Cümə axşamı günü, 05 noyabr 2026
     

Yeni Qarabağ savaşında Azərbaycan Ordusunun qabağına qarşı tərəfdən çıxmağa adam tapılmayacaq

Image


Azərbaycan ərazilərini işğal altında saxlaması Ermənistana, digər sahələrlə yanaşı, ordu sferasında da ciddi problemlər yaşadır. Düşmən ordusunda yaşananlar, artan itkilər də qeyd olunanların real təsdiqi hesab edilir. Belə ki, təkcə cari ilin 1 yanvar tarixindən fevralın 13-dək olan müddətdə Ermənistan ordusunun 10 əsgəri ölüb. Onların hamısı qeyri-döyüş şəraitində həyatını itirib. 

Qeyd edək ki, ölüm hallarının 2-si fevralın 12-də qeydə alınıb. Həmin  gün saat 11:30 radələrində 2000-ci il təvəllüdlü Tiqran Manvelyan aldığı güllə yarasından ölüb. Onun ölüm səbəbi araşdırılır. Bundan başqa, 2019-cu ildə hərbi xidmətə çağırılan Tiqran Mxoyan ona təhkim olunan silahla baş nahiyəsinə atəş açaraq özünə qəsd edib. Bir neçə gün əvvəl də Ermənistanın üç hərbçisi Sünik vilayətində qar uçqunu altında qalaraq ölüb. Bildirilir ki, axtarış zamanı müqavilə əsasında xidmət edən 28 yaşlı Karapet Nazaryan, 25 yaşlı Tiqran Arzumanyan və 24 yaşlı Nver Şahbazyan ölmüş vəziyyətdə tapılıb. Qeyd edək ki, Ermənistanın indi Sünik adlanan vilayəti qədim Azərbaycan torpaqları olan Göyçə mahalının ərazisində formalaşıb. Ehtimal edilir ki, qar uçqununa düşən hərbçilər ya Naxçıvanla sərhəddə, ya da Kəlbəcər istiqamətində olublar. Rəsmi məlumatlara görə, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında yanvarın 30-da əsgər Vahram Avakyan intihar edib. İntihar etmiş əsgərin yoldaşlarından David Mövsisyana, Haçiq Qasparyana, Spartak Avetisyana qarşı ittiham irəli sürülüb. Amma əsgərin valideynləri bildirir ki, övladları qətlə yetirilib. Onlar həlak olanın ölümü ilə bağlı "intihar damğası”nı götürməyi və onun ölümündə təqsirkarların adlarının açıqlanmasını tələb edirlər. Elə bundan sonra hərbçinin qohumları Armavir əyalətindən İrəvana aparan yolu bağlayıblar. Ermənistanın müdafiə naziri David Tonoyan özü də məsələyə müdaxilə etməli olub. Ermənsitanın “Joğovurd” nəşri baş verənlərlə bağlı yazır ki, məhz etirazlardan sonra baş verənlərin intihar hadisəsi olmadığı üzə çıxdı: “Maraqlıdır ki, əsgərin qohumlarının qəzəbini sakitləşdirməyə niyə nizamanaməyə uyğun olaraq qarşılıqlı münasibətlər və ümumilikdə ordu ilə heç bir əlaqəsi olmayan Tonoyan getdi. Buna, qeyd-şərtsiz olaraq, Ermənistan ordusunun Baş Qərargah rəisi Artak Davtyan cavabdehdir. Eləcə də Tonoyan ictimaiyyətin narazılığını yumşaltmaq üçün hadisənin intihar olmadığı barədə rəy bildirməyə məcbur oldu. Əsgərin yaxınları intihar damğasının götürülməsində, övladlarını öldürənlərin adlarının açıqlanmasında israr edirdilər. Məhz bunlardan sonra Ermənistan istintaq komitəsi rəsmi olaraq Avakyanın ölüm hadisəsi ilə bağlı açılan cinayət işi çərçivəsində onun əsgər yoldaşları David Mövsisyana, Haçiq Qasparyana, Spartak Avetisyana qarşı ittiham irəli sürdüyü barədə açıqlama yaydı. Həmin şəxslərin Ermənistan Cinayət Məcəlləsinin 359-cü maddəsinin 3-cü hissəsi üzrə nəzərdə tutulmuş cinayət əməli törətdikləri şübhəsi ilə həbs edildikləri bildirilib. Bu maddə aralarında tabeçilik münasibətləri olmadığı halda hərbi qulluqçular arasında qarşılıqlı münasibət qaydalarının pozulmasını nəzərdə tutur. Bu o deməkdir ki, bizim ölkəmizdə küçə mühakiməsi baş verir. Bir yerə toplaşan şəxslər kimin hansı maddə üzrə cəzalandırılmasına qərar verirlər. Ən maraqlısı odur ki, intihar halı baş verməmişdisə, elə hadisə baş verən gün bu necə elan edilə bilərdi və qatil kimdir? Təbii ki, hakimiyyət və ordu rəhbərliyi. Onların siyasəti çox belə itkilərin olacağını deməyə əsas verir”.

Digər itkilər də cari ilin ötən dövrünün erməni ordusu üçün müsbət keçmədiyini göstərir. Əslində belə hesab edilir ki, düşmən ordusunda baş verənlər ermənilərin hərbçi itkilərinin yenə kifayət qədər çox olacağını indidən tam qətiyyətlə deməyə əsas verir. Ermənistan parlamentində hökumətin sual-cavab iclasında millət vəkili Arman Babacanyanın dedikləri də bunun təsdiqidir: “43 gündə 10 nəfər qeyri döyüş itkimiz olub, son 13 gündə isə 7 itki vermişik, artıq bu, baş nazirin şəxsi diqqətində olan məsələyə çevrilməlidir. Yanvarın 28-də olduqca anlaşılmaz şəkildə baş nazir hərbi polis rəisi Artur Bağdasaryana “general-mayor” rütbəsi verdi, bunun səbəbini bilmirik. Həmçinin bununla bağlı baş nazir açıqlama verməlidir”.  Amma erməni mediası yazır ki, orduda baş verənlərə görə hansısa ədalət gözləməyinə dəyməz. Ötən il dekabr 2-də işğal altında olan Qarabağda ölən yezidi hərbi qulluqçu, 21 yaşlı Artur Acamyanın babası Xativ Acamyan da bunu xüsusi olaraq vurğulayır. O, nəvəsinin timsalında buna bir daha əmin olduğunu qeyd edir: “Ermənistan baş naziri Nikol Paşinyanın nəvəmin ölüm işinə gedişat verilməsi ilə bağlı vəd verməsinə baxmayaraq, indiyə qədər əhəmiyyətli heç nə edilməyib. Paşinyan da Ermənistan parlamentinin müdafiə komissiyasının rəhbəri Andranik Köçəryan kimi  başımızın altına yumşaq yastıq qoyur. Bu nə birinci, nə də sonuncu hadisə olacaq, çünki orduda intizam yoxdur, Ermənistan ordusu həbsxanadan pisdir”.

Həqiqətən də Ermənistan ordusunda qarşılıqlı münasibətlər və bunun nəticəsində baş verən qətllər, intihar halları burada əsl xaosun hökm sürdüyünü göstərir. Erməni siyasi şərhçi Akob Badalyan qeyd edir ki, ölkədə hakimiyyət dəyişsə də, orduda ciddi və müsbət istiqamətdə dəyişən nəsə yoxdur:“Orduda baş verən faciəli ölümlər, faktiki olaraq, “görünməmiş” xarakter almağa doğru gedir və bunlara qarşı ictimai reaksiya hakimiyyəti baş verə biləcək hadisələrə hazır olmağa məcbur edir. Digər tərəfdən, siyasi baxımdan dalan yaradır və ordu ətrafında gərgin vəziyyət formalaşdırır. Təəssüf ki, sürətli və asan həll yolları olmayan, dərinliyi mədəni olan dəyərlər sistemi ilə həddindən çox mürəkkəb bir problemlə qarşılaşmışıq. Bir məqamla bağlı baş nazir bəyan etdi ki, erməni ordusu dünyanın ən intellektual ordularından biri olmalıdır. Buna nail olmaq üçün erməni intellekti öz əsas məsələlərinin və missiyasının dərin müzakirələri, düşüncə və ideyaların istehsalı ilə orduya yönləndirilməlidir. Bunun əksi isə yenə də əsgərlərdən oğurluq edilməsidir. Elə erməni ordusunda da məhz bu baş verir. Amma nəticələr daha acınacaqlıdır. İtirdiyimiz hərbçilərin sayı sürətlə artır. Ermənistanda demoqafiya sahəsində problemlərin olması da heç kimə sirr deyil. Məhz bu şəraitdə hərbçi itkisi Ermənistan üçün ikiqat zərbədir. Ən azı o baxımndan ki, onların yreini doldurmaq getdikcə çətinləşir”. Elə ekspertlər də Akob Badalyanın həyəcan təbili çalmasını əbəs saymır. Çünki erməni ordusunun şəxsi heyətlə komplektləşdirilməsi getdikcə daha çətin hal alır. Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun Ermənistandakı nümayəndəsinin müavini Tsovinar Arutunyan bildirir ki, Ermənistanda əhalinin azalmasında əsas amil əvvəlki kimi miqrasiyadır. O xatırladır ki, 1990-cı illərin əvvəllərindən bir milyondan çox insan Ermənistanı tərk edib. Nümayəndənin sözlərinə görə, ölkədə işsizlik səviyyəsinin yüksək olması və iş yerlərinin kifayət qədər olmaması miqrasiyanın əsas səbəblərindən biri kimi götürülür. Bununla yanaşı, Arutunyan iş axtaran gənclərin, xüsusilə də  yeni məzun olanların rastlaşdıqları problemlərdən də söz açıb: “2009-cu ildə Əhali Fondunun Ermənistanda keçirilmiş bir sorğusunda respondentlərin təxminən 44%-i Ermənistanda övladlarının gələcəyini görmədiklərini söyləyib. Bu narahat rəqəmin arxasında ədalətin olmaması, qanunun aliliyinin özünü  göstərə bilməməsi, şəxsin özü və övladları üçün narahatlığı kimi psixi-sosial səbəblər də var idi. Psixoloji atmosferin, qanunun aliliyinin və iqtisadi amillərin dəyişməsi bu sahədə müsbət dəyişikliyə səbəb ola bilər. Amma bunlar yoxdur.  Ölkəni tərk edənlərin arasında kişilərin 82,1%, qadınların 17,9%-nin təmsil olunması nəzərə alınsa, mənzərə narahaetdicidir. Kişilərin daha çox sayda ölkəni tərk etməsi ordunun şəxsi heyətlə təminatına da ciddi təsir edir. Eləcə də  erməni qadınların xarici vətəndaşlarla ailə qurmaları ciddi problemdir.  Demoqrafiya bu səpkidə də Ermənistanın böyük problemi kimi xarakterizə oluna bilər”.

Ümumiyyətlə, immiqrasiya məsələləri üzrə digər ekspertlər xaricdə daimi yaşamaq və yaxud iş axtarmaq məqsədilə ölkəni tərk edənlərin sayının ildən-ilə artması nəticəsində Ermənistanda demoqrafiyanın kəskin həddə çatması barədə xəbərdarlıq edir. Daha bir erməni ekspert Ruben Yeqanyan etiraf edir ki, Ermənistanda immiqrasiya siyasəti getdikcə qorxulu vəziyyət alır. O, ölkədəki mövcud sosial-iqtisadi çətinliyin insanların psixologiyasına təsir edən başlıca amil olduğunu bildirərək, sistemli islahatlara ehtiyac duyulduğunu, siyasi, iqtisadi və sosial sahələrdə köklü dəyişikliklər edilməsinin vacibliyini vurğulayıb. Lakin bildirir ki, insanların bu sahədə Paşinyana olan ümidləri də özünü doğrultmayıb. İmmiqrantların daimi yaşayış məqsədilə Rusiyaya və Avropa ölkələrinə getmələrindən, vətənlərinə dönməkdən boyun qaçırmalarından söhbət açan ekspert hesab edir ki, erməni immiqrantların əsasını kişilər təşkil edir. Bu isə effektiv əmək resurslarını azalmasına, ordunun çağrışçı ilə təminatına mənfi təsir edir.  Onun sözlərinə görə, Ermənistanda iqtisadi vəziyyətin ağırlığı və işsizlik səbəbindən ölkəni tərk edən insanların çox cüzi hissəsi doğma vətənlərinə qayıtsalar da, bir qədər sonra onlar yenidən ölkəni tərk etməyə məcbur olurlar. Məhz belə vəziyyətdə onların yeniyetmə övladlarını da özləri ilə xaricə aparması, ailəlikcə Ermənistanı tərk etməsi çətin vəziyyət yaradır. Bu fonda ekspert həyatını itirən erməni hərbçilərinin yerinin doldurulmasının daha çətin olduğunu vurğulayır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ