi həllini qaçılmaz edir.

Maraqlıdır ki, işğalçı Ermənistanın özündə belə hadisələrin Paşinyan üzündən hərbi müstəviyə yönəlmə ehtimalının artmasından artıq ciddi narahatlıq ifadə olunur. Məsələn, erməni politoloq Qrant Məlik-Şahnazaryan vurğulayır ki, Paşinyan indiki Qarabağ mövqeyi ilə ölkəni sonu dəqiq bilinməyən fəlakətli bir savaşa sürükləyir:“Əslində ən böyük problem budur ki, Nikol Paşinyan bütün mövcud formatları rədd etmək və danışıqlar prosesini yenidən başlamaq barədə danışır. O, İctimai Televiziyaya müsahibəsində məhz bu barədə danışırdı. Erməni tərəfi əslində mövcud danışıq variantları və mexanizmlərindən imtina etdikdə bir sıra fərqli suallar ortaya çıxır və burada təhlükəsizliyə bənzəyən formatlar sadəcə mənasız olur”. Onun sözlərinə görə, Ermənistan Azərbayacana müharibəyə başlamaq üçün fürsət verir:“Bu cür yolla rəsmi İrəvan Azərbaycana müharibəyə başlamaq üçün legitim fürsət verir və həmçinin vasitəçilərə də diplomatik yolla buna mane olmamaq üçün fürsət verir. Münhendən sonra biz müharibəyə bir addım da yaxınlaşdıq”. Ermənistanın “Politekonomia” araşdırma mərkəzinin rəhbəri, politoloq Andranik Tevanyan da məsələyə eyni prizmadan yanaşır. Tevanyan vurğulayır ki, Paşinyan Münhendə baş verənləri düzəltməyə çalışır, lakin bunu boş yerə edir. Çünki o, Azərbaycan rəhbəri qarşısında biabırçı bir məğlubiyyətə düçar olub və bunu düzəltməsi qeyri-mümkündür. O qeyd edib ki, Paşinyanın yeganə strategiyası qərar qəbul etmək məsuliyyətindən yayınmaq, baxış təqdim etməmək, mücərrəd fikirlər bildirmək və məsələni başqa şeylərin üzərində çətinləşdirmək olaraq qalır: “Azərbaycan və vasitəçilər Paşinyanın uydurduğu Münhen prinsiplərini qəbul ediblər? Bu istiqamətdə hansı addımlar var? Qarabağın danışıqlar masası ətrafında əyləşməsi siyasəti niyə Qarabağın azərbaycanlı icması amilinin güclənməsi və onun subyektivliyinin təmin edilməsinə gətirib çıxarıb? “Təhlükəsizlik qarşısında ərazilər” formatı Paşinyan üçün məqbuldur? O bunu danışır, yoxsa baş bir şey? Məmmədyarov-Mnatsakanyan danışıq formatında qaçqınların qaytarılması məsələsi müzakirə olunub? Münhen prinsiplərində niyə Vyana, Sankt-Peterburq və Cenevrədə əldə olunmuş razışlaşmaların nöqtəsi itirilir? Paşinyan bu suallara cavab vermək əvəzinə, heç kimin qəbul etmədiyi mövqe sərgiləyir. Bu isə Azərbaycanın lehinə işləyir və savaşın başlanmasına münbit zəmin yaradır”. 

Daha bir erməni politoloq Haqik Ambaryan isə bildirir ki, Münhen məğlubiyyəti hələ Paşinyanı çox ağrıdacaq:“Bu cür formatda Əliyev-Paşinyan müzakirəsinin olacağını öyrənəndə düşündüm ki, cənab Paşinyan bu görüşə çox yaxşı hazırlaşacaq, lakin debatdan bir neçə dəqiqə sonra məyus oldum. Paşinyan Münhen məğlubiyyətini arxa plana atmaq üçün indi müxtəlif fikirlər səsləndirir. Amma bu fikirlər Ermənistanı yeni bir savaşa sürükləyir. Təəssüf ki, biz həmin savaşa hazır deyilik”.  Şirak Dövlət Universitetinin müəllimi Artur Hambardzumyan hesab edir ki, Paşinyan Münhen debatında cavablardan yayınmağa çalışırdı: “Nikol Paşinyan durmadan konkret cavablardan yayınmağa çalışırdı. Mənim üçün olduqca xoşagəlməz idi, Azərbaycan nümayəndəsi öz emosiyalarını nümayiş etdirirdi. Üstünlük Azərbaycan tərəfdə oldu. İndi bundan sonra Paşinyanın səsləndirdiyi fikirlər vəziyyəti düzəltmək əvəzinə yeni savaşa təkan verir. Özü də o vaxt ki, bizdə ordu ilə bağlı böyük probemlər var. Ermənistan ordusunda son zamanlar baş verən ölüm hadisələri bunu aydın göstərir. Özü də məndə bununla bağlı bəzi məlumatlar var. Mən bəzi insanlarla danışmışam, lakin məndə məlumat var ki, problem zabit heyəti və əsgərlərdədir. İnqilabdan sonra müddətli əsgərlərə ciddi imkanlar verilib ki, bu da baş vermiş hadisələrin problemidir. Orduda olan yüngül hadisələr artıq zabit heyəti tərəfindən həll edilmir, bu da ciddi nəticələrə səbəb olur. İndi orduda böyük problemlər olduğu bir dönəmdə Qarabağ savaşının yenilənməsi ciddi təhdid kimi qəbul olunmalıdır. Baş nazirin belə həssas məqamlara diqqət yetirməsi, dediklərindən öncə bunları fikirləşməsi çox vacibdir”.

İşğal edilmiş ərazilərdə yaradılan qondarma qurumun “təhlükəsizlik şurasının keçmiş katibi” Vitali Balasanyan da qeyd edib ki, Ermənistan hakimiyyəti son 2 ildə danışıqlar prosesində uğursuz olub: “Son 2 ildə Ermənistanın siyasi hakimiyyəti Nikol Paşinyanın timsalında Qarabağ məsələsi danışıqlarında uğursuz olub. Bu gün çoxları Azərbaycanın ərazi bütövlüyü barəsində danışır, BMT tribunasından da dövlətlərin ərazi bütövlüyü haqqında danışırlar, Minsk Qrupu da ərazi bütövlüyünün vacibliyini dilə gətirir”. Balasanyanın sözlərinə görə, Ermənistanın hazırkı hakimiyyəti Sankt-Peterburq və Vyana razılaşmalarını heç nəyə çevirib:“Ermənistanın keçmiş hakimiyyətinin Dağlıq Qarabağ məsələsi ilə bağlı mirası Sankt-Peterburq, Vyana razılaşmaları idi, hazırkı hakimiyyət onları heç nəyə çevirdi. Belə vəziyyətdə Azərbaycan mütləq savaşa başlayacaq. Yəqin ki, Paşinyan da elə o vaxt ağıllanacaq”.

Erməni general-leytenant Norat Ter-Qriqoryants isə qeyd edir ki, indiki vəziyyətində Ermənistan ordusu Azərbaycan qarşısında tab gətirmək gücündə deyil. O, Ermənistan ordusunda baş vermiş son ölüm hadisələrinin də bunu təsdiq etdiyini bildirir, silahlı qüvvələrdə mövcud durumu fövqəladə vəziyyət hesab edir:“Zabitlərdən, komandirlərdən, çavuşlardan tutmuş müdafiə nazirinə qədər hamı buna görə cavab verməlidir. Bu biabırçılığa görə hər kəs məsuliyyətə cəlb olunmalıdır. Bu rüsvayçılıqdır. Bu yolverilməz və fövqəladə vəziyyətdir. İnternetdə nə baş verdiyini görmüsünüz? Bütün dünya KİV-i yazır ki, Ermənistan ordusu parçalanır. Bəs bu vəziyyətdə biz Qarabağda yeni savaş halında güclənən Azərbaycan qarşısında necə duruş gətirə biləcəyik? Paşinyan iqtidarı, yaxşı olardı ki, bu barədə fikirləşsin”. Digər ekspertlər də bildirir ki, Azərbaycanın iqtisadi cəhətdən qüdrətlənməsi, hərbi büdcəsinin əhəmiyyətli dərəcədə artması fonunda danışıqlar prosesində razılığın əldə olunmaması yalnız Ermənistanın özü üçün böyük problemlər deməkdir. Çünki Azərbaycanın qüdrəti qarşısında işğalçı Ermənistan son dərəcə dərin sosial-iqtisadi böhran keçirir. Bölgədə gerçəkləşdirilən bütün qlobal layihələrdən kənarda qalan Ermənistan əhalisinin durumunun bundan sonra da müsbətə doğru dəyişəcəyinə heç bir ümid yoxdur. Məhz bu durumda Paşinyan iqtidarı Azərbaycanla razılaşmaqdan başqa çıxış yolu olmadığını yaxşı başa düşür. Amma buna rəğmən, danışıqlara xələl gətirən mövqe sərgiləyir ki, bu da savaşı qaçılmaz hala gətirir. Azərbaycan hələlik bəyan edir ki, Qarabağ münaqişəsinin son nəticədə danışıqlar masası arxasında sülh yolu ilə həllini tapmasında maraqlıdır. Ancaq Bakı onu da bəyan edir ki, danışıq prosesi müddətsiz, nəticəsiz ola bilməz. Azərbaycan dövləti konstruktiv danışıqlar ruhuna sadiq olmaqla yanaşı, münaqişənin istənilən vaxt beynəlxalq hüquq çərçivəsində güc yolu ilə həllinə qadirdir. Ekspertlər bu fonda dliqqəti həm də ona yönəldir ki, Azərbaycanın mövqeyi beynəlxalq hüquq normalarına uyğundur və beynəlxalq birlik tərəfindən müdafiə olunur. Amma bunların heç biri Ermənistan tərəfində yoxdur. Buna görə də Ermənistan özünün sonrakı addımlarını düşünməli, əks halda hansı ağır nəticələrlə üzləşəcəyinə qatlaşmalıdır. Burada Paşinyan hakimiyyəti tərəfindən indi o da aydın sezilir ki, Ermənistanın danışıqlardan qaçması onu iqtisadi cəhətdən daha sürətlə zəiflədir. Çünki bu halda artan savaş ehtimalı fonunda Ermənistanla heç kim iqtisadi əlaqələr qurmaq istəmir. Bu durumda əhali kütləvi şəkildə ölkəni tərk edir və ölkə ən əsas kapital olan insan kapitalından məhrum olur. Belə vəziyyətdə Ermənistan nəinki işğal edilmiş əraziləri, hətta öz ərazisini normal şəkildə iqtisadi, maliyyə və insan resursları ilə təmin edə bilmir. Hər halda, danışıqların dalan dirənməsi Ermənistana böyük itkilər hesabına başa gəlir və bunu İrəvanda da görürlər. Belə vəziyyət bir dövlət kimi Ermənistanın məhvini daha da sürətləndirir. Bundan xilas olmağın yeganə yolu Azərbaycanla razılığa gəlib əməli addımlar atmaqdır. Eləcə də Ermənistanın özündə belə bir fikir də getdikcə daha çox hakim olmağa başlayır ki, Nikol Paşinyan iqtidarının Qarabağ məsələsində dəqiq yanaşmalarının yoxluğu savaşın yenilənməsindən başqa heç nəyə xidmət etmir. Respublika Partiyasının sədr müavini Armen Aşotyan vurğulayır ki, Paşinyanın Qarabağ münaqişəsi ilə bağlı strategiyası yoxdur. Onun sözlərinə görə, Paşinyan Qarabağ məsələsində danışıqlardakı məsuliyyətdən qorxur: "O, ölkə daxilində və xaricində reallıqla əlaqəsini itirib. Bütün bunlar isə Qarabağda yeni savaş üçün əlverişli şərait yaradır". Proseslər göstərir ki, indiki durumda Ermənistan işğalçı siyasəti ilə həm özünün, həm də ümumən bölgənin inkişafı üçün əsas əngəl olaraq qalır. Buna rəğmən, məsələnin dinc həllinə yeni əngəllər yaradılması Ermənistanın yeni savaşa şərait yaratmasından başqa heç nəyə xidmət etmir. 

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ